Bizi sosial şəbəkələrdən izləyin:
"Rusiya İrana mümkün cavabla bağlı narahatlığını İsrail hökumətinə çatdırır".
Bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
"Müxtəlif səviyyələrdə təmaslar aparılır", - diplomat qeyd edib.
Boqdanov vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı səfirliklər və İsrail səfiri ilə əlaqə saxlayır. Onun sözlərinə görə, başqa kanallar vasitəsilə əlaqələr var.
Xatırladaq ki, oktyabrın 15-də İsrail hakimiyyəti İrana tezliklə cavab veriləcəyini bildirib. “The Times of Israel” xəbər verir ki, bu açıqlama ilə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant çıxış edib.
Publika.az