“İstefa verməyəcəm” - Makron
1475
04 Dec 2024 | 08:10

“İstefa verməyəcəm” - Makron

Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmağı planlaşdırır.
 
“Qafqazinfo” “LCI” telekanalına istinadən xəbər verib ki, o, bunu Səudiyyə Ərəbistanına səfəri zamanı deyib.
 
Makron bildirib ki, parlament ölkənin hazırkı hökumətinə etimadsızlıq göstərsə belə, istefa verməyəcək.
 
“Fransa xalqı tərəfindən iki dəfə seçilmişəm və bu etimadı son saniyəyə qədər bütün gücümlə doğruldacağam” , - Fransa lideri vurğulayıb.
 
O, istefası ilə bağlı məlumatları siyasi uydurma olduğunu vurğulayıb
 
Link kopyalandı!
Son xəbərlər