Milyonçu deputatın şirkəti cəzalandırıldı
Siyasət
1836
18 Sep 2024 | 22:14

Milyonçu deputatın şirkəti cəzalandırıldı

Mebel istehsalçısı "Embavud" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nağdsız ödənişlərdən imtina etdiyi üçün cərimə məbləği məlum olub.
 
Moderator.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mebel şirkəti bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 3 dəfə cəzalandırılıb.
 
Qanuni təmsilçisi Elşad İnşalla oğlu Abbasov olan "Embavud" MMC-yə fərqli vaxtlarda 5885.20, 3441.60 və 3037.00 manat maliyyə sanksiyası tətbiq edilib.
 
Qeyd edək ki, "Embavud" mebel firmasının sahibi deputat Məşhur Məmmədovdur. O, VI çağırış Milli Məclisin deputatı olub və 1 sentyabr 2024-cü il seçkilərində də qalib gəlib.
Link kopyalandı!
Son xəbərlər