Zelenskidən ŞOK BƏYANAT:
Siyasət
953
10:30, Bu gün

Zelenskidən ŞOK BƏYANAT: "Əraziləri dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırıq"

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınacağı təqdirdə münaqişənin qaynar mərhələsinin dayandırmağa hazır olduğunu bəyan edib.
 
Publika.az xəbər verir ki, Zelenski bunu "Sky News"a müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, ölkəsinin NATO üzvlüyü münaqişənin səngiməsi üçün ən uyğun həll yoludur.
 
“Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq. Fakt budur ki, bu, müharibənin qaynar fazasını dayandırmaq üçün həll yoludur, çünki biz nəzarətimiz altında olan hissə ilə NATO üzvlüyünə verə bilərik”, - deyə o qeyd edib.
 
Bundan sonra o, işğal altında olan ərazilərin diplomatik yolla qaytarılması üzərində işləmək niyyətindədir.
 
Zelenski qeyd edib ki, Ukrayna heç vaxt belə bir təklifi nəzərdən keçirməyib, çünki bunu rəsmi olaraq heç kim təklif etməyib.
 
Ukrayna Prezidentinin bəyanatı artıq Ukraynada kəskin reaksiyaya səbəb olub.
 
Bu, Zelenskinin 2022-ci ilin fevralından bəri işğal edilən əraziləri geri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır.
Link kopyalandı!
Son xəbərlər