Bizi sosial şəbəkələrdən izləyin:
Suriyalılar Türkiyəyə ən səmimi niyyətlərlə təşəkkürlərini bildirirlər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, suriyalılar 13 ildən sonra ilk dəfə gələcəklərinə ümid və həyəcanla baxır:
"Bu yaxınlarda Suriyada xalq inqilabı baş verdi. Əsəd rejimi indi tamamilə tarixdir. Ölkəsində 1 milyon günahsız insanın ölümünə səbəb olan Əsəd bir gecədə qaçmalı oldu. Suriya xalqı bizi qürurlandıran möhtəşəm qələbə qazandı".