Bizi sosial şəbəkələrdən izləyin:
Noyabrın 14-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Moderator.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Soltan Məmmədov və digər rəsmi şəxslər qarsalayıblar.