Ukraynanın Avropa İttifaqına daxil olması çətin olacaq - Radoslav Sikorski
Siyasət
192
08:28, Bu gün

Ukraynanın Avropa İttifaqına daxil olması çətin olacaq - Radoslav Sikorski

Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar kənd təsərrüfatı və nəqliyyat sənayesində rəqabət səbəbindən mövcud iqtisadi ziddiyyətlər səbəbindən çətin olacaq.
 
Moderator.az Report-a istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib.
 
Onun sözlərinə görə, rəsmi Varşava bu danışıqlar zamanı Kiyevlə münasibətlərdə sırf ikitərəfli problemləri həll etmək fikrində deyil:
 
Nazir bildirib ki, Varşava danışıqlar prosesini mümkün qədər sürətləndirmək üçün 2025-ci ilin birinci yarısında Aİ Şurasında Polşa sədrliyindən qurumun metodologiyası imkan verdiyi qədər istifadə edəcək. Polşa 2025-ci il yanvarın 1-dən iyunun 30-dək Aİ Şurasına rəhbərlik edəcək.
Link kopyalandı!
Son xəbərlər