ABŞ-da keçirilən prezident seçkisinin ilk nəticələri açıqlanır və Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrisin iqamətgahı ciddi gərginlik yaşayır.
Axar.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Məlumata görə, Harrisin qərargahındakı əhval-ruhiyyə son bir neçə saat ərzində nəzərəçarpacaq dərəcədə pisləşib:
“İndi hamı CNN-in yayımını diqqətlə izləyir”.
Qeyd edək ki, respublikaçıların namizədi, sabiq prezident Donald Tramp rəqibi Harrisi əhəmiyyətli dərəcədə üstələyir.