Ermənistan sərhəddə niyə hücuma keçdi? - Məkrli planın şifrələri
Siyasət
1375
06 Jan 2025 | 17:14

Ermənistan sərhəddə niyə hücuma keçdi? - Məkrli planın şifrələri

Ermənistan sərhədin bir neçə istiqamətində atəşkəsi pozub. Sülh gündəliyinin müzakirə edildiyi vaxt İrəvanın təxribatlara əl atması suallar yaradır: məqsəd nədir?
 
Ötən ilin noyabr ayında Polşa prezidenti Anjey Dudanın Arazdəyənə səfəri vaxtı sərhəddə təxribat hücumlarının ola biləcəyi haqda yazmışdıq. Məqsəd Avropa İttifaqının müşahidə missiyasının vaxtının uzadılmasına zərurətin yaradılmasıdır.
 
Aİ missiyasının müddəti 19 fevral tarixində başa çatır. Missiyanını vaxtının uzadılmasında hər iki tərəf – İrəvan və Brüssel maraqlıdır.
 
- İrəvan üçün bu missiya həm Azərbaycan qarşısında, həm Rusiya qarşısında “qalxan” rolunu, həm də Avropa ilə əsas bağlantı rolunu oynayır, xüsusilə Trampın gəlişindən sonra İrəvanın Brüsselin orbitinə daha çox yaxınlaşacağı gözləntiləri fonunda;
 
- Brüssel üçün bu missiya Cənubi Qafqazda mövcudluğun əsas platformasına çevrilib, xüsusilə Gürcüstandakı “məğlubiyyətdən” sonra;
 
Duda da İrəvana Polşa prezidentindən daha çox, Avropa İttifaqına 2025-ci ildə sədrlik edəcək ölkənin rəhbəri kimi gəlmişdi, onun Arazdəyəndə Aİ müşahidəçilərini ziyarət etməsi də bundan qaynaqlanırdı. Polşa prezidentinin ziyarətindən dərhal sonra Fransanın İrəvandakı səfiri başda olmaqla, Aİ-yə üzv ölkələrin diplomatları müşahidə missiyasının fəaliyyətini izləmək üçün sərhəd bölgələrinə səfər etdilər. Məqsəd missiyanın zəruriliyini isbatlamaq üçün hesabatların hazırlanması idi. Çünki 19 fevrala – missiyanın müddətinin bitməsinə qədər Avropa İttifaqı vaxtın uzadılması ilə bağlı yekdil qərar qəbul etməlidir. İstisna deyil ki, diplomatların təqdim etdikləri hesabatlar bu müzakirələrdə təqdim olunacaq.
 
Bu, missiyanın vaxtının uzadılması istiqamətində birinci addımdır. İkinci addım sərhəddə təxribatların törədilməsi ilə missiyanın zəruriliyini isbatlamaqdır. Sərhəddə atəşkəsin pozulması bu prosesin başlandığını göstərir və müşahidə missiyasının gələcəyinin Aİ-də müzakirəyə çıxarılmasına qədər bu cür təxribatlar davam edə bilər.
 
Asif Nərimanlı
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər