Əziz Ələkbərli:
Siyasət
1807
05 Dec 2024 | 10:20

Əziz Ələkbərli: "Ermənistan Qərbi azərbaycanlıların hamısını dədə-baba yurdunlarından çıxarıb"

"Qərbi Azərbaycan İcması olaraq biz yüzminlərlə soydaşımızın doğma yurdlarına qayıtması üçün mübarizə aparırıq".
 
Moderator.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransda icmanın sədri Əziz Ələkbərli deyib.
 
O bildirib ki, dünya üzrə qaçıqınların sayının artması təəssüf doğurur:
 
"Onların əksəriyyəti silahlı münaqişələrin qurbanı olub. Lakin silahlı münaqişələrin həm də məhz etnik zəmində törədildiyi unudulmamalıdır. Belə kədərli nümunələrdən biri də Ermənistanın əməlləridir. Ermənistan Qərbi azərbaycanlıların hamısını dədə-baba yurdunlarından çıxarıb və bu gün Ermənistanda bir nəfər də olsa azərbaycanlı qalmayıb. Ermənistan mədəni irsimizin araşdırılması üçün UNESCO-nun ora missiya göndərməsinə icazə vermir. Çünki qəbiristanlıqlarımız, mədəni irsimizin məhv edilib".
 
"Biz torpaqlarımıza sülh yolu ilə qayıtmağın tərəfdarıyıq və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşırıq. Bu prosesdə beynəlxalq ictimaiyyətin rolu danılmazdır. Təəssüf ki, Ermənistan hökumətinin qeyri-konstruktiv davranışları bu prosesi çətinləşdirir", - deyə icma sədri əlavə edib.
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər