Bizi sosial şəbəkələrdən izləyin:
Moderator.az xəbər verir ki, xaricdə yaşayan jurnalist Elbəyi Həsənli Zəngəzur dəhlizi ilə bağlı maraqlı bir təklif irəli sürüb. O, tarixi Süveyş kanalı modelinə istinad edərək, Azərbaycan və Ermənistan arasında bu konsepsiyanın tətbiq oluna biləcəyini vurğulayıb.
Elbəyi Həsənli yazır:
Süveyş kanalı 1869-cu ildə Fransanın kontrolu altında fəaliyyətə başladı. 1858-ci ildə Fransa diplomatı Ferdinand de Lesseps tərəfindən qurulan Suez Canal Company tərəfindən bu kanal 1859-1869-cu illər arasında inşa edildi. Bu kanal Misirin mülkiyyəti olsa da avropalı səhmdarlar, əsasən Britaniya və Fransa bu kanalı 100 il müddətinə icarəyə götürmüşdü.
Camal Əbdül Nasir bu kanalla bağlı ciddi rol oynayıb. 1956-cı ildə "Süveyş" savaşını Böyük Britaniya, İsrail və Fransa qazandı. Əbdül Nasir vəziyyətdən çıxış üçün dünyanın ikinci qütbü olan SSRİ ilə əlaqələri daha da sıxlaşdırmağa məcbur oldu. SSRİ-nin himayəsinə girən Misir qısa müddətdə Süveyş kanalını geri qaytardı...
Elə o vaxtdan da Süveyş kanalı Misirin mülkiyyətidir. Yəni Fransız idarəçiliyinə son verilib. 2010-ci ildə Misir bu kanaldan 4.5 milyard dollar gəlir əldə edib. Turizmdən isə 13 milyard dollar qazanıb...
Sözüm ondadır ki, Azərbaycanla Ermənistan “Süveyş kanalı” konsepsiyasında razılaşma əldə edə bilərlər. Yəni Zəngəzur dəhlizi Ermənistanın mülkiyyəti olur. Ancaq Azərbaycan və ya hanısa bir Azərbaycan şirkəti bu dəhlizi 100 il müddətinə (daha yaxşı olar ki, müddətsiz) icarəyə götürür.
Yəni Ermənistan istəsə, problemin konstruktiv həlli mümkündür. Sadəcə prosesə pozitiv yanaşmaq üçün iradə olmalıdır...