1671
04 Oct 2024 | 17:07

"İt hürər, karvan keçər..."

Amerika Birləşmiş Ştatları riyakarlığını və ölkəmizə qarşı düşmənçiliyini bir daha nümayiş etdirdi və konqresmenlər adından Azərbaycana sanksiyalar tədbiq etməyi gündəliyə gətirdi.
 
Korrupsiyalaşmış Amerikanın siyasi elitası erməni pulunun köləsinə çevrilib. Ölkə prezidenti cənab İlham Əliyevin haqlı olaraq dediyi kimi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsini həzm etməyən Amerikanın indiki Adminstrasiyası ölkəmizə qarşı qərəzli münasibətlərini davam etdirir.
 
Biz haqlıyıq. İgid övladlarımızın qanı hesabına əzəli və tarixi torpaqlarımızı erməni və onları himayə edənlərin işğalından azad etmişik.
 
ABŞ-ın, Fransanın və onlara züy tutanların maskaları yırtılıb, qəzəbli, çoxüzlü eybəcər sifətləri tam görünməkdə və ikrah doğurmaqdadır.
 
Bu tip hədələr və hədyanlar Azərbaycanı ədalətli  mövqeyindən çəkindirməyəcək və biz Qalib Xalq, Qalib Dövlət kimi yolumuzu uğurla davam etdirəcəyik.
Atalar sözündə deyildiyi kimi: "İt hürər, karvan keçər".
 
Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri
 
Link kopyalandı!
Son xəbərlər