Tramp Baydenin oğlunu əfv etmək qərarını pisləyib
1703
02 Dec 2024 | 08:25

Tramp Baydenin oğlunu əfv etmək qərarını pisləyib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Cozef Baydenin oğlu Hanteri əfv etmək qərarının sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsi olduğu fikrini bildirib.
 
“Report” xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
Tramp 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum edən və illərdir həbsdə olan şəxslərin əfv siyahısında olub-olmadığını sual edib. O qeyd edib ki, bu cür davranış açıq-aşkar sui-istifadə və ədalətin pozulmasıdır.
 
Tramp və tərəfdarları hesab edir ki, hücumda iştirak edənlərin çoxu ədalətsiz təqibin qurbanı olub və onlar siyasi məhbuslardır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər