Əli Əsədov İraq Prezidenti ilə görüşdü
Siyasət
1844
12 Nov 2024 | 11:36

Əli Əsədov İraq Prezidenti ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
 
Bu barədə Moderator.az-a Nazirlər Kabinetindən məlumat verilib.
 
Məlumatda bildirilib ki, görüşdə COP29-un iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsi baxımından qlobal əhəmiyyəti vurğulanıb. Eləcə də, Azərbaycan-İraq əlaqələrinin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
 
Link kopyalandı!
Son xəbərlər