Pezeşkian Azərbaycana səfər edə bilər
Siyasət
701
09 Jan 2025 | 15:17

Pezeşkian Azərbaycana səfər edə bilər

"İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana və Ermənistana səfərləri Prezident Məsud Pezeşkianın Cənubi Qafqazın iki ölkəsinə gözlənilən səfərinə hazırlıq məqsədi daşıyır".
 
Moderator.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu özünün sosial şəbəkə hesabında bildirib.
 
O qeyd edib ki, Məsud Pezeşkian bu ay Moskvaya səfər edəcək və rusiyalı həmkarı Vladimir Putinlə strateji sazişi imzalayacaq:
 
“Pezeşkianın il ərzində Azərbaycana da səfərinin reallaşacağını proqnozlaşdırmaq olar. Maraqlı olan Pezeşkianın birinci Azərbaycana, yoxsa Ermənistana səfər edəcəyidir. O, yalnız Azərbaycana səfər edib Ermənistana səfəri sonrakı mərhələyə saxlasa, İrandakı mühafizəkarların sərt tənqidinə məruz qalacaq. Ona görə Pezeşkian Əhmədian kimi əvvəlcə Azərbaycana, buradan da Ermənistana səfər edə bilər”.
 
Link kopyalandı!
Son xəbərlər