Sülh sazişinin ən çətin problemi: “Hər şey bunun həllinə bağlıdır”
Siyasət
2153
21 Nov 2024 | 12:52

Sülh sazişinin ən çətin problemi: “Hər şey bunun həllinə bağlıdır”

Ermənistan-Azərbaycan sülh müqaviləsinin razılaşdırılmamış iki bəndi ilə bağlı mövqelərdə yaxınlaşma var.
 
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
 
Erməni nəşri təhlilində mümkün bəndlərə diqqət çəkir:
 
“Xarici işlər naziri Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyan sülh müqaviləsinin razılaşdırılmayan məqamlarının nədən ibarət olduğunu açıqlamasa da, diplomatik mənbəmiz bildirir ki, söhbət iki bənddən gedir: üçüncü ölkənin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində istisna edilməsi və beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaların rədd edilməsi.
 
Birinciyə gəlincə, bu tələb Avropa İttifaqının (Aİ) mülki missiyası Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməzdən əvvəl irəli sürülüb, o zaman problem yalnız Rusiya sərhədçilərinə aid idi. Ermənistan hakimiyyəti buna etiraz etməyib. Amma Aİ müşahidəçiləri sərhədə gəldikdən sonra Azərbaycan bu tələbi yenidən formalaşdırıb.
 
Bu arada, Qərb Aİ müşahidəçilərinin qalması və regional hadisələri izləməyə davam etmək üçün İrəvana təzyiq edir, ona görə də gələn ilin fevralında başa çatacaq razılaşmanın müddəti uzadılmalıdır. Mənbəmizin sözlərinə görə, bu məsələdə razılıq əldə olunana qədər biz də beynəlxalq məhkəmələrdə iddialardan imtina tələbi ilə razılaşmırıq, amma prinsipcə buna qarşı deyilik, əlbəttə, sinxron olarsa - Azərbaycan da bizə qarşı iddialardan imtina edərsə”.
 
Nəşrin mənbəsi qeyd edir ki, bu, məqamlar razılaşdırılsa belə, sənədin imzalanması çətindir, çünki Bakı İrəvandan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Razılaşdırılması ən çətin olan problemin də bununla bağlı olduğu bildirilir.
 
Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası var. Rəsmi Bakı bu istinadın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Azərbaycanın rəsmi mövqeyi belədir ki, sülh müqaviləsinin imzalanması bundan sonra, yaxud sazişin tam razılaşdırılması ilə baş tuta bilər.
 
Link kopyalandı!
Son xəbərlər