Dəhliz bu şərtlərlə açılır: Bakı və İrəvan birbaşa razılaşdı
Siyasət
565
12:46, Bu gün

Dəhliz bu şərtlərlə açılır: Bakı və İrəvan birbaşa razılaşdı

"Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının onuncu görüşü keçirilib. Növbəti təmasın olması tərəflərin sərhədin digər hissələrinə aid delimitasiyanın aparılmasında maraqlı olduğunu göstərir. Bundan öncə Qazax-Tavuş istiqamətində sərhədin müəyyən bir hissəsində delimitasiya baş tutub. Sərhədin böyük ərazini əhatə etdiyi nəzərə alınsa, bu istiqamətlərdə də məsələlər nəzərə alınmalıdır".
 
Moderator.az xəbər verir ki, bunu Teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyib.
 
“Sərhədin ayrı-ayrı hissələrinə aid müəyyən fikir ayrılıqları var. Bunun fonunda sərhədlərlə bağlı aparılan ardıcıl iş hər iki paytaxtda bununla bağlı siyasi iradənin olduğunu göstərir. Tərəflər qarşıya çıxan problemləri iki ölkə prinsipi ilə həll etmək niyyətindədir”, - deyə o əlavə edib.
 
 
Siyasi şərhçiyə görə, Azərbaycan-Ermənistan sərhədi bütövlükdə eyni prosesin tərkib hissəsi kimi də həll olunmaya bilər:
 
“Sərhədin digər hissələrində ayrı-ayrı ərazilərə uyğun yanaşmaların tətbiq olunması mümkündür. Kommunikasiya xətlərinin açılması da Bakı və İrəvanın gündəliyindədir. İkitərəfli formatda kommunikasiya xətlərinin açılması haqqında düşüncələr var. Sərhəd Komissiyalarının sonuncu görüşündə də bu məsələ müzakirə olunub”.
 
Asif Nərimanlı kommunikasiya xətləri ilə bağlı tərəflər arasında fikir ayrılığına diqqət çəkib:
 
“Azərbaycan haqlı olaraq Zəngəzur dəhlizinin açılmasını istəyir. Ermənistan isə suverenlik prinsipindən çıxış edir. İrəvan həmçinin kommunikasiya xətlərinin 10 noyabr 2020-ci il razılaşmasına uyğun açılmasının tərəfdarı deyil. Bu da erməni tərəfinin dəhlizin Rusiyanın nəzarətində açılmasına olan münasibətini ifadə edir”.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər