Suriya böhranı: Gülər Ostinlə nələri müzakirə edib?
1733
09 Dec 2024 | 12:15

Suriya böhranı: Gülər Ostinlə nələri müzakirə edib?

Türkiyə milli müdafiə naziri Yaşar Gülərlə u200bu200bABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı baş tutub.
 
Axar.az xəbər verir ki, Pentaqon kritik telefon danışığı ilə bağlı açıqlama yayıb.
 
“Ostinlə Gülər telefon danışığı zamanı Suriyadakı son prosesləri müzakirə ediblər. Ostin ABŞ-ın Suriyadakı müxalif qrupların bəyanatlarını və hərəkətlərini yaxından izlədiyini vurğulayıb. Hər iki nazir u200bu200bbu qrupların mülki insanları, xüsusilə etnik və dini azlıqları qorumaq üçün addımlar atmalı və beynəlxalq humanitar normalara riayət etməli olduqlarını bildiriblər. Tərəflər eyni zamanda, ABŞ qüvvələri və tərəfdaşları üçün risklərin qarşısının alınması, İŞİD-lə mübarizə missiyasına dəstək üçün Türkiyə ilə ABŞ arasında sıx koordinasiyanın vacibliyini bir daha təsdiqləyiblər. Ostin Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını qəbul edib və həm İŞİD, həm də bölgədəki digər zərərli aktorların yaratdığı risklərə toxunub”, - məlumatda bildirilib.
Link kopyalandı!
Son xəbərlər