Kamal Kılıçdaroğlunu ağır cəza gözləyir
Siyasət
1584
17 Sep 2024 | 18:37

Kamal Kılıçdaroğlunu ağır cəza gözləyir

Türkiyənin ana müxalifəti olan “Xalq Cümhuriyyəti Partiyası”nın (CHP) keçmiş lideri Kamal Kılıçdaroğlunu 4 il 1 ay həbs cəzası gözləyir.
 
Publika.az  xarici mətbuata istinadən xəbər verir ki, həbs qərarı İstanbul 14-cü Cəza Məhkəməsinin sədrini və məhkəmə üzvlərini təhqir etmək zəminində verilib.
 
Qeyd edək ki, Kılıçdaroğlu Enis Berberoğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsi qərarından sonra İstanbul 14-cü Cəza Məhkəməsinin sədrini qanunsuzluqda ittiham etmişdi:
 
“Bu qərarı verənlər bu qərarın altında qalacaqlar. Biz illərimizi demokratiyaya sərf etmişik və ədalət, demokratiya istəyirik. Biz bu ölkədə fikir azadlığı istəyirik".
Link kopyalandı!
Son xəbərlər