Baydendən aylar sonra gələn etiraf - “Peşmanam”
Siyasət
2045
29 Dec 2024 | 08:35

Baydendən aylar sonra gələn etiraf - “Peşmanam”

ABŞ-nin hazırkı prezidenti Co Bayden öz çevrəsindən olan insanlarla şəxsi söhbətlərində dövlət başçısı postu uğrunda yarışı tərk etdiyinə görə təəssüfləndiyini bildirib.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən yazır.
 
Siyasətçinin fikrincə, o, fəlakətli debat performansına və aşağı reytinqlərə baxmayaraq Donald Trampı məğlub edə bilərdi. O, geri çəkilməklə bağlı verdiyi qərara görə, peşman olduğunu deyib.
 
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu post uğrunda Demokratlar Partiyasından Kamala Harris və Respublikaçılar Partiyasından Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb. Bununla da Tramp ABŞ-nin 47-ci prezidenti seçilib. Onun andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər