Tramp ABŞ Konstitusiyasını dəyişmək istəyir
1920
09 Dec 2024 | 08:55

Tramp ABŞ Konstitusiyasını dəyişmək istəyir

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ölkə Konstitusiyasına edilən 14-cü düzəlişdə təsbit olunmuş anadangəlmə vətəndaşlıq hüququnu ləğv etmək istəyir.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "NBC News"a müsahibəsində bildirib.
 
"Biz buna son qoymalıyıq", - deyən siyasətçi bu haqqı gülünc adlandırıb.
 
Beləliklə, 47-ci prezident ABŞ vətəndaşlığı olmayan, lakin bu ölkədə uşaq dünyaya gətirən valideynlərin övladlarının vətəndaşlıq hüququnu əlindən almaq istəyir.
 
Trampın sözlərinə görə, belə bir qayda guya yalnız ABŞ-də tətbiq edilir, lakin bu, dünyanın 30-dan çox ölkəsində konstitusiya səviyyəsində təsbit olunub.
Link kopyalandı!
Son xəbərlər