Almaniya uzun illərdən sonra Türkiyəyə BUNU ETDİ
1803
06 Oct 2024 | 21:49

Almaniya uzun illərdən sonra Türkiyəyə BUNU ETDİ

Almaniya hökuməti uzun illərdən sonra ilk dəfə Türkiyəyə genişmiqyaslı silah ixracını təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.
 
Məlumata əsasən, tədarüklərin potensial dəyəri bir neçə yüz milyon avro həcmində qiymətləndirilir.
 
Nəşrin məlumatına görə, Almaniyanın Federal Təhlükəsizlik Şurası Türkiyəyə alman silahlarının, o cümlədən Türkiyə Hərbi Dəniz Qüvvələri üçün 100 yer-hava raketi və torpedanın, həmçinin sualtı qayıqların və freqatların modernləşdirilməsi üçün avadanlıqların tədarükünə razılıq verib.
 
“Der Spiegel” qeyd edir ki, icazələr İqtisadiyyat Nazirliyinin Bundestaq (Almaniya Federativ Respublikası Parlamenti) üçün hazırladığı siyahıda göstərilib. Sənədə əsasən, raket istehsalçısı MBDA Türkiyəni gəmilərin hava hücumundan müdafiəsi üçün 100 idarə olunan raketlə təmin edə bilər.
 
Jurnal qeyd edir ki, siyahıda sövdələşmənin maliyyə həcmi konkret olaraq göstərilmir, lakin RAM (Rolling Airframe Missile) adlanan qısa mənzilli raket sistemlərinin qiymətinin 100 milyon avro civarında olacağı ehtimal edilir Təhlükəsizlik Şurası həmçinin ThyssenKrupp sənaye konserninin hərbi dəniz bölməsindən 156 milyon avroya 28 SeaHake torpedasının tədarükünü təsdiqləyib.
 
Bundan əlavə, “Der Spiegel”in məlumatına görə, siyahıya daha iki silah tədarükü müqaviləsi daxildir. Alman müdafiə şirkətlərinin müxtəlif konsorsiumları Türk U209 sualtı qayıqlarının modernləşdirilməsi üçün təchizat paketləri təqdim etmək səlahiyyətinə malikdir, büdcə 79 milyon avrodur. Bundan əlavə, ümumi dəyəri 1,9 milyon avro olan Türk korvetləri və freqatları üçün mühərrik hissələrinin tədarükü təsdiqlənib. Verilən icazələrin məbləğinin təxminən 336 milyon avro olacağı ehtimal edilir.
 
Jurnal bu addımı Almaniya hökumətinin kursunda nəzərəçarpacaq dəyişikliyin əlaməti kimi qiymətləndirir. Belə ki, son illərdə Almaniya Türkiyəyə bütün silah ixracını kəskin şəkildə azaldıb. 2023-cü ildə 1,22 milyon avro dəyərində 17 kiçik layihə təsdiqlənib.
 
Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə, hökumət birinci rübdə cəmi 23 milyon avroluq ixracı təsdiqləyib. Almaniya İqtisadiyyat Nazirliyi açıq şəkildə bəyan edib ki, Türkiyəyə ixraca yalnız Aİ və ya NATO tərəfdaşları ilə birgə layihələrin daxil olduğu halda yaşıl işıq yandırılacaq. (musavat.com)
Link kopyalandı!
Son xəbərlər