Burundinin vitse-prezidenti Azərbaycanda səfərdədir
2366
10 Nov 2024 | 20:18

Burundinin vitse-prezidenti Azərbaycanda səfərdədir

Burundi Respublikasının vitse-prezidenti Prosper Bazombanza BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.
 
Moderator.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Prosper Bazombanzanı ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Link kopyalandı!
Son xəbərlər