Azərbaycan Prezidenti:
1752
05 Dec 2024 | 10:15

Azərbaycan Prezidenti: "Xalqımız ədalətsizliklə heç vaxt barışmayıb"

"Azərbaycan xalqı ədalətsizliklə heç vaxt barışmayıb, haqq səsini dünyaya çatdırmağa çalışıb".
 
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyevin "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində ifadə edib.
 
Dövlətimizin başçısı əlavə edib ki, 2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı:
 
"Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda "Böyük Qayıdışa dair Dövlət Proqramı" uğurla icra edilir".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər