Bizi sosial şəbəkələrdən izləyin:
Maltada səfərdə olan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında görüş baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoq, qarşılıqlı münasibətlər, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ətrafında fikir mübadiləsi aparıblar.