Qərbi Azərbaycan həqiqətlərindən və azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına geri qayıdış hüququndan bəhs edən "Geri qayıdış hüququ: Bizim ədalət və barışıq çağırışımız" adlı məqalə nüfuzlu nəşrlərdə yayımlanıb.
Moderator.azz xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
Bildirilib ki, məqalənin müəllifi icmanın İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri - sözçüsü Ülviyyə Zülfiqardır.
Yazı Londonda yayımlanan "The Europa today" nəşrində və səkkiz dildə fəaliyyət göstərən "Gulf observer" media resursunda dərc olunub.
Məqalədə vurğulanıb ki, ötən əsr ərzində baş vermiş sonuncu - 1987-91-ci illər deportasiyasında 300 min azərbaycanlı zorla öz evlərindən çıxarılıb.
Qeyd olunub ki, Qərbi azərbaycanlıların bir araya gəldiyi icma özünün qayıdış konsepsiyasını qəbul edib və bu gün onlar öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq uğrunda hüquqi mübarizəni davam etdirirlər.
Məqalədə icmanın qarşı tərəfə dialoq çağırışı etməsinə, soydaşlarımızın hüquqlarının bərpa edilməsinin regionda daha dayanıqlı və uzunmüddətli barışığa nail olunmasında rolunun olmasına toxunulub.