Prezidentin xalqa müraciətində vacib detal: Əsas hədəflər açıqlandı
Siyasət
1640
01 Jan 2025 | 15:22

Prezidentin xalqa müraciətində vacib detal: Əsas hədəflər açıqlandı

"Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində vacib mesajlar yer alıb. Ölkə başçısı vaxtaşırı qarşıda duran problemlərin həlli ilə bağlı iqtidarın apardığı siyasət barəsində cəmiyyət qarşısında çıxış edir. İlə yekun vurmaqla dövlət başçısı aparılan siyasətin milli maraqlara uyğun olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqil olmaq xəttini bir daha qətiyyətlə vurğuladı. Azərbaycanın gördüyü işlərin vətəndaşların marağında olduğuna dair çoxsaylı nümunələr gətirildi".
 
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
 
“Hakimiyyət, şəxsən cənab Prezident ölkə vətəndaşının maraqlarını aparılan siyasətin mərkəzində qoyur. Ölkə iqtisadiyyatı güclənir, qeyri- neft sektoru aparıcı xəttə bağlıdır. Sosial proqramlar icra olunur. Bu sahəyə hər dəfə əlavə vəsaitlər ayrılır. İşğaldan azad edilən ərazilərdə məskunlaşma üçün böyük işlər görülür”, - deyə o əlavə edib.
 
 
Millət vəkili bildirib ki, ölkə başçısının da açıqladığı kimi azad edilən ərazilərdə 30 minə qədər insanın yaşadığı və işlədiyi məlum oldu:
 
“Ölkəmizin təhlükəsiz şəraitdə olduğu, vətəndaşın yaşayışına hər hansı təhlükənin olmadığı sistemin yaradıldığı vurğulandı. Prezident seçkilərində özünə olan etimadı yüksək qiymətləndirən ölkə başçısı bu etimadı həmişə doğruldacağını bəyan etdi. Hər bir vətəndaş cənab Prezidentin bu etimadı doğrultduğunun fərqindədir. Onun Azərbaycan üçün etdiklərinin tarixi addım olduğunu xalqımız görür və qiymətləndirir”.
 
Deputat Azərbaycana qarşı kəsilməyən “kampaniya” barəsində də ölkə başçısının açıq mesajlar verdiyini söyləyib:
 
“Bakıda noyabr ayında baş tutmuş COP29-a qarşı aparılan anti-təbliğata baxmayaraq o uğurla başa çatdı bildirdi. Bu 11 ay ərzində möhtəşəm, istənilən dövlət üçün böyük tədbir olan COP29-a hazırlığın yüksək səviyyədə həyata keçdiyini göstərdi. Eyni zamanda Ermənistanla münasibətlər məsələsi yenə də Azərbaycanın ana xəttində bir yer tutduğu bildirildi. Ermənistanın bu gün ehtiyac olmadan silahlanmasını region və Azərbaycan üçün təhlükələri önə çəkildi. Heç bir təhlükə və təhdid olmadan Ermənistan silahlandırılır. Bu işdə ona dəstək verən ölkələr var və onun Azərbaycana qarşı düşmən mövqedə olmasını istəyən qüvvələr mövcuddur. Eyni zamanda Ermənistanın özündə də belə dairələr kifayət qədərdir. Ölkə Prezidenti onları bir daha bu əməldən çəkinməyə və Azərbaycanla hər hansı bir sahədə yarışmağın Ermənistan üçün mümkün olmaması qarşı tərəfə çatdırıldı”.
 
Aydın Mirəzadə hesab edir ki, Prezident İlham Əliyevin yeni il təbriki görülən işlərin uğurlu nəticələri barəsində hesabat idi:
 
“Bu həmçinin ölkə üçün məsuliyyət hissinin nümayişidir. Hər bir vətəndaş ölkə başçısının tədbirikindən qürur hissi duydu. Vətəndaşlarımız dövlət başçısına təşəkkür edərək, bundan sonra da Onu dəstəkləyəcəklərini ruh yüksəkliyi ilə qeyd edir”.
 
Link kopyalandı!
Son xəbərlər