Vaşinqton sülh müqaviləsinin bağlanması üçün Bakı və İrəvanla istənilən formatda işləməyə hazırdır
Siyasət
1573
03 Jan 2025 | 14:30

Vaşinqton sülh müqaviləsinin bağlanması üçün Bakı və İrəvanla istənilən formatda işləməyə hazırdır

Vaşinqton Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh müqaviləsinin bağlanması üçün iki ölkə ilə istənilən formatda qarşılıqlı fəaliyyətə hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “Amerikanın səsi” radiosunun erməni xidmətinin sorğusuna cavabında qeyd olunub.
 
“ABŞ hökuməti Ermənistan və Azərbaycanın təhlükəsiz və firavan Cənubi Qafqaz üçün vacib olan uzunmüddətli və layiqli sülh razılaşmasına nail olmaq səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılaşa biləcəyi, irəliləyişin əldə olunacağı istənilən formatda işləməyə hazırıq””, - ABŞ-nin xarici siyasət idarəsindən bildirilib.
 
Link kopyalandı!
Son xəbərlər