ABŞ-nin Cənubi Qafqazla bağlı yeni məkrli həmləsi - İrəvan seçimə məcbur ediləcək
Siyasət
Oxunub: 440
15:15, Bu gün
ABŞ-nin Cənubi Qafqazla bağlı yeni məkrli həmləsi - İrəvan seçimə məcbur ediləcək
Cari ilin 5 aprelində Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin görüşündən sonra Qərbin Cənubi Qafqazda 2-ci cəbhə qurmaq istiqamətində fəaliyyəti intensivləşib. Artıq bu məkrli planlarını həyata keçirmək üçün ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana 5 illik yardım paketini 2 dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Bununla yanaşı, avqustun 1-də İrəvanın "Zvartnots" beynəlxalq hava limanından Rusiya sərhədçilərinin çıxarılması ilə paralel ABŞ Ermənistana silah və hərbi heyət göndərilməsinə və onun Zəngəzurda yerləşdirilməsinə başladı. Təbii ki, bütün bunlar Qərb ölkələrinin regionda Ermənistanı öz maşasına çevirmək istəyindən qaynaqlanır. Bu, həm də onu göstərir ki, Fransa tərəfindən Ermənistana göstərilən hərbi və siyasi dəstək bilavasitə Vaşinqtondan koordinasiya edilir. Halbuki ABŞ istər ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, istərsə də guya vasitəçi kimi 30 il Azərbaycanın torpaqları işğal altında olanda səsini o qədər çıxarmayıb, Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığını hazırda Ermənistanın sərhəd toxunulmazlığı qədər xatırlamayıb. Bunun bir səbəbi də USAID rəhbərinin tarixə qovuşan keçmiş qondarma rejimin keçmiş oyuncaq dövlət naziri Ruben Vardanyanla sıx əlaqələrinin olmasıdır. Əks halda, Vardanyanın maliyələşdirdiyi "Avrora" mükafat komitəsində USAID rəhbəri Samanta Pauerin nə işi vardı? Nə üçün heç ermənilərin vecinə olmayan Vardanyan və digər insanlıq əleyhinə cinayətlər törədən separatçıların Qərb tərəfindən mütəmadi olaraq azad edilməsinə çağırışlar edilir? Bu əlaqələr Pauerin ermənilərə dəstəyi və ABŞ dövlət maraqlarının reallaşdırılması ilə məşğul olan USAID-in erməni lobbisinin əlində olmasını bir daha nümayiş etdirir.
 
Moderator.az bildirir ki, Oxu.az mövzuya yerli və xarici ekspertlərlə aydınlıq gətirib.
 
Politoloq Qabil Hüseynli sözügedən situasiyanın təhlükəli olduğunu deyib:
 
"Amerika Birləşmiş Ştatları caynağını hara atırsa, orada mütləq hansısa dəyişiklik etmək və bununla da mövcudluğunu artırmaq istəyir. Düzdür, əvvəllər ABŞ sülh yaradıcısı kimi meydana çıxmışdı, sonradan bu istiqamətini dəyişdi. Fransa isə əvvəldən ermənipərəst mövqedə olub, Ermənistana həm silah göndərib, həm maliyyə yardımı edib, həm də beynəlxalq aləmdə onların müdafiəçisi rolunda çıxış edib. Ona görə də hazırkı vəziyyət bir az qarışıqdır".
 
 
"Amma bununla yanaşı, sülh danışıqlarının yeni mərhələsinə də start verilib. Son olaraq Ermənistan Azərbaycana təkliflər paketi göndərib və onun üzərində müzakirələr gedəcək. Sülh müqaviləsinin bağlanmasına əvvəllər, yəni Azərbaycan müharibədən qələbə ilə çıxandan sonra ehtimal daha böyük idi. Sonradan Ermənistan öz xislətinə uyğun olaraq Qərb ölkələrini tovladı və onları öz tərəfinə çəkməyə nail oldu. Bununla da proseslər yubandı. Təəssüf ki, indi də analoji vəziyyət yaranıb", -deyə analitik vurğulayıb.
 
Ekspert hesab edir ki, bu neqativ proseslər Azərbaycanın regionun ən güclü dövləti olduğu həqiqətini dəyişmir:
 
"Ona görə də Ermənistan razılaşmasa belə, sülh müqaviləsi mütləq bağlanmalıdır. Əks halda, bu məsələ yenidən gərginləşə bilər. Mən isə qarşıdurma olma ehtimallarında deyiləm, gec, ya tez sülh müqaviləsinin imzalanacağı qənaətindəyəm".
 
Gürcüstanın sabiq təhsil və elm naziri, İliya Dövlət Universitetinin Beynəlxalq Qafqazşünaslıq Məktəbinin direktoru Gia Nodiyanın da sözlərinə görə, Ermənistan son vaxtlar Rusiyanın geosiyasi dominantlıq təsirlərindən xilas olmağa çalışır:
 
"Ermənistan xüsusən də təhlükəsizlik baxımından həmişə Rusiyadan asılı olub, indi isə Qərbə doğru istiqamət alır. Çünki Qərb, daha dəqiq desək Amerika Birləşmiş Ştatları Rusiyaya münasibətdə yeganə alternativdir. USAID-in Ermənistana yardımını ikiqat artırmaq qərarı da bu kursun təşviqidir.
 
 
ABŞ Cənubi Qafqazda müttəfiqlərinin olmasını istəyir. Ermənistan isə bu gün Cənubi Qafqazda müstəqil siyasət yürüdən Azərbaycan və Gürcüstandan fərqli olaraq ən qərbyönümlü dövlətdir. ABŞ-nin bu addımı da bundan qaynaqlanır. Ancaq bu, daha çox stimullaşdırıcı bir jestdir. Çünki bu yardım Cənubi Qafqazın siyasətində əhəmiyyətli heç nəyi dəyişə bilməz".
 
Rusiyalı politoloq Boqdan Bazpalko da hesab edir ki, bu, Amerika Birləşmiş Ştatlarının Ermənistanda təsirini gücləndirmək cəhdləri ilə əlaqələndir:
 
"Bununla belə, qeyd etməliyəm ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibindən çıxmır və Rusiyanın ölkədəki varlığından imtina etmir. Düzdür, Rusiya sərhədçiləri İrəvanda "Zvartnots" hava limanına artıq nəzarət etmir, lakin buna baxmayaraq, Ermənistan ərazisində Rusiyanın hərbi bazası, dolayısı ilə hərbi mövcudluğu davam edir."
 
 
"Hələ ki, bütün bunlar Ermənistan rəhbərliyinin ikili davranışını nümayiş etdirir. Bu isə gec-tez daha əhəmiyyətli, daha ciddi qərarlara gətirib çıxarmalıdır. Yəni Ermənistan rəhbərliyi hansısa bir dövlətin və ya blokun xeyrinə seçim etməyə məcbur ediləcək", - deyə rusiyalı ekspert vurğulayıb.
 
 
Oxşar xəbərlər
19:16, Bu gün
ABŞ-də zəlzələ oldu
19:08, Bu gün
Rusiya Donetski atəşə tutdu: BQXK-nin 3 əməkdaşı öldü
19:00, Bu gün
Kimlərə şorba yemək olmaz?
18:53, Bu gün
Bir sıra ölkələrdən quş əti idxalı qadağan edildi
18:45, Bu gün
Spirtli içki içdikdən sonra bədəndə nə baş verir?
18:38, Bu gün
Millimiz Türkiyə ilə heç-heçə etdi
18:35, Bu gün
İnternetin sürətindən narazı olanların nəzərinə: 3 gün vaxtınız qalıb, cərimələnəcəksiz
18:33, Bu gün
Bakıda mənzilə basqın edən şəxs həbs edildi
18:24, Bu gün
Paşinyandan dolayı etiraf: Ermənistana silah vermək beynəlxalq terrorizmə dəstəkdir
18:23, Bu gün
Rəsmi Bakıdan Fransaya: Buna ixtiyarınız yoxdur!
18:18, Bu gün
4 ölkənin səfirləri İran XİN-ə çağırıldı
18:15, Bu gün
“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur
18:11, Bu gün
Xəyal qurmaq zərərlidir - İnsanı BƏDBƏXT EDİR
18:09, Bu gün
Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq
18:05, Bu gün
Avropanın ən hündür zirvəsində 4 alpinistin meyiti tapıldı
18:00, Bu gün
Bu addımlarla unu uzun müddət təzə saxlaya bilərsini
17:58, Bu gün
Bəşəriyyət üçün böyük addım: tarixdə ilk dəfə olaraq amerikalı turistlər açıq kosmosa çıxdı - VİDEO
17:54, Bu gün
Azərbaycan və beş ölkənin xüsusi təyinatlıları real döyüş şəraitinə uyğun təlim keçirdi - VİDEO
17:48, Bu gün
"BakıKart" tətbiqindəki pullar geri qaytarılacaq? - RƏSMİ CAVAB
17:42, Bu gün
Sabah çimərliklərə gedənlərin NƏZƏRİNƏ!
17:36, Bu gün
“İntihar edən yeniyetmələrin valideynləri nəzarətə götürülməlidir” - Psixoloq
17:30, Bu gün
Polis Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO/VİDEO
17:24, Bu gün
“Bakcell”dən “iPhone 16” qazanmaq ŞANSI!
17:17, Bu gün
Ceyhun Bayramov Zəkiyyə İğılı qəbul etdi - FOTO
17:10, Bu gün
Azərbaycanda kiçik bizneslər inkişaf etmək üçün TikTok-dan necə istifadə edir?
17:04, Bu gün
2030-cu il planı işə düşdü: Dövlətlər ləğv edilir – Geri sayım başladı
17:04, Bu gün
"Xaricdə yaşayan alimlərin ölkəmizlə əlaqələrinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir"
16:58, Bu gün
"İsrail Qəzza bölgəsində beynəlxalq humanitar hüququ kobud şəkildə pozur" - BMT baş katibi
16:52, Bu gün
Bu məntəqələrdəki pozuntularla bağlı iddia araşdırıldı
16:46, Bu gün
“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanıldı - VİDEO
16:40, Bu gün
Əməkdar artistin səhhəti PİSLƏŞDİ
16:34, Bu gün
Hüseyn Abdullayev anası ilə görüşdən imtina etdi
16:28, Bu gün
Sərhədimizin yaxınlığında qarşıdurma olacaq - Hansı ölkə parçalanacaq?
16:22, Bu gün
ADNSU-da iqlim dəyişikliklərinə dair forum keçirildi - FOTOLAR
16:16, Bu gün
Zaqatalada DƏHŞƏT: autizmli uşağı mərkəzdə döydülər - ŞOK VİDEO
16:09, Bu gün
Nəhəng qara dəliyin necə əmələ gəldiyi KƏŞF EDİLDİ - FOTO
16:03, Bu gün
Mirmahmud Mirəlioğlu istefasından danışdı: “A” variantı...
15:57, Bu gün
100 meqabitlik internet niyə zəifdir?  - AÇIQLAMA
15:51, Bu gün
AFFA rəsmisi UEFA-dan təyinat alıb
15:46, Bu gün
BDU-da “Smart Agro Technology” layihəsinin növbəti təlimi keçirilib - FOTO
15:40, Bu gün
"Rusiya İrandan raket aldığına görə çox peşiman ola bilər" - "Forbes"
15:34, Bu gün
Maqnezium çatışmazlığı ağır xəstəliklərə səbəb olur
15:28, Bu gün
Azərbaycanda maaş sistemi dəyişir: Əvvəlcə aylıq, sonra həftəlik və günlük
15:21, Bu gün
Azərbaycanda bu telefon nömrələri 25 minə satılır
15:15, Bu gün
ABŞ-nin Cənubi Qafqazla bağlı yeni məkrli həmləsi - İrəvan seçimə məcbur ediləcək
15:08, Bu gün
Ağdərə rayonunda əhali üçün səyyar müayinələr təşkil edilib - FOTO
15:02, Bu gün
Narin cinayətinə görə 22 nəfər saxlanıldı - Onlar kimlərdir? 
14:59, Bu gün
Rusiyanın 50 milyon dollarlıq qırıcısı vuruldu - SON DƏQİQƏ 
14:51, Bu gün
Tanınmış aparıcı ARB TV-dən getdi
14:46, Bu gün
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür - Bu söz bəs edir ki...
14:40, Bu gün
Ağcabədidə 26 yaşlı qız özünü güllələdi
14:34, Bu gün
Azərbaycanda 43 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ
14:27, Bu gün
Şəmkirdə dəhşətli qətl: Qadın boşanıb sərbəst yaşamaq istədi, qardaşı isə... – ŞOK
14:20, Bu gün
"Vahid qənaətə gəlmək üçün..." - Qulu Məhərrəmli ortaq əlifbanın tətbiqindən danışdı
14:13, Bu gün
"ABŞ-ın "şikəst" strategiyası Ukraynanı əldən salır, Rusiyanı daha da gücləndirir" - "Foreign Policy"
14:07, Bu gün
Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR
14:03, Bu gün
“Artıq dünya zooparklarında insanları əyləndirmək üçün heyvan saxlamırlar, bizdə isə..” - MARAQLI+ÖZƏL
14:01, Bu gün
Bakıda tanınmış liseylərin direktorları vəzifələrindən AZAD EDİLDİLƏR
14:00, Bu gün
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
13:54, Bu gün
Politoloq: "İran həmişə Qərbin tapşırığını yerinə yetirir" - ŞƏRH
13:48, Bu gün
Bill Qeytsdən dünyanı qorxuya salacaq növbəti XƏBƏRDARLIQ
13:43, Bu gün
"Britaniya batacaq, bizim hipersəsli raketlərimiz lazım gəlsə buna kömək edəcək" - Medvedev
13:38, Bu gün
Ceyran Rəhimova: "İnsanlar nankordur" - FOTO
13:33, Bu gün
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
13:29, Bu gün
Ceyhun Bayramov Lüksemburqdan olan həmkarı ilə danışdı
13:26, Bu gün
Sabah leysan olacaq, dolu düşəcək - PROQNOZ
13:21, Bu gün
Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçiriləcək
13:16, Bu gün
Daha bir partiya sədri istefa verir
13:10, Bu gün
Pərviz oğluna 1000 nəfərlik toy etdi - FOTO
13:05, Bu gün
Çin avtomobillərinin mənfi cəhətləri – EKSPERT ŞƏRHİ
13:02, Bu gün
"Türkiyə iqtisadiyyatı Avropadan maliyyə dəstəyi almaqla müəyyən inkişaf səviyyəsinə gəlib çatıb. Amma...”
12:59, Bu gün
Tanınmış iş adamı həbs edildi - 1 milyonluq dələduzluq
12:54, Bu gün
Tezliklə romantik macəra yaşayacaq bürclər
12:48, Bu gün
REAL-da İlqar Məmmədovu əvəz edəcək şəxs danışdı: "Əleyhinə idim..."
12:42, Bu gün
Məhkəmə Əli Kərimlinin işini icraata götürdü
12:37, Bu gün
"ABŞ və Böyük Britaniya Rusiyaya zərbələrə qadağanı götürmədi" - "Politico"
12:32, Bu gün
Bakıda 30 yaşlı kişi 9 nəfəri aldadaraq hesablarından pul çıxardı
12:27, Bu gün
"Qarabağ"ın oyunlarını bu kanallar yayımlayacaq
12:22, Bu gün
"Sea Breeze"də bir nəfər 360 mənzil aldı
12:17, Bu gün
Problem yaratmağı sevən bürclər - Onlar sanki xaosla qidalanırlar
12:12, Bu gün
Heydər Əliyev Fondu Vatikanda kilsənin bərpasında iştirak edəcək - FOTO
12:06, Bu gün
Paytaxtın üç rayonunda qaz olmayacaq
12:01, Bu gün
Evlər niyə kəskin bahalaşır? - Əsas səbəblər açıqlandı
11:58, Bu gün
Bulvarın bu hissəsinə giriş bağlandı
11:55, Bu gün
"Ukrayna öz torpağı ilə alver etmir və öz insanlarını tənha buraxmır" - Zelenski
11:51, Bu gün
"Miss Turkey 2024"ün qalibini gözəl hesab etmədilər
11:46, Bu gün
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb - FOTO
11:43, Bu gün
Gözlər Qarabağ Universitetində - köhnə ali təhsil modelinə son qoyulur
11:38, Bu gün
Pensiyalar nə qədər artırılacaq? - AÇIQLAMA
11:32, Bu gün
Dövlət Komitəsi Şuşa şəhərinə növbəti infotur təşkil edib - VİDEO
11:30, Bu gün
Sentyabrın 22-də İrəvanda nə gözlənilir? - Baqrat Köçəryan və Sarkisyanla görüşdü
11:21, Bu gün
Azərbaycan I yarımildə 3 milyard dollar birbaşa investisiya cəlb edib
11:10, Bu gün
“Kaspi”nin əməkdaşı beynəlxalq festivalın münsiflər heyətinin üzvü seçilib
11:07, Bu gün
Uşaq anasının gözü qarşısında, işgəncə ilə öldürülüb - Nəzrin faciəsi ilə bağlı yeni detallar - VİDEO
10:58, Bu gün
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq
10:44, Bu gün
Elektrikli avtomobil satışları rekord səviyyəyə çatdı
10:42, Bu gün
“Hamı veteranlar üçün” təşkilatından örnək addım... – “Onlar bu təbəssümə layiqdir!”
10:35, Bu gün
İran Zəngəzur dəhlizini niyə qırmızı xətt kimi qiymətləndirir?- SƏBƏBİ AÇIQLANDI
10:34, Bu gün
Bakıda tələbələr üçün intellektual oyun keçirilib (FOTO)
10:31, Bu gün
Bu rektor ermənilərin saxta istintaqı, soydaşlarının şərləməsi ilə 2,5 il həbs düşərgəsində qaldı... 
GÜNLÜK
14:00, Bu gün
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 23:15
“Möhtəşəm yüzil”-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb - ÖZƏL+FOTO
11 Sep 2024 | 19:56
Müdir bir gün icazə istəyən işçini GÜLLƏLƏDİ
11 Sep 2024 | 20:40
Paşinyandan Bakıya 16 maddəlik sülh sazişi təklifi
11 Sep 2024 | 20:11
"Krım Ukraynanın tərkibinə qaytarılmalıdır" - Ərdoğan
11 Sep 2024 | 20:15
Azərbaycanda minimum əmək haqqı artırılacaq - TARİX AÇIQLANDI
11 Sep 2024 | 20:45
İtlər daha çox hansı insanları dişləyir? - Gözlənilməz nəticələr
11 Sep 2024 | 21:41
"Tarixən fürsət düşən kimi Rusiya İrana, İran da Rusiyaya buynuzunu göstərib...”
11 Sep 2024 | 20:53
Hər gün yumurta yeyin, bu xəstəlikdən xilas olun
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
14:00, Bu gün
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
AYLIQ
14:00, Bu gün
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 23:15
“Möhtəşəm yüzil”-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb - ÖZƏL+FOTO
11 Sep 2024 | 19:56
Müdir bir gün icazə istəyən işçini GÜLLƏLƏDİ
11 Sep 2024 | 20:40
Paşinyandan Bakıya 16 maddəlik sülh sazişi təklifi
11 Sep 2024 | 20:11
"Krım Ukraynanın tərkibinə qaytarılmalıdır" - Ərdoğan
11 Sep 2024 | 20:15
Azərbaycanda minimum əmək haqqı artırılacaq - TARİX AÇIQLANDI
11 Sep 2024 | 20:45
İtlər daha çox hansı insanları dişləyir? - Gözlənilməz nəticələr
11 Sep 2024 | 21:41
"Tarixən fürsət düşən kimi Rusiya İrana, İran da Rusiyaya buynuzunu göstərib...”
11 Sep 2024 | 20:53
Hər gün yumurta yeyin, bu xəstəlikdən xilas olun