Bülbüloğlunun sələfi KİM OLACAQ? - Elə adlar var ki...
Siyasət
Oxunub: 1535
20 Sep 2024 | 09:24
Bülbüloğlunun sələfi KİM OLACAQ? - Elə adlar var ki...
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən bitərəf namizəd kimi qalib elan olunub.  Mərkəzi Seçki Komissiyası səsverməyə dair protokolun və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə göndərib.  P.Bülbüloğlu isə yaranmış fasilədən istifadə edərək, səfir kimi Rusiyaya son turnesinə çıxıb. 
 
Sentyabrın 14-də, Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun son günü Rusiya Dövlət Ermitajında Polad Bülbüloğluna Ermitaj Mükafatının təqdimat mərasimi olub. Forumun Təşkilat Komitəsinin sədri, Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova mükafatı təqdim edib.
 
Ermitaj muzeyinin Georgi zalında baş tutan mərasimdə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, mədəniyyət xadimləri, diplomatlar iştirak ediblər.
 
Rusiya prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy vurğulayıb ki, Polad Bülbüloğlu mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edib. “O, dahi musiqiçi, dahi müğənnidir. Sevindirici haldır ki, Polad doğma torpağı Şuşadan deputat seçilib. Bu torpaq onun atasına və özünə möhtəşəm səslər bəxş edib. Qoy, bu səslər uzun illər Azərbaycanın inkişafına xidmət etsin”, - deyə Mixail Şvıdkoy bildirib.
 
Sonra Başqırdıstana gedən Polad Bülbüloğluna burada bu respublikanın xalq artisti adı verilib. Mükafatı ona Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yaradıcı və elmi ziyalılarının Ufada keçirilən XVII Forumu çərçivəsində Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov təqdim edib.
 
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin yaxın günlərdə seçkilərin nəticələrini təsdiq edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, qərar elan olunduqdan dərhal sonra  2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olan Bülbüloğlu səfir postundan geri çağırılacaq. Bu isə həm də Bülbüloğlunun sələfinin kimliyini də müəyyənləşdirməlidir. 
 
Aydındır ki, Rusiya səfiri postuna göndəriləcək şəxs  iki ölkə arasında münasibətlərin spesifikliyini nəzərə almalıdır. Yəni Rusiyada səfir olmaq asan iş deyil və başqa dövlətlərdən fərqlənir. Çünki həm Rusiyada 3 milyondan çox azərbaycanlının yaşadığını nəzərə almaq lazımdır, həm regionda gedən proseslər fonunda Bakı-Moskva əlaqələrinin əhəmiyyəti diqqətə alınmalıdır. O baxımdan, səfir postuna namizədlər haqqında müzakirə aparıldığı deyilir. 
 
Bir müddət əvvəl bu strateji posta YAP-ın seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanıb. Bundan başqa, Prezidentin köməkçilərindən birinin də Rusiyaya səfir göndəriləcəyi haqda iddialar dolaşmaqdadır. Rusiyaya göndərilə biləcək şəxslər arasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adı hallanıb. Başqa bir mənbə isə deyib ki, Bakı COP29 üçün qonaqları qəbul etməyə fəal şəkildə hazırlaşır və böyük ehtimalla Azərbaycanın Rusiyaya yeni səfirinin təyin edilməsində tələskənlik etməyə də bilər.
 
Ekspertlərə görə, Moskvaya elə bir şəxs səfir göndərilməlidir ki, Rusiya hakimiyyəti ilə sıx əlaqələr qura bilsin. Rusiya kimi ölkəyə təcrübəli, peşəkar birisi səfir göndərilməlidir. Nəzərə almaq  lazımdır ki, erməni lobbisinin də güclü olduğu ölkələrdən biri Rusiyadır və Azərbaycan əleyhinə təbliğatlarını heç zaman dayandırmırlar. Bu istiqamətdə Rusiyadakı səfirimiz ölkəmizə qarşı təbliğatın qarşısını almağı bacarmalıdır. 
 
Məlumat üçün deyək ki, səfir göndərmək qərarına gəlmiş hökumət bundan öncə qəbul edən tərəfdən razılıq (aqreman) alır. Aqreman məxfi şəkildə alınmalıdır. Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir, çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. 
 
Azərbaycanla Rusiya arasında münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycanın Rusiyaya göndərəcəyi səfir Moskva ilə heç bir problem yaşanmadan razılaşdırılacaq. Bir müddət öncə Şuşada keçirilən Beynəlxalq Media Forumda Rusiya ilə əlaqələrin indiki vəziyyəti və gələcək perspektivi barədə də suala cavabında Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir: “Düşünürəm ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarilə biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq. Siz tamamilə haqlısınız, son vaxtlar Zirvə görüşlərinin intensivliyi artıb və buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir. Ancaq onu da deməliyəm ki, indi əsasən gündəlik çox geniş olsa da, - siz, əlbəttə, gündəliyə hamıdan daha yaxşı bələdsiniz, - düşünürəm ki, yenə də ön plana çoxtərəfli əməkdaşlıq məsələləri çıxır. Çünki prinsip etibarilə, ikitərəfli əməkdaşlıqda artıq hər şey nizamlanıb.
 
Siyasi qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. Ticarət dövriyyəsi artır. Rusiya ilə Ermənistan arasında olduğu kimi deyil. Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Ancaq çoxtərəfli əməkdaşlıqla bağlı məsələlərə gəldikdə, bu sahədə əlbəttə ki, həm tərəfdaşların, həm də başqa ölkələrin iştirakı ilə müzakirə etdiyimiz, həll etdiyimiz mövzular çoxdur. Bu, ilk növbədə, geosiyasi vəziyyət və həmişəkindən daha vacib olan Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Lakin bir çox başqa mövzular da var. Əminəm ki, münasibətlərimizin belə intensiv inkişafı həm ölkələrimiz, həm də bütövlükdə region üçün son dərəcə zəruridir". 
 
Siyasi analitiklər də hesab edirlər ki, Azərbaycanın Qarabağda suverenliyini tam bərpasından və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır. 
 
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Polad Bülbüloğlu hələ səfir vəzifəsindən rəsmən geri çağırılmadığı üçün onun yerinə təyin olunacaq səfirə aqreman alınması proseduru hər halda başlanmayıb. Bu prosedur yəqin ki, Polad Bülbüloğlu səfir vəzifəsindən azad ediləndən sonra başlanacaq: “Rusiya kimi strateji ölkəyə səfir təyinatında müəyyən xüsusi prinsiplər əsas götürülür. Azərbaycan və Rusiya arasında münasibətləri və 200 ildən artıq əlaqələri nəzərə alsaq, təbii ki, Rusiyaya göndəriləcək şəxs bir çox məsələlərlə bağlı xüsusi keyfiyyətlərə malik olmalıdır. Belə ki, həmin  səfir Rusiyanı çox yaxşı bilməlidir, Rusiya cəmiyyətində, xüsusən də elitada ona qarşı müsbət münasibət olmalıdır. Həmin şəxs Rusiya siyasi mədəni və iqtisadi elitası ilə çox effektiv əlaqələr qurmağı, Rusiya mediası ilə işləməyi, Rusiyadakı azərbaycanlılarla sıx əlaqələr qurmağı bacarmalıdır. Təbii ki, eyni zamanda ölkəmizin Prezidentinə çox yaxın və sadiq şəxs olmalıdır. Şübhəsiz ki, səfir peşəkar diplomat olmalıdır, Rusiya mühitini və cəmiyyətini çox yaxşı tanımalıdır və özü də orada tanınmalıdır, qəbul edilməlidir, iki ölkə arasında bütün sahələrdə inkişafa töhfə verə biləcək addımları atmaq keyfiyyətlərinə malik bir şəxs olmalıdır. Yəqin ki, bu kriteriyalara uyğun gələn diplomatlardan biri səfir təyin olunacaq. Həmin şəxsin kim olacağını isə dəqiq söyləmək çətindir. Rusiya səfiri postunun uzun müddət boş saxlanmayacağını isə əminliklə söyləmək olar”.
Oxşar xəbərlər
22:47, Bu gün
"Ən qanlı cinayətlər dünyanın susduğu zaman baş verir" - Zelenski
22:41, Bu gün
UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
22:39, Bu gün
Eyni internet üçün niyə artıq pul ödəyirik?
22:38, Bu gün
DİN-dən XƏBƏRDARLIQ! CİDDİ YANAŞIN!
22:37, Bu gün
Bu ölkə də sərhəddə hasar çəkmək istəyir
22:33, Bu gün
Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
22:32, Bu gün
"Mançester Yunayted" böyük fərqlə "Tottenhem"ə məğlub oldu
22:09, Bu gün
İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq?
21:57, Bu gün
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
21:55, Bu gün
Sakinlərin DİQQƏTİNƏ: Sabah Bakının üç rayonunda qaz olmayacaq
21:31, Bu gün
İsrail “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb
21:24, Bu gün
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
21:12, Bu gün
Meymunçiçəyi epidemiyası sürətlə yayılır
21:08, Bu gün
“Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır”
20:52, Bu gün
"Trampın Putinin niyyətlərini düzgün anlamaması yaxşı heç nə vəd etmir" - "Der Spiegel"
20:34, Bu gün
“Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır” - Prezident
20:26, Bu gün
ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
20:23, Bu gün
İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
19:56, Bu gün
İsrail Yəmənə yenidən zərbələr endirib
19:53, Bu gün
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
19:52, Bu gün
Cəbrayıl şəhərinə növbəti köç olacaq
19:51, Bu gün
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
19:50, Bu gün
Ceyhun Bayramovun BMT-nin Baş katibi ilə görüşüb, postmünaqişə dövründə vəziyyət müzakirə olunub
19:49, Bu gün
"Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur"
19:23, Bu gün
Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
19:22, Bu gün
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
18:50, Bu gün
Moskva ətrafında rusiyalı zabit qətlə yetirildi
18:38, Bu gün
İran XİN İsraili təhdid etdi: "Qisas alınacaq"
18:34, Bu gün
Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı
18:24, Bu gün
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
18:05, Bu gün
Yeni qarğıdalının fayda və zərərləri nələrdir?
18:05, Bu gün
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
18:00, Bu gün
Marketdə baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi
17:52, Bu gün
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
17:51, Bu gün
Tərtər sakinləri erməni vandallığından danışdılar: "Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb" (VİDEO)
17:46, Bu gün
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
17:45, Bu gün
Sevgilisi ayrılmaq istədi, maşında qumbara partlatdı
17:40, Bu gün
Məşhur aparıcının sümükləri əriyir
17:35, Bu gün
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
17:30, Bu gün
İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!
17:26, Bu gün
Nəsrullahı İran casusu satıb - ŞOK İDDİA
17:23, Bu gün
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken
17:20, Bu gün
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
17:00, Bu gün
Nəsrullahın meyiti dağıntılar altından çıxarıldı-YENİLƏNİB
16:53, Bu gün
Siqaretdən daha təhlükəli 5 qida
16:45, Bu gün
42 xarici ölkədə seçki məntəqəsi yaradılacaq - Gürcüstan MSK
16:36, Bu gün
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
16:28, Bu gün
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
16:20, Bu gün
THY Brüsselə uçuşlarını təxirə salır
16:13, Bu gün
Qulaqlarınızı bunlarla təmizləməyin
16:05, Bu gün
Bu balqabaq çantası fantastik qiymətə satıldı – REKORD
15:45, Bu gün
İsrail Hizbullahın Suriyadakı mövqelərini də vurdu
15:36, Bu gün
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
15:28, Bu gün
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
15:20, Bu gün
Goranboyda 28 yaşlı qadın bıçaqlandı
15:08, Bu gün
Yaşlı insanların yuxu keyfiyyətini yaxşılaşdıran içki
15:00, Bu gün
Ağ idman ayaqqabılarını necə təmizləmək olar? – Yeni görünəcəklər
14:50, Bu gün
Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq
14:43, Bu gün
Rusiya NATO zabitlərinin olduğu binanı vurdu: 15 ölü
14:35, Bu gün
Rusiyanın hərbi aerodromuna hücum edildi - VİDEO
14:34, Bu gün
Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir
14:28, Bu gün
Hamilə qadınlar bu qidaları yesin
14:20, Bu gün
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO
14:16, Bu gün
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
14:08, Bu gün
Bu aktyor Namiq Qaraçuxurlunun qardaşı imiş - VİDEO
14:00, Bu gün
Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!
13:54, Bu gün
“Deyirdi ki, ana, təsəvvür etmirəm, nə vaxtsa sən olmayacaqsan, insanın ölümündən reklam qazanmazlar”- Rəhimin anası göz yaşı tökdü-ÖZƏL+MÜSAHİBƏ
13:45, Bu gün
Renkanın tədbirdə paltarı yandı - FOTO
13:37, Bu gün
Sürücülərə XƏBƏRDARLIQ
13:29, Bu gün
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - İTTİHAM
13:18, Bu gün
İsrail Livanda quru əməliyyatına hazırlaşır
13:10, Bu gün
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür
13:02, Bu gün
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
12:56, Bu gün
Nikah pozulmadan belə aliment almaq olur - VİDEO
12:48, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - SƏBƏBLƏR
12:40, Bu gün
“İkinci Ay”ın Yerə yaxınlaşması ilə bağlı şayiələr təkzib edildi
12:33, Bu gün
Cazibədar aktrisaya 25 milyonluq TƏKLİF
12:25, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:18, Bu gün
İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib
12:10, Bu gün
“iPhone 16 Pro Max” betonun üzərinə düşərsə, nə baş verər? - VİDEO
12:00, Bu gün
Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ÖLÜB
11:46, Bu gün
Gözlərin altındakı torbaları aradan qaldırmağın təsirli yolları
11:39, Bu gün
Ukrayna dronları Volqoqradda İran raketlərinin saxlanıla biləcəyi sursat anbarını da vurdu...
11:39, Bu gün
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
11:38, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
11:35, Bu gün
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
11:30, Bu gün
Mövqelərimiz yenidən atəşə tutuldu
11:23, Bu gün
9 nəfəri daşqın apardı
11:15, Bu gün
İsrailin növbəti planı məlum oldu
11:08, Bu gün
Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi
10:57, Bu gün
Ronaldo işçi axtarır, vakansiya elan etdi - Bu qədər məvacib verəcək
10:50, Bu gün
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
10:46, Bu gün
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
10:39, Bu gün
Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
10:35, Bu gün
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
10:25, Bu gün
İtlər hansı yuxuları görür? - Yatmış iti...
10:16, Bu gün
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
10:09, Bu gün
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
09:54, Bu gün
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
09:45, Bu gün
Premyer Liqa: "Qarabağ" "Sabah"la üz-üzə gələcək
GÜNLÜK
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
00:27, Bu gün
"TOST" dağıdıldı, rəhbəri saxlanıldı - FOTO
28 Sep 2024 | 23:51
Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda
08:40, Bu gün
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
10:16, Bu gün
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
06:47, Bu gün
Kompüterdə işləyərkən gözləri belə qorumaq lazımdır
10:35, Bu gün
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
10:50, Bu gün
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
09:54, Bu gün
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
10:09, Bu gün
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
00:27, Bu gün
"TOST" dağıdıldı, rəhbəri saxlanıldı - FOTO
28 Sep 2024 | 23:51
Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda
08:40, Bu gün
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
10:16, Bu gün
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
06:47, Bu gün
Kompüterdə işləyərkən gözləri belə qorumaq lazımdır
10:35, Bu gün
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
10:50, Bu gün
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
09:54, Bu gün
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
10:09, Bu gün
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI