Medvedev: “Tramp bütün sanksiyaları tezliklə ləğv etməyəcək”
Siyasət
499
12:53, Bu gün

Medvedev: “Tramp bütün sanksiyaları tezliklə ləğv etməyəcək”

Donald Tramp ABŞ prezidenti vəzifəsinin icrasına başladıqdan sonra çətin ki, Rusiyaya qarşı bütün sanksiyaları dərhal ləğv etsin: bu məhdudiyyətlər Vaşinqton üçün sərfəlidir.
 
Moderator.az ng.ru-ya istinadla xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
 
“Vəzifəyə başlayan seçilmiş prezidentin bu sanksiyaları dərhal aradan qaldıracağı ehtimalı azdır. Üstəlik, o, faktiki olaraq müəyyən müddət ərzində bir sıra sanksiyaların tətbiqində israr edib”, – siyasətçi Rusiyanın Trampın andiçməsindən sonra sanksiyaların götürüləcəyini gözlədiyi sualına cavabında xatırladıb.
 
Rusiya eks-prezidenti (2008-2012) deyib ki, Tramp Rusiya qazının Avropaya tədarükünü məhdudlaşdırmaq və orada Amerikanın enerji resurslarını satmaq istəyirdi. “Müəyyən mənada sanksiyaların dayandırılması Amerika iqtisadiyyatının bir sıra sektorlarının maraqlarına uyğun deyil. Trampın mülahizələrinin nə olacağını bilmirəm, amma bunu həqiqətən etmək lazımdır. Sadəcə, normal iqtisadi əməkdaşlığı bərpa etmək üçün”, – Medvedyev sanksiyaların ləğvindən danışarkən vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər