Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özü vəzifəyə təyin edəcək.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində məlumat yayıb.
Tramp bildirib ki, Mehmet Öz “Medicare” və “Medicaid” Xidmət Mərkəzinin sədri vəzifəsini icra edəcək. Seçilmiş prezident paylaşımda türkəsilli həkimlə tanışlığından da bəhs edib.
“Həkim Özlə illərdir tanışlığımız var və əminəm, o, ABŞ-də hər kəsin ən yaxşı səhiyyə xidmətini alması üçün mübarizə aparacaq ki, ölkəmiz yenidən Qüdətli və Sağlam olsun!”
Qeyd edək ki, Donald Tramp gələn ilin yanvarın 20-nə təyin olunan andiçmə mərasimindən sonra rəsmən prezidentlik postuna yiyələnəcək. Sözügedən təyinatlar isə həmin gündən sonra qüvvəyə minəcək.