İrəvandan təklif gəldi - Zəngəzurla bağlı dəyişiklik
Siyasət
1239
12:33, Bu gün

İrəvandan təklif gəldi - Zəngəzurla bağlı dəyişiklik

"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı uzun müddət manipulyasiyaya baş vurdu. İrəvan, həmçinin müxtəlif variantlarla bu məsələni ləngitməvə öz maraqlarına uyğun şəkildə prosesi həyata keçirməyə çalışdı. Amma Azərbaycanın mövqeyi bəllidir".
 
Moderator.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
 
Onun sözlərinə görə, üçtərəfli bəyanatda qeyd olunduğu kimi, Zəngəzur dəhlizində təhlükəsiz və maneəsiz keçid həll olunmalıdır:
 
“Son olaraq Kazanda Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan vətəndaşları, avtomobillər və yüklər üçün sadələşdirilmiş iş rejimini təklif etdi. Bu sadələşdirilmiş iş rejimi deyəndə nəyi nəzərdə tuturlar, onu dəqiq söyləmək hazırda çətindir. Çünki sadələşdirilmiş iş rejiminin müxtəlif variantları var. Bu, birbaşa yoxlamadan keçidin həyata keçirilməsi ilə paralel birgə yoxlama, yaxud sənədlərin əvvəlcədən təqdim olunması, yalnız skayner vasitələrindən istifadə olunması, məsələlərin texniki vasitələrlə çox sürətlə həyata keçirilməsi və sair kimi məsələlər ola bilər.
 
Bu baxımdan, bu sadələşdirilmiş iş rejiminin tərkibi nədən ibarətdir, onun açılması maraqlı olardı. Amma bütün hallarda, Ermənistanın mövqeyində müəyyən müsbət dəyişikliklər var. Əgər əvvəllər Ermənistan nəzərdə tuturdu ki, orda hər şey onun nəzarətində olmalıdır, istisnasız bütün yüklər və nəqliyyat vasitələri yoxlamaya məruz qalmalıdır. Azərbaycan isə bunu qəbul etmirdi. Hazırda Ermənistanın mövqeyindəki dəyişiklik əslində, pozitiv dəyişiklikdir. Belə ki, Azərbaycan yükləri və nəqliyyat vasitələri sadələşmiş rejimdə bu ərazidən keçəcək. Bütün hallarda bu, pozitiv sayıla bilər. Sadəcə, həmin iş rejiminin detalları nədən ibarətdir, onun açılması maraqlı olardı”.
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər