Azərbaycan XİN Monteneqroya başsağlığı verdi
Siyasət
2028
02 Jan 2025 | 15:50

Azərbaycan XİN Monteneqroya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.
 
"Monteneqronun Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirir.
 
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", -paylaşımda qeyd edilib.
 
Xatırladaq ki, Monteneqronun Cetinye şəhərində silahlı cinayətkarın açdığı atəş nəticəsində 12 nəfər, o cümlədən iki uşaq həlak olub.
 
Kütləvi qətl yanvarın 1-i axşam yerli barların birində məişət zəminində mübahisə nəticəsində baş verib.
 
Hadisədən sonra Cetinyedə üç günlük matəm elan edilib.
 
Link kopyalandı!
Son xəbərlər