Tokio şəhərinin qubernatoru:
Siyasət
366
10:40, Bu gün

Tokio şəhərinin qubernatoru: "Bakının təmizliyi və gözəlliyi məni valeh etdi"

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün ölkəmizin paytaxtına səfərə gələn Yaponiyanın paytaxtı Tokio şəhərinin qubernatoru xanım Yuriko Koike Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, xanım Yuriko Koike Bakının təmizliyi və gözəlliyinin onu valeh etdiyini vurğulayaraq, Azərbaycanda olmağından və COP29 tədbirində iştirakından məmnun olduğunu bildirmişdir. Qonaq həmçinin, Azərbaycanın və Bakı şəhərinin son illərdə sürətlə inkişaf etdiyini xüsusilə qeyd etmişdir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yaponiya nümayəndə heyətinin Bakıda olduğundan məmnunluğunu ifadə edərək paytaxt Bakı şəhəri barədə məlumat verib. O, bildirib ki, bu gün Bakı və regionların inkişafı ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin nəticəsidir.
Daha sonra hər iki paytaxt şəhər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər