Sülh müqaviləsi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ - Ermənistan bunu etməsə...
Siyasət
Oxunub: 442
08:33, Bu gün
Sülh müqaviləsi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ - Ermənistan bunu etməsə...
Azərbaycan Ermənistanla əsas şərt icra olunmayanadək sülh müqaviləsini bağlamayacaq. Rəsmi Bakının bununla bağlı konkret bir tələbi var. Ermənistan kontitusiyasına dəyişiklik etməlidir.
 
Bu barədə Musavat.com-a diplomatik mənbələrdən məlumat daxil olub.
 
Bildiyiniz kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Rəsmi Bakı Paşinyan hökumətinin referenduma getməsi, bu iddiaların konstitusiyadan çıxarılması məsələsində israrlıdır. Mötəbər mənbə məlumat verir ki, bu tələb reallaşmayacağı halda sülh müqaviləsi əldə olunmayacaq.
 
Əslində, bunun reallaşması da mümkündür. Belə ki, Paşinyan iqtidarı artıq müqavimət göstərmək iqtidarında deyil və havadarları vasitəsilə prosesi uzatmaq istəyir. Amma burada ən çox itirən də elə Ermənistanın özüdür.
 
Azərbaycanla Ermənistan arasında bu problemi tərəflərin özünün həll etməsi daha məqbul sayılır. Rəsmi Bakı da bunu istəyir. Sadəcə, Ermənistan “qucaqdan qucağa” atılır.
 
Sülh müqaviləsini tərəflərin üçüncü tərəf olmadan imzalaması da mümkün görünür. Əslində buna yaxın bir təcrübə də yaxın keçmişdə yaşanıb. Belə ki, ötən il dekabrın 7-də Azərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan və Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə birgə bəyanat imzalayıblar.
 
Bəyanat heç bir vasitəçi və ya üçüncü tərəf olmadan, Azərbaycan və Ermənistanın baş siyasi qurumları tərəfindən verilib. Tərəflər əsirlərin dəyişdirilməsinə razılaşmışdılar.
 
Bunun əsasında 32 erməni hərbçi və 2 azərbaycanlı hərbçi azad edilmişdi.
 
Birgə bəyanat aşağıdakı 3 məsələni əhatə edirdi:
 
Hərbçilər azad olunur
 
“Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir”, bəyanatda deyilirdi.
 
Qarşılıqlı xoş niyyət
 
Azərbaycan və Ermənistan bir-birinin namizədliklərini müxtəlif təmsilçilik üzrə dəstəkləyiblər.
 
Bəyanatda deyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürür və Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.
 
Xoş niyyətin təzahürü olaraq, Azərbaycan da, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
 
Sülhə hazırlıq
 
“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür”, - bəyanatda deyilir.
 
“İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir”, - birgə bəyanatda bildirilir.
 
Azərbaycan və Ermənistan qarşılıqlı etimad yaratmaq öhdəliyi götürdüklərini də bəyan ediblər: “Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər”.
 
Tərəflər beynəlxalq ictimaiyyəti “iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə” çağırıblar.
 
Əldə olunan bu razılıq Avropa İttifaqı daxil əksər beynəlxalq qurumlar tərəfindən dəstəklənmiş, alqış almışdı.
 
Göründüyü kimi, üçüncü tərəf olmadan da Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması, erməni tərəfin yaratdığı maneələrin aradan qaldırılması mümkündür. Qalır bu yolda əsas maneə olan Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılması...
 
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına və sülh sazişinin imzalanmasına nail olunması üçün İrəvan üzərinə götürdüyü öhdəlikləri, həmçinin beynəlxalq hüquq normalarından irəli gələn  vəzifələrini yerinə yetirməlidir:
 
“7 dekabr 2023-cü ildə ilk dəfə Azərbaycan və  Ermənistanın qəbul etdiyi birgə bəyanatın məzmununda da iki ölkə arasında münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyəti bir daha təsdiq edilir. Lakin Ermənistan imzaladığı bu bəyanatın şərtlərindən də müxtəlif bəyanatlarla yayınmaqda, prosesi ləngitməkdədir. Bu azmış kimi, haqsız və əsassız olaraq Azərbaycana qarşı ittihamlar irəli sürməkdədir. Bakının BMT Nizamnaməsinə və hər iki dövlət arasında imzalanan sənədlərə əsaslanan tələblərini yanlış olaraq şərt kimi təqdim edən İrəvan özü ağılasığmaz şərt irəli sürür.  Məncə, Paşinyan hökuməti bəhanələr və uydurma tələblər irəli sürməkdənsə, cəmiyyəti sülhə hazırlamalı, doğru-düzgün izahat işi aparmalıdır.
 
Azərbaycanın haqlı tələbləri istiqamətində ortaya çıxan əngəllərin aradan qaldırılmasına çalışılmalıdır. Əgər bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilirsə, bu, konstitusiya və qanunlarında da ziddiyyət yaratmamalıdır. Əgər Ermənistan Azərbaycanla konstitusiyasına dəyişik və düzəlişlər etmədən sülh sazişi bağlayacaqsa, bunun konstitusiyadan üstün hüququ olmadığından müqavilənin də əhəmiyyəti qalmır. Konstitusiya dəyişikliyini sülh müqaviləsindən sonraya saxlamaqdansa, sülh müqaviləsini imzalamamaq daha uyğundur. Odur ki, Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsinin, bəyan olunduğu  kimi, 17 maddədən 13 maddə razılaşdırılması o deməkdir ki, heç nə razılaşdırılmayıb. Çünki konstitusiya düzəlişi olmadan razılaşdırılan 13 maddə də əsas bazanı ehtiva edə bilməz. Məncə, Azərbaycan Ermənistanın manipulyasına imkan verməməli, təzyiqlərini artırmalıdır ki, proses tezliklə yekunlaşsın. Bu gün Bakı çox üstün mövqedədir. Həmin üstünlüyündən istifadə etməlidir. Dünyada və regionda sürətli proseslər baş verir, İrəvan isə öz vaxtını gözləyir”.
 
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Paşinyanla sülh müqaviləsinin imzalanmasını mümkün sayır: “Həm Ermənistanın baş naziri Paşinyan "İrəvan dialoqu" forumunda, həm də Azərbaycan Prezidenti İlham Əliyev “Çernobbio Forumu”nda sülh sazişi mətninin 80% razılaşdırıldığını bəyan ediblər. Paşinyan əlavə olaraq təklif edib ki, razılaşdırılan mətn, yəni sənədin preambula hissəsi və 13 bəndi əsasında ilkin çərçivə sülh sazişi imzalana bilər. Ermənistan rəsmiləri dərhal sülh sazişini imzalamağa hazır olduqlarını bəyan ediblər. Hətta maraqlıdır ki, Fransa da sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir. Lakin Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bu yaxınlarda açıqlama verərək bildirib ki, sülh sazişi bütöv sənəddir. Sitat: “Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var.” Bu, o deməkdir ki, Azərbaycan tam razılaşdırılmamış digər 3 bənd üzrə də razılığa gələndən sonra sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Sülh üçün əsas şərtlərdən biri isə Ermənistanın öz konstitusiyasında Azərbaycana olan ərazi iddialarını ortadan qaldırmasıdır. Çünki Ermənistan Konstitusiyasının 1-ci maddəsində əks olunan “Azadlıq haqqında Bəyannamə”nin preambulasında və 11-ci maddəsində Azərbaycana və Türkiyəyə ərazi iddiaları yer alır. Belə ki, Bəyannamənin preambula hissəsində 1 dekabr 1989-cu ildə qəbul edilən “Ermənistan SSR ilə Dağlıq Qarabağ Milli Şurasının birləşməsi haqqında” Ermənistan SSR Ali Şurasının qərarına istinad yer alır. Bu isə, müasir Ermənistanın Azərbaycana ərazi iddiası anlamına gəlir və imzalancaq sülh müqaviləsinin gələcəyini, davamlı sülhü təhdid edir. Bəyannamənin 11-ci maddəsində isə Qərbi Ermənistan termini yer alır və beləliklə, Türkiyəyə tarixi-siyasi ərazi iddiasının gələcək nəsillərə ötürülməsi üçün hüquqi bazis yaradılır. Bu ərazi iddiaları tarixi-siyasi və hüquqi kontekstdə tamamilə əsassız olsa da, məsələn, Ermənistanla DQMV-nin birləmə qərarı həm SSRİ (maddə 78 və 86), həm də Azərbaycan SSR (maddə 70 və 83) konstitusiyalarına əsasən qeyri-qanuni idisə də, Ermənistan bu qeyri-qanuni, qeyri-hüquqi iddianı öz Ana Qanununda yaşatmaqda uzun illər boyu maraqlı olub.
 
Bunun əksinə olaraq indi Ermənistan tərəfi bəyan edir ki, konstitusiyadakı tarixi qeydlər gələcək sülhü təhdid etməyəcək və imzalanacaq sülh müqaviləsinin bütün daxili sənədlərin üstündə yer alacağına (yəni konstitusiyadan üstün olacağına) dair maddənin burada yer alması vurğulanır. Lakin hüquq iyerarxiyasını bilən bütün ekspertlərə məlumdur ki, beynəlxalq sazişlər ölkəiçi qanunlardan üstün sayılsa da, Ana Qanundan, yəni konstitusiyadan aşağı qüvvəyə malikdir və haçansa bu ikisi arasında mübahisə yaranarsa, konstitusiya maddələri üstün sayılır. Odur ki, Ermənistan Konstitusiyasını dəyişməzsə, bu, gələcəkdə yeni revanşizmə açıq qapı buraxılması kimi dəyərləndirilə bilər.
 
Tələbimizə qarşı arqument olaraq Ermənistan tərəfindən bir sıra iddialar irəli sürülür ki, guya Azərbaycan Konstitusiyasında da Ermənistana ərazi iddiaları var. Halbuki belə bir şey yoxdur. Konstitusiyamızın preambulasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına istinad var. Konstitusiya Aktında isə 1991-ci ildə müstəqil elan edilən Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi elan edilir. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsində də Ermənistanla bağlı hər hansı müddəa yoxdur. Odur ki, Ermənistan tərəfindən səslənən bu cür iddialar saxta və əsassızdır.
 
Bununla yanaşı, Ermənistan cəmiyyətində konstitusiya dəyişikliyinə dair ciddi müzakirələrin getdiyi və bu istiqamətdə Paşinyanın müvafiq addım atmağa hazır göründüyü qeyd oluna bilər. O, “Ermənistana yeni konstitusiya lazımdır” deməklə bu istiqamətdə ictimai mövqeyini açıq ortaya qoyur və real Ermənistanla tarixi “Böyük Ermənistanı” bir-birindən ayırmağın zamanı gəldiyini vurğulayır. Beləcə, erməni cəmiyyətini bir növ, tərbiyələndirir, maarifləndirir, revanşist hisslərdən arındırmağa çalışır. Odur ki, Paşinyanla dialoq mümkün görünür. 7 dekabr 2023-cü ildə iki ölkənin əsir mübadiləsinə getdiyini heç bir kənar vasitəçi olmadan birgə bəyan etməsi, bu ilin 19 aprelində 4 kəndimizin bir güllə atılmadan geri qaytarılmasına dair razılaşmanın əldə olunması, 30 avqustda isə delimitasiya komissiyalarının birgə fəaliyyəti haqda əsasnamənin razılaşdırılması - bütün bunlar Azərbaycan və Ermənistanın kənar təsirlərdən uzaq, birgə danışıqlar yolu ilə konstruktiv həll yolu tapa bildiyinin göstəricisidir. Xarici təsirlərlə tələm-tələsik sülh müqaviləsinin imzalanmasına ehtiyac yoxdur. Məhz bu cür konstruktiv danışıqlarla gələcək sülhün möhkəm təməllərinin atılacağına ümid bəsləmək olar. Ölkəmizdə də qarşıdakı dövrdə referendum və konstitusiya dəyişikliyinin olacağı gözlənilir. Burada Azərbaycan Respublikası ADR ilə yanaşı, həm də Azərbaycan SSR-in varisi elan oluna bilər ki, bənzər şəkildə Ermənistan da özünü Ermənistan SSR-in varisi elan etməklə, 1991-ci ildə imzalanan Almatı Bəyannaməsini istinadgahlardan biri olaraq göstərməklə qonşularına hər hansı tarixi iddialarından imtina etmiş ola bilər".
 
Cavanşir ABBASLI
Oxşar xəbərlər
13:06, Bu gün
"Ukrayna və Rusiyanı demoqrafik fəlakət gözləyir" - "The Wall Street Journal"
13:00, Bu gün
Naxçıvanda 16 vəzifəli şəxs işdən çıxarıldı – Qalmaqallı məmur da qovuldu
12:55, Bu gün
Xocalı cəlladları üçün yolun sonu göründü - Proses yenidən başlayır
12:49, Bu gün
Gənc ağırlıqqaldıranlarımız dünya birinciliyində iştirak edəcəklər
12:44, Bu gün
İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanıldı
12:38, Bu gün
Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - QİYMƏTLƏR
12:32, Bu gün
İlk dərs günü 16 yaşlı məktəbli itkin düşdü - FOTO
12:27, Bu gün
Bağlı qapı arxasında qalan 5 nəfər xilas edildi - VİDEO
12:23, Bu gün
“Nə qədər ki, o, hakimiyyətdədir, bu ölkə ilə münasibətlərimiz normallaşmayacaq”
12:20, Bu gün
Geomaqnit qasırğası ilə bağlı açıqlama: Davam edəcək... - FOTO
12:15, Bu gün
"Qərblə Rusiya arasında bir centlemensayağı anlaşma da var...  Putin xahiş edib ki...”
12:10, Bu gün
"Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə müəyyən öhdəliklər götürüb" - Ayxan Hacızadə
12:04, Bu gün
BDU-da iki elektron tədris auditoriyası istifadəyə verilib - FOTO
11:59, Bu gün
Balakəndə narkotik plantasiyaları salan 5 nəfər saxlanıldı - FOTO/VİDEO
11:54, Bu gün
Mağazaları talayan və “Prius” qaçıran dəstə üzvləri həbs edildi - FOTO/VİDEO
11:50, Bu gün
BDU-105: Peşəkar diplomatlar və iqtisadçılar yetişdirən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi - FOTO
11:46, Bu gün
Aygün Kazımovanın geyimi müzakirələrə səbəb oldu - FOTO
11:43, Bu gün
Bakının bu ərazilərində qaz olmayacaq
11:41, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ: Sabahdan 18-dən marta qədər...
11:38, Bu gün
Azərbaycanda bu məşhurların yaxın qohum olduğunu bilirdiniz? - Onlar qardaş imiş... - FOTOLAR
11:35, Bu gün
Rayonların ictimai nəqliyyat problemi - Köhnə avtobuslar nə vaxt yenilənəcək?
11:26, Bu gün
Tələbə keçmədiyi təcrübəyə görə PUL ÖDƏMƏLİDİR?
11:22, Bu gün
Valideynlərə XƏBƏRDARLIQ! Uşaqları bu qidalardan uzaq tutun, yoxsa...
11:19, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub
11:09, Bu gün
Bakı bu azərbaycanlılarla bağlı Rusiya XİN-ə müraciət etdi
10:59, Bu gün
Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı
10:55, Bu gün
“Bu ölkə Rusiya və İrana qarşı tətbiq edilən sanksiyaları pozaraq milyonlar əldə edir”
10:51, Bu gün
Xaş həqiqətən orqanizmə deyildiyi qədər fayda verirmi? – Həkimdən AÇIQLAMA
10:45, Bu gün
Bu bürclər üçün çətin günlər gəlir
10:36, Bu gün
Prezident İlham Əliyev Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib
10:30, Bu gün
Azərbaycan QHT-lərindən ABŞ-a MƏKTUB 
10:21, Bu gün
Sürətlə yayılan virusa görə bir ştatda karantin ELAN EDİLDİ
10:12, Bu gün
Qarabağla bağlı yeni təxribat planının detalları - İki gün sonra nə edəcəklər?
10:06, Bu gün
Avro və rubl görün neçəyə oldu - MƏZƏNNƏ
09:37, Bu gün
“AZTV”-nin Ceyranı doğum gününü niyə qeyd etmir?-VİDEO+FOTO+ÖZƏL
09:32, Bu gün
Bakıda növbəti təhlükəsizlik forumu keçirilib - FOTO
09:28, Bu gün
Bu kreditlərin yarıya qədərini DÖVLƏT ÖDƏYƏCƏK
09:20, Bu gün
Daha çox maaş ala bilərik - Azərbaycanda əməkhaqqı ilə bağlı yenilik olacaq?
09:03, Bu gün
Elman Paşayev Moskvada SAXLANILDI
08:58, Bu gün
Fransadan Azərbaycana qarşı DAHA BİR TƏXRİBAT - 29 milyon avro nə üçün ayrılıb?
08:33, Bu gün
Sülh müqaviləsi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ - Ermənistan bunu etməsə...
08:26, Bu gün
Bələdiyyə barəsində protokol tərtib edildi
08:22, Bu gün
Putin Xocalı canisinə zəng etdi...- NƏDƏN DANIŞDILAR?..
08:19, Bu gün
Manatın devalvasiyası ilə bağlı AÇIQLAMA - 2025-cil ildə...
08:09, Bu gün
Çay içənlərə XƏBƏRDARLIQ
07:56, Bu gün
Ekspertdən sürücülərə XƏBƏRDARLIQ: TƏHLÜKƏLİDİR
07:44, Bu gün
Bu həftə sevgidə bəxti gətirəcək BÜRCLƏR
07:31, Bu gün
“Aktrisa olmağımın başlıca səbəbkarı da Şuşadır, məsləhət bilsələr...” - AÇIQLAMA+ÖZƏL
07:23, Bu gün
Baxmutda xidmət edən 23 yaşlı ukraynalı tankçı qadın...-"Yalnız sakit həyat istəyirəm..."
00:16, Bu gün
“O kadrlar yayılandan sonra hamı biləcək ki, mənim günahım yoxdur”- Aytən Səfərova+ÖZƏL
16 Sep 2024 | 23:30
Özünümüalicə ilə məşğul olan qorillalar yeni müalicəvi bitki növlərini kəşf etməyə kömək edib
16 Sep 2024 | 23:08
Bürclər nəyi xəyal edir? Tərəzi  və Əqrəb bürcü
16 Sep 2024 | 23:00
"Qarabağ" Avropa Liqasında pley-off oynayacaq - FMT
16 Sep 2024 | 22:55
Sıyığı süd, yox su ilə bişirək? – Həkim İZAH ETDİ
16 Sep 2024 | 22:48
Yeni “SamsungGalaxy S25”: “iPhone 16” rəqibi vacib bir yeniləmə alacaq - FOTOLAR
16 Sep 2024 | 22:40
Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır
16 Sep 2024 | 22:33
Polşada daşqın: iki şəhərin sakinləri təxliyə edilir
16 Sep 2024 | 22:25
Bu tərəvəz hər gün yeyilməlidir - təbii antibiotikdir
16 Sep 2024 | 22:18
Məni o müğənni narkoman etdi - VİDEO
16 Sep 2024 | 22:10
"Yataqxanada qalırdım, amma ən son model maşınları sürürdüm" - Zamiq Hüseynov - VİDEO
16 Sep 2024 | 22:02
"Neftçi"-"Qarabağ" oyunu ilə bağlı qərar
16 Sep 2024 | 22:01
Ərmən (Arman) və Arsak sözünün etimologiyası... - Öz damğası
16 Sep 2024 | 21:56
"Sərhədsiz həkimlər" təşkilatı 32 ildən sonra Rusiyada fəaliyyətini dayandırıb
16 Sep 2024 | 21:55
Bəstəkar İmruzə Hüseynovanın "Mübarəkdir Zəfərim" adlı yaradıcılıq gecəsi keçiriləcək
16 Sep 2024 | 21:50
Maşın almaq istəyənlərin nəzərinə! Qiymətlərin ucuz olması üçün...
16 Sep 2024 | 21:42
Paşinyan Tbilisiyə niyə gedib? – Detallar bəlli oldu
16 Sep 2024 | 21:28
Şifrəni tapmaq üçün cəmi 60 saniyə - Profillərimizi belə qoruya bilərik
16 Sep 2024 | 21:21
ABŞ Gürcüstana sanksiya tətbiq etdi
16 Sep 2024 | 21:18
Vaşinqton ABŞ qoşunlarının Nigerdən çıxarılması prosesinin başa çatdığını elan edib
16 Sep 2024 | 21:13
Bu ölkədən Ukraynaya 40 milyonluq hərbi yardım
16 Sep 2024 | 21:08
"Ukraynanın "qələbə planı" nədən ibarətdir?" - Ukrayna prezidenti Ofisi
16 Sep 2024 | 21:07
Prezident canlı efirdə olarkən ZƏLZƏLƏ BAŞ VERDİ-VİDEO
16 Sep 2024 | 21:00
Putindən Silahlı Qüvvələrlə bağlı fərman
16 Sep 2024 | 20:53
"Belə kişini heç bir arvad evə buraxmaz" - FOTO
16 Sep 2024 | 20:45
Dünyanın ən yaxşı ölkələrinin adları açıqlandı - SİYAHI
16 Sep 2024 | 20:40
Qaynar çay içənlərə XƏBƏRDARLIQ: xərçəngə səbəb olur
16 Sep 2024 | 20:33
Britaniyalı supermodel: Bakı səfərim əla keçdi
16 Sep 2024 | 20:27
10 günə parlament seçkilərinin nəticələri təsdiq olunacaq
16 Sep 2024 | 20:25
“Pirreli”nin idman direktoru: “Bakıda, demək olar ki, hamı eyni strategiyanı seçdi”
16 Sep 2024 | 20:20
Gürcüstan-Rusiya sərhədindəki məntəqə bağlanır
16 Sep 2024 | 20:19
Rusiya təbliğatı nüvə şantajının yeni mərhələsinə keçib
16 Sep 2024 | 20:15
İnsan öz-özünə niyə danışır? - BUNDAN XƏBƏR VERİR
16 Sep 2024 | 20:07
Bu ölkədə təyyarə qəzaya uğradı, sərnişinlərdən xəbər yoxdur
16 Sep 2024 | 20:03
Sevdiyinizi sevindirməyə ÇALIŞMAYIN - SƏBƏB
16 Sep 2024 | 19:57
İsrail HHQ “Hizbullah”ın silah anbarlarına və infrastrukturuna hücum edib
16 Sep 2024 | 19:55
Ukrayna gələn il vergiləri artıra bilər
16 Sep 2024 | 19:48
Onlar "Yalı çapkını"ndan ayrılıb?
16 Sep 2024 | 19:44
Müəllimlərə vahid geyim forması MƏCBURİDİRMİ?-EKSPERT AÇIQLADI 
16 Sep 2024 | 19:40
"Komedixana"nın aktrisası tələbə oldu - FOTOLAR
16 Sep 2024 | 19:35
Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı
16 Sep 2024 | 19:28
Türkiyədə zəlzələ baş verdi
16 Sep 2024 | 19:20
Bu bürclərin atdığı hər addım şansla dolu olacaq
16 Sep 2024 | 19:13
Əliyevdən Blinkenə: Bölgədə yeni reallıqlar yaranıb
16 Sep 2024 | 19:05
Asqırma və öskürmənin mexanizmləri AÇIQLANDI
16 Sep 2024 | 19:00
Birinci sinifə gedən uşağı məktəbə necə uyğunlaşdırmaq olar?
16 Sep 2024 | 18:53
Blinken İlham Əliyevə zəng etdi
16 Sep 2024 | 18:49
Ən yaxşı qlobal iş elanı saytları - TOP 5
16 Sep 2024 | 18:43
Bakıda kirayə mənzil axtaranlara MÜHÜM XƏBƏR - VİDEO
16 Sep 2024 | 18:40
Avstraliya İrana sanksiyaları genişləndirdi
16 Sep 2024 | 18:37
Nazim Bəydəmirlidən XƏBƏR VAR
GÜNLÜK
16 Sep 2024 | 16:16
COVID-in yeni versiyası dünyada sürətlə yayılır
16 Sep 2024 | 15:57
Nəvələri mərhum sənətkarın arzusunu yerinə yetirdi-FOTOLAR
16 Sep 2024 | 19:44
Müəllimlərə vahid geyim forması MƏCBURİDİRMİ?-EKSPERT AÇIQLADI 
16 Sep 2024 | 15:20
Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişini o oldu - FOTO
16 Sep 2024 | 18:30
"Xaricdən 500 min erməni gətirilir- bunları təmin etmək  tək Ermənistanın gücündə deyil...”
16 Sep 2024 | 13:54
İlahiyyatçıdan səs-küylü açıqlama: “Uşaqlara bu adları qoymaq günahdır”
16 Sep 2024 | 20:15
İnsan öz-özünə niyə danışır? - BUNDAN XƏBƏR VERİR
16 Sep 2024 | 14:40
AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri...
16 Sep 2024 | 13:31
BDU-nun 60 yaşlı bu prorektoru İran kəşfiyyatı ilə əlaqədə şərlənərək sürgün edildi və...
16 Sep 2024 | 17:34
Bu şəxslərə həbs TƏTBİQ OLUNACAQ- EKSPERT AÇIQLADI 
HƏFTƏLİK
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
13 Sep 2024 | 18:43
Pensiya yaşı artırılır: Qadınlarınkı 8 il, kişilərinki isə...
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
AYLIQ
16 Sep 2024 | 16:16
COVID-in yeni versiyası dünyada sürətlə yayılır
16 Sep 2024 | 15:57
Nəvələri mərhum sənətkarın arzusunu yerinə yetirdi-FOTOLAR
16 Sep 2024 | 19:44
Müəllimlərə vahid geyim forması MƏCBURİDİRMİ?-EKSPERT AÇIQLADI 
16 Sep 2024 | 15:20
Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişini o oldu - FOTO
16 Sep 2024 | 18:30
"Xaricdən 500 min erməni gətirilir- bunları təmin etmək  tək Ermənistanın gücündə deyil...”
16 Sep 2024 | 13:54
İlahiyyatçıdan səs-küylü açıqlama: “Uşaqlara bu adları qoymaq günahdır”
16 Sep 2024 | 20:15
İnsan öz-özünə niyə danışır? - BUNDAN XƏBƏR VERİR
16 Sep 2024 | 14:40
AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri...
16 Sep 2024 | 13:31
BDU-nun 60 yaşlı bu prorektoru İran kəşfiyyatı ilə əlaqədə şərlənərək sürgün edildi və...
16 Sep 2024 | 17:34
Bu şəxslərə həbs TƏTBİQ OLUNACAQ- EKSPERT AÇIQLADI