Sabah Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüş keçiriləcək
Siyasət
405
17:07, Bu gün

Sabah Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüş keçiriləcək

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Bu barədə Moderator.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək:

-Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “Amay” Ticarət Mərkəzi;

-Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

-Yasamal parkı - Ə.Haqverdiyev küçəsi - H.Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

-“Olimpik Star” İdman və Əyləncə mərkəzi - S.Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - H.Əliyev sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;

-N.Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – H.Əliyev sarayı – Mərkəzi Bank – “28 Mall” Ticarət Mərkəzi;

"Sürücülərdən yürüşün keçirildiyi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində qismən fasilələr yaranacağını nəzərə almalarını xahiş edirik. Qeyd edək ki, yürüşün marşrutlar üzrə hərəkəti yol-patrul xidməti əməkdaşları tərəfindən tənzimlənəcək",- deyə məlumatda qeyd edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər