Putin elə bir fərman imzaladı ki...- ilginc gəlişmə
Siyasət
1777
02 Nov 2024 | 21:35

Putin elə bir fərman imzaladı ki...- ilginc gəlişmə

Prezident Vladimir Putin Rusiyaya dəstək verdiyinə görə ölkələrində təzyiqlərə məruz qalanlara kömək göstərilməsi barədə fərman imzalayıb. 
 
Musavat.com xəbər verir ki, fərman  “Rusiyanın ənənəvi mənəvi-əxlaqi dəyərlərimizi bölüşən insanlara humanitar yardım göstərilməsi haqqında” fərman kimi təqdim edlib.  
 
Fərmanda heç bir kvota olmadan, rus dilini bildiyini təsdiq edən sənəd belə təqdim edilmədən həmin şəxslərə Rusiyada müvəqqəti yaşayış icazəsi  verilməsini nəzərdə tutur.
 
Fərman Rusiyada heç də birmənalı qarşılanmayıb. Əsas narahatlıq budur ki,  söhbət hansı ölkələrdən gedir, Asiya və Afrikadan indi  Rusiyaya üz tutanlar arta bilərmi?
 
Politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov pravda.ru-nun müxbiri ilə söhbətində bu sualları cavablandırıb.
 
“Hesab edirəm ki, bu cür dəstək  Rusiyaya müsbət münasibət bəsləyən və öz vətənlərində tez-tez təqib edilən bütün vətəndaşlara verilməlidir,  
 
Əgər insanlar Avropanın və ABŞ-ın siyasi dairələrinin öz baxışlarına, Rusiyaya  rəğbəti olan nöqteyi-nəzərlərinə görə təzyiqlərdən əziyyət çəkirlərsə, yəqin ki, bizim də vəzifəmiz onlara dəstək olmaqdır.  Amma bu, təkcə Avropa ilə məhdudlaşmır.   İstər Latın Amerikası və ya Şimali Amerika olsub,  istər Asiya, ümumiyyətlə, yeni dünyada bütün dövlətlərin vətəndaşları haqqında danışmaq lazımdır. Ona görə də kimisə ayırmağa ehtiyac yoxdur. Bunlar həm xarici ölkələrin vətəndaşları, həm də keçmiş Sovet İttifaqının vətəndaşları ola bilər.
 
 Rusiya Baltikyanı ölkələrdən və keçmiş SSRİ respublikalarından bizə müsbət münasibət bəsləyən vətəndaşlara kömək edirik. Ancaq bunlar uzaq Çilidə və ya uzaq Venesuelada, Kolumbiyada vətəndaşlardırsa, bu tamamilə fərqlidir. Biz hamıdan danışırıq”.
 
“Asiya və Afrika ölkələrinin vətəndaşları ilk növbədə bundan yararlana, kütləvi axın ola bilərmi” sualına ekspert belə cavab verib:  
 
“Biz Asiya dövlətləri ilə xüsusi əlaqələr qururuq, Rusiyanın Şərqə dönüşü haqqında danışırıq, həmçinin bizim əsas müttəfiqlərimiz indi Asiyadadır. Ölkəmizdə ikinci Rusiya-Afrika forumu bundan əvvəl baş tutub. Ona görə də təbii ki, onlarla əlaqələr qurmalıyıq. Məsələ bu vətəndaşların haradan gəldiyi deyil. Bəli, sual ondan ibarətdir ki, bu, real əsaslı proses olmalıdır. Fərman bu vəziyyətdə kimin köməyə ehtiyacı olduğundan danışır.   Bu fərmandan köməyə ehtiyacı olanlar yararalanmalıdır”.
 
“Rus dilini bilmədən Rusiya ilə mənəvi bağlılıq ola bilərmi”sualına gəlincə, ekspert bunları deyib: "Söhbət  başqa ölkələrdə Rusiya üçün son dərəcə faydalı iş görən insanlardan gedir. Onlar bunu dil bilmədən də edə bilərlər. Bunun üçün rusca danışmaq qətiyyən vacib deyil.” 
 
Musavat.com
Link kopyalandı!
Son xəbərlər