Ermənistanın ardıcıl məğlubiyyətləri Avropa İttifaqının dərc etdiyi hesabat və diplomatların qeydlərində də əks olunur.
Bu barədə "Haber Global" Avropa İttifaqına yaxınlığı ilə tanınan "EU Reporter" nəşrinə istinadla xəbər verib.
Qeyd olunur ki, Azərbaycan və Türkiyə birliyinin qarşısında demək olar ki, dağılma nöqtəsinə gələn Ermənistan çətin günlər yaşayır. Müəllif Ermənistanın uzun illər boyu Suriyada Bəşər Əsədi dəstəklədiyini, lakin rejimin süqutu ilə birlikdə regionda diplomatik çərçivədə Türkiyəyə məğlub olan ölkə vəziyyətinə düşdüyünü qeyd edib. Təhlil məqaləsində Ermənistan baş naziri Nikol Paşinyanın Əsədə dəstəyinin Avropa və qərbyönümlü bəyanatları ilə ziddiyyət təşkil etdiyi də vurğulanıb.
QƏZƏBLİDİRLƏR
Aİ-yə yaxın mənbələrin məlumatlarına yer verilən məqalədə Nikol Paşinyanın 2020-ci ildə baş verən və Türkiyənin siyasi dəstəyini alan Azərbaycanın qəti diplomatik və hərbi qələbəsi ilə nəticələnən 44 günlük Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəbli olduğu bildirilib. Təhlil yazısı Ermənistanın əvvəlcə bu müharibədə Azərbaycana, sonra isə xarici siyasətdə Türkiyəyə qarşı necə məğlub olduğu ifadə edilib.
GƏRGİNLİK YAŞANDI
2023-cü ilin dekabr ayında keçirilən Milli Təhlükəsizlik Şurasında İrəvan Moskva ilə bütün güclü əlaqələrini kəsmək qərarı alıb, ticarətdə Avropa İttifaqı ölkələrinə, hərbi idxal sektorunda isə Yunanıstan, Hindistan və Fransa kimi ölkələrə üzünü çevirib. Ermənistan bu prosesdə Rusiyanın hakimiyyətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarında da iştirak etməyib. İrəvanın ABŞ ilə keçirdiyi birgə hərbi təlimlər və Ukraynaya verdiyi siyasi dəstək qarşısında isə Moskvada da gərginlik yaşanıb.
İKİÜZLÜ İRƏVAN
Avropa İttifaqı rəsmiləri Ermənistanın hələ də Rusiyaya Qərbin embarqolu strateji məhsullarını saxta şirkətlər vasitəsilə çatdırdığına diqqət çəkərkən, mövcud vəziyyəti "Avropaya inteqrasiya etməyə çalışan ölkənin iki üzü" kimi şərh edirlər.
ƏSƏDƏ DƏSTƏK VERDİ
Aİ rəsmilərinə görə, Ermənistanın Bəşər Əsədə uzun illər boyu verdiyi dəstək də Avropa və Qərbin Əsəd əleyhinə xarici siyasətinə ziddir. Ermənistan ordusuna mənsub birliklərin Suriyada Rusiya ilə birlikdə Əsədə dəstək vermək üçün döyüşdükləri vurğulanarkən, ABŞ-nin İrəvanı bu fəaliyyətinə görə iki dəfə qınadığına diqqət çəkilir. Ermənistanın Əsədə verdiyi hərbi və maddi dəstəyi Aİ-nin təhlükəsizlik hesabatlarında da yer alır.
TÜRKİYƏYƏ MƏĞLUB OLDU
ABŞ və Aİ-nin rəsmi hesabatlarında tez-tez tənqid edilən başqa bir məqam da Ermənistan-İran münasibətləridir. Hər iki ölkənin lideri qarşılıqlı münasibətlərini "strateji tərəfdaşlıq" kimi təsvir edir və İrəvan Qərbin Tehrana embarqolarını tətbiq etmir. İrəvanın Tehranı dəstəkləyən sözlərinin ABŞ-də də etirazla qarşılandığını bildirən Aİ rəsmiləri Ermənistanın ikili oynayan diplomatiyası səbəbindən Cənubi Qafqazdakı sülh prosesinin də pis təsirləndiyi qənaətindədirlər. Qərbdə, həmçinin 44 günlük Qarabağ müharibəsini uduzmuş və Suriyada da Türkiyənin xarici siyasətinə məğlub olan Ermənistanda Paşinyanın sıxışmağa başladığı düşüncəsi də hakimdir.
5 ADDIM GÖZLƏNİLİR
Brüssel mənbələrinə görə, Avropaya tam inteqrasiya təmin edilə bilməsi üçün İrəvandan beş mühüm addımı atması gözlənilir. İrəvanın bir tərəfdən KTMT-dən rəsmən çıxması gözlənilir, digər tərəfdən də Avrasiya İqtisadi İttifaqından çıxaraq 2013-cü il Avropa İttifaqı Tərəfdaşlıq Sazişinə imza atması lazım olduğu düşünülür. ABŞ və Aİ isə İrəvandan Qərbdən gələn embarqolu strateji məhsulları saxta şirkətlər vasitəsilə Rusiyaya çatdırmasını da sonlandırmasını tələb edir. Paşinyandan Rusiyanın Ukraynadakı işğalı qınaması gözlənilirkən, İran ilə olan strateji tərəfdaşlıq münasibətinə də son verməsi tələb olunur.