Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyaya rəsmi səfər edib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə lideri Rio de-Janeyro şəhərində keçiriləcək G20 sammitində iştirak edəcək.
Ərdoğanı bu səfərdə xanımı Əminə Ərdoğan, XİN rəhbəri Hakan Fidan, maliyyə naziri Mehmet Şimşek və digər rəsmilər müşayiət edir.
O, Braziliyada sammitdə iştirakla yanaşı, bir sıra ikitərəfli görüşlər keçirəcək.