“İmkanları olsa, Bizansın cəhənnəmə vasil olmuş əsgərlərinə yas saxlayardılar...” - Deputatdan SƏRT AÇIQLAMA
Siyasət
1816
02 Jan 2025 | 16:06

“İmkanları olsa, Bizansın cəhənnəmə vasil olmuş əsgərlərinə yas saxlayardılar...” - Deputatdan SƏRT AÇIQLAMA

İran da Ermənistan kimi dünyada nadir ölkələrdəndir ki, qonşulara münasibətdə sərgilədiyi əyalət hiyləgərliyindən, bicliyindən başlamış, heç nədən hay-küyünə, hərbə-zorbasına, bitib-tükənməyən təxribatlarına kimi… yazdıqca qurtarmaq bilmir.
 
Moderator.az-ın məlumatına görə, bunu deputat, ƏHD Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirib.
 
Cənub qonşumuzda anti-Azərbaycan elementlərinin yenidən baş qaldırmasına diqqət çəkən deputat ardınca vurğulayıb: “Öz günlərinə, düşdükləri acınacaqlı duruma, ideoloji platformalarından tutmuş siyasi idarəçilik sistemlərinədək məsxərə obyektinə, məzhəkə subyektinə çevrilmələrinə ağlamaq əvəzinə gözləri onun-bunun “qapısı”nda, “pəncərə”sindədir.
 
Öz gözlərindəki tiri görməzdən gəlib, özgə gözündə tük axtarırlar. Sözü də ağızları köpüklənə-köpüklənə havaya üfürürlər. Amma bölgədə özünü yad ünsür kimi aparan, gah o qütbə, gah bu qütbə yalmanan, yekə-yekə açıqlamalar, bəyanatlar verən bu iki ölkəni bir-birindən fərqləndirən çox önəmli bir cəhət var: Ermənistanın düşmənçiliyi ortaqlıdadır. İran isə nə dost kimi dostdur, nə də düşmən kimi düşmən. Üzdə müsəlmanların həmrəyliyindən danışır, arxada Ermənistanla işbirliyi qurur, müsəlmanların məscidlərini tövləyə çevirənlərlə qol-boyun olub, dil ağıza qoymadan İslam dəyərlərinin və abidələrinin müqəddəsliyindən söz açır. Bu xüsusda yerinə düşən məşhur bir atalar məsəlimiz var: “Mərd ələ yapışar, namərd ayağa…”
 
Bunlar isə nə mərd kimi mərddilər, nə də namərd kimi namərd… Mərdimazardılar, ya da transmərdimazar...”
 
E.Mirzəbəyli qeyd edib ki, iliyinə kimi türk düşmənçiliyinə yoluxmuş tarix və din saxtakarlarının Çaldıran savaşını mütəmadi olaraq gündəmə gətirmələri də təsadüfi deyil, şübhəsiz: “Həm də "Çaldıran şəhidləri"nin anım mərasimi adı altında... Kim qarşı-qarşıya gəlib Çaldıranda? Müsəlman türklər! Bu ləyaqətsizlər türkün türkə, müsəlmanın müsəlmana qarşı savaşına, bir daha təkrarlanmasın deyə, ayna tutmaq əvəzinə, bölgədə güclənən türk varlığının bətninə yenidən nifaq toxumu səpməyə çalışırlar. Təəccüblənmirəm.
 
Əgər molla rejiminin ideoloji tör-töküntüləri Malazgirt savaşının şəhidlərini ansaydılar, o zaman təəccüblənərdim. Çünki Malazgirtdə indiki ultramillətçi molla rejiminin sələfləri, ideoloji ataları yenilmişdi... Əgər imkanları olsa, Bizansın cəhənnəmə vasil olmuş əsgərlərinə yas saxlayardılar...”
 
Link kopyalandı!
Son xəbərlər