Prezidentlərin məhdud tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
Siyasət
Oxunub: 1176
19 Aug 2024 | 15:54
Prezidentlərin məhdud tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
Avqustun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə məhdud tərkibdə görüşü keçirilib.
 
Moderator.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
 
- Hörmətli Vladimir Vladimiroviç, Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Xoş gəlmisiniz. Görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il artıq iki dəfə görüşmüşük. Bu gün dövlət səfəri çərçivəsində təmaslarımızı davam etdiririk. Mahiyyət etibarilə artıq müzakirələrə dünəndən başlamışıq. Həm ikitərəfli gündəlik, həm də regional təhlükəsizlik ilə bağlı mühüm məsələlər üzrə geniş fikir mübadiləsi apardıq. Bu gün məhdud formatda və geniş formatda da davam edəcəyik.
 
Qeyd etmək istərdim ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk. Ona görə də bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin üçün xoş, həm də münasibətlərimiz baxımından faydalı olacaq.
 
Bir daha xoş gəlmisiniz.
 
Sonra çıxış edən Prezident Vladimir Putin dedi:
 
- Hörmətli İlham Heydər oğlu, çox sağ olun.
 
İlk növbədə, dəvətə görə sağ olun. Biz Sizinlə bu səfəri çoxdan razılaşdırmışdıq və Bakıda olmağıma, bu şəhərin gözəlliyinə bir daha tamaşa etməyimə çox şadam. Əmin oldum ki, Siz və xanımınız onun inkişafına böyük diqqət yetirirsiniz. Bu, göz qabağındadır. Şəhər inkişaf edir, uğurla inkişaf edir, sözsüz ki, regionun oazisinə çevrilir.
 
Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir. Bu ilin aprelində Sizin Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib.
 
İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz və Sizinlə razıyam ki, 4 milyard dollardan bir az çox yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialını əks etdirmir. Həqiqətən, burada yalnız energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur.
 
Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil.
 
Humanitar əlaqələrə gəldikdə, biz onlara çox böyük əhəmiyyət veririk və rus dilinin inkişafına göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Azərbaycanda rus dilində 300 məktəb, bizim aparıcı ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərir. Minlərlə azərbaycanlı gənc Rusiya Federasiyasının aparıcı universitetlərində təhsil alır və biz bu qarşılıqlı fəaliyyəti genişləndirməyə hazırıq.
 
Hökumətlərarası komissiya işləyir. Elə bu yaxınlarda – gərək ki, 10 gün əvvəl burada, Bakıda hökumətlərarası komissiyanın növbəti iclası keçirildi. O, uğurla fəaliyyət göstərir.
 
Yeri gəlmişkən, bilirəm ki, bu ilin iyununda Azərbaycanda Rusiya Mədəniyyəti günləri keçirilib. Bu tədbirin təşkilinə görə Sizə minnətdaram.
 
Əlbəttə, dünən Sizinlə bu mövzuya toxunduq və bu gün davam etdirəcəyik. Məsələ Cənubi Qafqazda vəziyyətin nizamlanmasına aiddir.
 
Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir, amma Rusiyanın Cənubi Qafqazda vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım bildiyi hissədə.
 
Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq.
 
Əlbəttə, Azərbaycana səfərdən sonra baş nazir Paşinyanla əlaqə saxlayacağam və ona danışıqlarımızın nəticələrindən bəhs edəcəyəm.
 
Bilirəm ki, Azərbaycan tam nizamlanma ilə bağlı bütün prosedurların başa çatmasına istiqamətlənib, bu, mənə yaxşı məlumdur. Bu barədə danışacağıq.
 
Yekunda dəvətə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Əminəm ki, bu, çox faydalı diskussiya olacaq və görürəm ki, şəhərdə vəziyyət də çox əlverişlidir. Biz Bakını sevirik. Şəhər gözəldir və ən başlıcası, bir çox başqa böyük yaşayış məntəqələrinin qibtə edəcəyi səviyyədə inkişaf edir.
 
Prezident İlham Əliyev: Çox sağ olun.
 
15:12
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud tərkibdə görüşü keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
13:27
 
Prezident İlham Əliyevin Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə məhdud tərkibdə görüşü başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 

Oxşar xəbərlər
00:01, Bu gün
Müğənni Sevda Sanaliyeva izləndiyi ilə bağlı görüntülər yaydı: "Onun əlində nəsə olur və gizlədir"
19 Aug 2024 | 23:53
Azərbaycanda "icra başçısının katibəsi" HƏBS EDİLDİ
19 Aug 2024 | 23:08
Balığın təzəliyini bu üç əlamətdən bilmək olar
19 Aug 2024 | 23:02
Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?
19 Aug 2024 | 22:56
Ukrayna Kurskda yeni ərazilər ələ keçirdi - Son dəqiqə
19 Aug 2024 | 22:48
Sərinləmək üçün dondurma yeyənlər - Bunu yanlış bilirmişsiniz
19 Aug 2024 | 22:40
Sentyabrdan sonra regionda yeni şərait yaranıb - Əliyev
19 Aug 2024 | 22:31
Çayı nə ilə içmək xeyirdir?
19 Aug 2024 | 22:30
"Ukrayna Silahlı Qüvvələri üçün Donetsk vilayətində vəziyyət fəlakətlidir" - "Bild" nəşri
19 Aug 2024 | 22:25
Rusiya bu ölkənin 32 nümayəndəsini qara siyahıya saldı
19 Aug 2024 | 22:17
Hamilələr bu içkilərdən uzaq dursunlar! - Diabet və hipertoniya riski
19 Aug 2024 | 22:09
Qusar sakini odlu silahla qətlə yetirilib
19 Aug 2024 | 22:01
Leyla Əliyeva türbələri ziyarət etdi - Foto
19 Aug 2024 | 21:45
Nadir astronomik hadisə müşahidə olunacaq - NASA
19 Aug 2024 | 21:31
İsti havalarda hansı qidalardan çəkinmək lazımdır?
19 Aug 2024 | 21:23
Akif Nağı Qobu-parkda görüş keçirdi
19 Aug 2024 | 21:15
"Ukrayna ilə sülh danışıqlarından söhbət gedə bilməz" - Lavrov
19 Aug 2024 | 21:05
7500 manatlıq seanslar: Son vaxtlar tələbi artan psixoloq seanslarının qiymətləri niyə əlçatmazdır?
19 Aug 2024 | 20:52
“Qanuni varis ola bilmədiyimiz üçün Xızı və Bakıdakı mülklərimizi ala bilmirik”- Mikayıl Müşfiqin qohumu kömək istəyir-FOTO+ÖZƏL 
19 Aug 2024 | 20:44
“Anam ad gününü bilərəkdən avqust ayına yazdırıb ki, Yazıçılar Birliyində özünə ad günü keçirməsin, istəmirdi”- Mirvarid Dilbazinin qızı
19 Aug 2024 | 20:36
Azay Quliyevin görüşləri davam edir - “Seçicilər görülən işə qiymət verir”
19 Aug 2024 | 20:28
Bu ölkənin Ukraynaya dəstəyi zəifləyib - Zelenski
19 Aug 2024 | 20:21
Ət alarkən nələrə diqqət etmək lazımdır?
19 Aug 2024 | 20:18
Qəzzada 2023-cü ilin oktyabrından bu yana 169 jurnalist ölüb
19 Aug 2024 | 20:10
Məşhur teleaparıcı vəfat etdi - FOTO
19 Aug 2024 | 20:00
"Qadınlar həmişə bağışlayır, təki Allah bağışlasın” - FOTO
19 Aug 2024 | 19:52
Mingəçevirdə "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı keçiriləcək
19 Aug 2024 | 19:44
Putinin Bakıya səfəri başa çatdı
19 Aug 2024 | 19:36
AB-dən Bakıya çağırış: Bu ərəfədə sülh sazişi imzalayın...
19 Aug 2024 | 19:18
Tez-tez olan baş ağrılarının TƏHLÜKƏLİ SƏBƏBLƏRİni sadaladı-Nevroloq
19 Aug 2024 | 19:10
Hizbullah müharibəyə hazırlaşır?
19 Aug 2024 | 19:01
1 qaşıq antioksidant xəzinəsi! Təbiətin güc toxumu kimi tanınır…
19 Aug 2024 | 18:54
Dilan Polat azadlığa buraxıldı
19 Aug 2024 | 18:36
"Apple" üç ildən sonra İLK DƏFƏ YENİ "AirPods" təqdim edəcək
19 Aug 2024 | 18:28
Almaniyada Kiyevə yardımla bağlı münaqişə kəskinləşir
19 Aug 2024 | 18:20
Dünya Fotoqrafiya Günü - Dünyada çəkilən ilk şəkil
19 Aug 2024 | 18:12
Politoloq: Azərbaycan və Rusiya liderlərinin görüşü müsbət nəticələr verəcək
19 Aug 2024 | 18:05
Necə edək ki, soğan doğrayanda ağlamayaq?
19 Aug 2024 | 18:00
Putin Əliyevi MDB Dövlət Başçıları Şurasının iclasına dəvət etdi
19 Aug 2024 | 17:56
Xaçmazda polis zabiti qəfil VƏFAT ETDİ
19 Aug 2024 | 17:50
İxtisas seçiminin vaxtı uzadıldı - DİM
19 Aug 2024 | 17:45
Prezidentin adından Putinin şərəfinə dövlət ziyafəti verilir - VİDEO
19 Aug 2024 | 17:39
"Danışıqların indiki raundu girovların qaytarılması üçün son şansdır" - Blinken
19 Aug 2024 | 17:33
Prezidentlər Bakıdakı kafedralda - VİDEO
19 Aug 2024 | 17:27
E vitamini çatışmazlığı orqanizmdə nələrə səbəb olur?
19 Aug 2024 | 17:21
Cənubi Qafqazda sabitlik bundan asılıdır - Prezident
19 Aug 2024 | 17:15
Əliyevlə Putinin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
19 Aug 2024 | 17:11
Avtobus zolağında “bazar”: Ölmədik, bu günü də gördük! - FOTO
19 Aug 2024 | 17:05
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edildi - YENİLƏNİB
19 Aug 2024 | 17:00
"Zirə" - "Omoniya" görüşünün hakimləri açıqlandı
19 Aug 2024 | 16:56
Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar - VİDEO
19 Aug 2024 | 16:53
"Krım körpüsü qanuni hədəfdir və məhv ediləcək" - amerikalı admiral
19 Aug 2024 | 16:48
Türkiyə-Azərbaycan Universitetinə kim rəhbərlik edir? - RƏSMİ CAVAB
19 Aug 2024 | 16:42
Rusiyadan etiraf addımı - Cavanşir Feyziyev yazır… 
19 Aug 2024 | 16:36
Bakıda İrandan gətirilən 23 kq narkotik ələ keçirildi
19 Aug 2024 | 16:29
Prezidentlər Bakı gəzintisində: maşını Əliyev sürür -  VİDEO
19 Aug 2024 | 16:22
Putinin Bakıdakı korteji - VİDEO
19 Aug 2024 | 16:16
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək - FOTO
19 Aug 2024 | 16:05
Rusiya Azərbaycandan nə gözləyir, nə istəyir? Bakı slavyanların qardaş qırğınının durduğu məkan ola bilər
19 Aug 2024 | 15:57
Başqırdıstanda müdafiə zavodunda partlayış baş verib, qaz kəməri yanır
19 Aug 2024 | 15:54
Prezidentlərin məhdud tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
19 Aug 2024 | 15:50
Pul kisəsinə 1 ədəd qoymaq kifayətdir - Pula pul qatır, ata-babalarımızdan miras qalmış ənənədir
19 Aug 2024 | 15:48
"Qarabağ" Xorvatiyaya yola düşdü - FOTO
19 Aug 2024 | 15:42
İnsanların birdən-birə qocaldığı iki yaş DÖVRÜ - biri 44, o biri...
19 Aug 2024 | 15:36
Beyləqanda uşaq kanalda batdı
19 Aug 2024 | 15:30
Beriya ilə dostluğuna görə işi cəncələ düşən general - Onun problemlərinə Brejnev son qoyub
19 Aug 2024 | 15:24
Azərbaycanda 15 milyona stadion tikiləcək
19 Aug 2024 | 15:15
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB + VİDEO
19 Aug 2024 | 15:06
"Kursk vilayətinə hücum yalnız başlanğıcdır" - "The Guardian"
19 Aug 2024 | 14:59
Alen Delon kimdir? - Kişi ilə yatdığına görə arvadı intihar edən, hamının və heç kimin olmayan kişi
19 Aug 2024 | 14:58
Arıqlamaq istəyənlər üçün QIZIL İPUCU: Bu saatda  qəhvə içmək bütün yağları yandırır
19 Aug 2024 | 14:52
Xoşbəxt əlaqənin ən dəqiq əlaməti AÇIQLANDI
19 Aug 2024 | 14:45
Komitə sədri Rövşən Rzayev Bərdədə vətəndaşları qəbul edib - FOTOLAR
19 Aug 2024 | 14:38
Rusiya Prezidenti: "Bakı regionun oazisinə çevrilir"
19 Aug 2024 | 14:31
Makronun prezidentliyinin “pik” həddi: Fransa vətəndaş müharibəsi astanasında - ŞƏRH
19 Aug 2024 | 14:24
I sinfə qəbul olunan uşaqların sayı açıqlandı
19 Aug 2024 | 14:18
"Putin danışıqlar üçün yalvarır" - Lukaşenkonun son bəyanatları nədən xəbər verir?..
19 Aug 2024 | 14:13
Putinin Bakı səfəri: Masada nələr var?
19 Aug 2024 | 14:10
Bakıda su sayğacında iki kiloqram heroin tapıldı
19 Aug 2024 | 14:05
Prezident: "Əminəm ki, Vladimir Putinin səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq"
19 Aug 2024 | 14:00
Azərbaycan millisinin üzvü İspaniya klubuna transfer olundu
19 Aug 2024 | 13:56
İlham Əliyev: "Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur"
19 Aug 2024 | 13:50
"Azərbaycanla münasibətlər 2022-ci ildə imzalanmış Bəyannamə əsasında inkişaf edir"
19 Aug 2024 | 13:43
Rəhbərini kabinetində qətlə yetirən mühasibin SENSASİON ifadəsi
19 Aug 2024 | 13:37
"Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazırdır" - Putin
19 Aug 2024 | 13:32
“Görən kimi aşiq oldum, 40 dəfə evlənmək təklif etdim” - Məşhur aktyor
19 Aug 2024 | 13:22
Vladimir Putinin rəsmi qarşılanma mərasimi - YENİLƏNİB + VİDEO
19 Aug 2024 | 13:16
Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
19 Aug 2024 | 13:10
"Əsas məqsədimiz Rusiyanın müharibə potensialını məhv etmək və bufer zonası yaratmaqdır"
19 Aug 2024 | 13:05
Hərbçilərimiz "Altın Kıran - 2024" təlimində iştirak edir
19 Aug 2024 | 13:01
Vladimir Putin Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - YENİLƏNİB + VİDEO
19 Aug 2024 | 12:56
Yadellilərin Gədəbəy mis mədənlərindəki cinayətlərini O İFŞA EDİB - VİDEO
19 Aug 2024 | 12:50
“Azəriqaz” Xankəndidə qaz təchizatı infrastrukturunu bərpa edir - VİDEO
19 Aug 2024 | 12:44
Könül Mehdiyevaya UEFA-dan təyinat
19 Aug 2024 | 12:37
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
19 Aug 2024 | 12:31
Azərbaycanlı sənətçinin Özbəkistan səfərində “şübhəli əşya” - VİDEO
19 Aug 2024 | 12:25
Bağdadda iranlı və iraqlı zəvvarları daşıyan avtobus ağır qəzaya düşüb - FOTO
19 Aug 2024 | 12:18
Əməkdar incəsənət xadimi insult keçirdi
19 Aug 2024 | 12:12
"Alov Qüllələri" arasındakı kəndirdə gəzən şəxs kimdir? - VİDEO
19 Aug 2024 | 12:06
Moskva Almaniyaya XƏBƏRDARLIQ ETDİ -DETALLAR
GÜNLÜK
19 Aug 2024 | 09:42
Kimlərə üzüm yemək QƏTİ QADAĞANDIR
19 Aug 2024 | 08:46
Alimlər  sübut etdi- Ən ağıllı uşaqlar BU AYLARDA DOĞULUR
19 Aug 2024 | 09:56
Yemiş bu şəxslər üçün daha faydalıdır
19 Aug 2024 | 07:25
“Kadırov Putinə xəyanət etməyə hazırdır...”
19 Aug 2024 | 10:37
Putini Bakıya gətirən 3 mühüm səbəb
19 Aug 2024 | 10:58
“Putinin  Azərbaycana bu gəlişi adi gəlişlərdən deyil...”  
19 Aug 2024 | 08:24
Qocalma əleyhinə dərman HAZIRLANDI- İlk kimlərin üzərində sınaqdan keçirildi? 
19 Aug 2024 | 09:03
Bu tarixdən su əvvəlki rejimlə gələcək-RƏSMİ
19 Aug 2024 | 09:11
Tapança ilə vuruldu, polis tərəfindən döyüldü- Sovet kino ulduzları necə öldürüldü?
19 Aug 2024 | 15:50
Pul kisəsinə 1 ədəd qoymaq kifayətdir - Pula pul qatır, ata-babalarımızdan miras qalmış ənənədir
HƏFTƏLİK
17 Aug 2024 | 20:20
"İlhamə Quliyeva mənə televiziyalarda qadağa qoydurmuşdu, indi məzarının üstündə klounluq edirlər"-ÖZƏL
14 Aug 2024 | 20:14
İdman və Olimpiadanı rüsvay etdi- BÜTÜN DÜNYA ONA GÜLÜR - VİDEO
17 Aug 2024 | 17:12
Bu tarixdə doğulanların nəzərinə...
17 Aug 2024 | 13:32
Xalq artistinə şillə vuran, məşhur aktrisaya görə az qala ailəsi dağılan aktyorumuz: "Türkan Şoray başıma elə oyun açdı ki..."-ÖZƏL+FOTOLAR
13 Aug 2024 | 09:36
Sarımsağın qoxusunu yox edir: Ekspertlər son nöqtəni qoydular
18 Aug 2024 | 13:16
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
18 Aug 2024 | 19:30
Zəkanın aşağı olduğunu göstərən BEŞ DAVRANIŞ 
18 Aug 2024 | 18:37
Bu pişiklərin mənzildə saxlanması QƏTİ QADAĞANDIR 
13 Aug 2024 | 21:16
Diyetoloq bu bitkinin heyrətamiz sağlamlıq faydalarını açıqladı
18 Aug 2024 | 17:09
Yaxın 24 saat ərzində 9 bal gücündə zəlzələ OLACAQ - Alimlərdən XƏBƏRDARLIQ
AYLIQ
19 Aug 2024 | 09:42
Kimlərə üzüm yemək QƏTİ QADAĞANDIR
19 Aug 2024 | 08:46
Alimlər  sübut etdi- Ən ağıllı uşaqlar BU AYLARDA DOĞULUR
19 Aug 2024 | 09:56
Yemiş bu şəxslər üçün daha faydalıdır
19 Aug 2024 | 07:25
“Kadırov Putinə xəyanət etməyə hazırdır...”
19 Aug 2024 | 10:37
Putini Bakıya gətirən 3 mühüm səbəb
19 Aug 2024 | 10:58
“Putinin  Azərbaycana bu gəlişi adi gəlişlərdən deyil...”  
19 Aug 2024 | 08:24
Qocalma əleyhinə dərman HAZIRLANDI- İlk kimlərin üzərində sınaqdan keçirildi? 
19 Aug 2024 | 09:03
Bu tarixdən su əvvəlki rejimlə gələcək-RƏSMİ
19 Aug 2024 | 09:11
Tapança ilə vuruldu, polis tərəfindən döyüldü- Sovet kino ulduzları necə öldürüldü?
19 Aug 2024 | 15:50
Pul kisəsinə 1 ədəd qoymaq kifayətdir - Pula pul qatır, ata-babalarımızdan miras qalmış ənənədir