“Əgər atəşkəs pozularsa...” - Netanyahudan xəbərdarlıq
2001
29 Nov 2024 | 08:38

“Əgər atəşkəs pozularsa...” - Netanyahudan xəbərdarlıq

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə Livanda atəşkəsin pozulacağı təqdirdə tammiqyaslı müharibəyə hazırlaşmağı əmr edib.
 
Bu barədə İsrailin “Kanal 14” televiziyasına müsahibəsində bildirib.
 
“Əgər atəşkəs razılaşması pozularsa, biz tammiqyaslı müharibəyə keçəcəyik”, - deyə Baş nazir bəyan edib.
 
Xatırladaq ki, noyabrın 27-də İsrail və Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs razılaşması qüvvəyə minib.
 
 
Qafqazinfo.az
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər