Siyasət
294
12:53, Bu gün

"Ermənistanla sülh müqaviləsi layihəsi üzrə 15 maddə razılaşdırılıb" - Ceyhun Bayramov

"Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb".
 
Moderator.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
 
Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir.
 
Ceyhun Bayramov bildirib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər.
 
XİN rəhbəri bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var: “Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının prembulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana ərazi iddiaları var”.
 
Link kopyalandı!
Son xəbərlər