20 illik siyasətin göstəricisi: Böyük quruculuq və qayıdış - TƏHLİL + FOTO
Siyasət
Oxunub: 1382
15 Aug 2024 | 15:19
20 illik siyasətin göstəricisi: Böyük quruculuq və qayıdış - TƏHLİL + FOTO
Cənubi Qafqazda gəlmə olan ermənilər məskunlaşdırıldıqları ərazilərdə daim dağıdıcılıq ediblər. Özlərinə aid olmayan tarixi-mədəni abidələri ya özününküləşdirməyə çalışıblar, ya da uçurub-dağıdıblar. Sonra yer adlarını erməniləşdirməyə başlayıblar. Çünki tarixdə özlərinə aid heç vaxt heç nə olmayıb. Yalan və oğurluq onların milli göstəricisidir.
 
Azərbaycan torpaqlarını işğal altında tutduqları 30 ilə yaxın müddətdə ermənilər yuxarıda sadaladığımız və qeyd etmədiyimiz bütün mənfi keyfiyyətlərini göstərib, özlərini ifşa ediblər.
 
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatına əsasən, altı əsas sahə - faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoloji zərərlər qiymətləndirilib. Bildirilib ki, işğal dövründə Azərbaycana 265 milyard 281 milyon 198 min 203 ABŞ dolları məbləğində ziyan dəyib.
 
Ermənilər havadarları ilə birlikdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanlarından hərbi məqsədlər üçün istifadə edərək qəsdən dağıdıblar. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və başqa tarixi milli abidələr məhv edilib.
 
 
İşğal altında 13 (6 memarlıq və 7 arxeoloji), ölkə əhəmiyyətli 292 (119 memarlıq və 173 arxeoloji) və yerli əhəmiyyətli 330 (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidəsi qalmışdı. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103 200 ədəd mebel avadanlığı, 5 640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5 920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçikhəcmli attraksion işğal olunmuş ərazilərdə qalıb, işğalçılar tərəfindən dağıdılıb.
 
Bundan başqa, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi Ermənistan və havadarlarının şəhəri bombardman etdikləri zaman yerlə bir edilib, dünya şöhrətli Kəlbəcər Tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın Tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınıb.
 
Şuşanın işğal edilməsi nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılaraq viran edilib.
 
 
Görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeyinin, Ağdam Tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı Tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan Tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları erməni işğalçıları tərəfindən qarət olunub.
 
Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.
 
Bundan başqa, Ermənistan işğal müddətində minlərlə yaşayış binası, fərdi yaşayış evləri, sosial obyektlər, bağçalar, xəstəxanalar, inzibati binalar və sairi yerlə bir edib.
 
Bu siyahını genişləndirmək də olar. Torpaqlar ermənilərin olmadığı üçün orada bu vəhşilikləri törədiblər. Rayonların, qəsəbə və kəndlərin adlarını dəyişib, əraziyə qanunsuz köç təşkil ediblər. Özününkü olmayanı dağıtmaq ermənilərə və gəlmələrə xas əməldir.
 
 
Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bölgələrin minalardan təmizlənməsinə və quruculuq işlərinə başlayıb. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağ və ətraf rayonların yenidən qurulması davam edir. Azad olunmuş ərazilərin bərpası və yenidən qurulması çox geniş və əhatəli işdir. Ən əsası odur ki, Azərbaycan dövləti quruculuq işlərini öz daxili resursları hesabına reallaşdırır. Bölgə sakinləri modern Qarabağa, yenidən qurulan yurdlarına köçürlər.
 
Yeri gəlmişkən, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Bu günədək ümumilikdə işğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanıb. 2022-ci il iyulun 19-dan bu günədək 4 şəhərə (Şuşa, Laçın, Füzuli və Xocalı şəhərləri) və 4 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux və Sus kəndləri) ümumilikdə 2 036 ailə olmaqla 7 901 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.
 
Azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində dost xarici dövlətlər də yaxından iştirak edirlər. Özbəkistan tərəfindən Füzuli şəhərində inşa edilən orta məktəb 2023-cü il avqustun 23-də, Qazaxıstan tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi isə 2024-cü il martın 12-də istifadəyə verilib. Həmçinin, Macarıstan şirkəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin, Slovakiya şirkəti tərəfindən isə Ağdam rayonunun Qərvənd kəndinin layihələndirilmə işləri sürətlə aparılmaqdadır.
 
 
Bu günədək Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərində, Zəngilan rayonunun Ağalı kəndində, Laçın rayonunun Zabux kəndində və Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərində ümumilikdə 8 məktəb binası istifadəyə verilib.
 
Ağdam, Cəbrayıl, Kəlbəcər şəhərlərində, Kərkicahan qəsəbəsində, Laçın rayonunun Sus kəndində, həmçinin əhalinin köçü planlaşdırılan başqa yaşayış məntəqələrində ümumilikdə 12 məktəbin tikintisi və ya əsaslı təmiri işləri davam edir. Bundan başqa, 13 körpələr evi-uşaq bağçasının tikintisi və ya əsaslı təmirinin yekunlaşması nəzərdə tutulub. 2024-cü ilin sentyabr ayında Xankəndi şəhərində ilkin mərhələdə 800-1 000 tələbənin təhsil alacağı Qarabağ Universiteti istifadəyə veriləcək. Şuşa və Ağdam şəhərlərində iki xəstəxananın tikintisi davam edir.
 
Qarabağda həm də turizmin inkişafı nəzərdə tutulub. Bu məqsədlə həyata keçirilən infrastruktur layihələri çərçivəsində 8 (Şuşa - "Qarabağ", "Xarı bülbül", "Yasəmən" hotelləri, Şuşa Hotel-Konqres Mərkəzi, Xankəndi - "Palace", "Qarabağ" hotelləri, Zəngilan Konqres Mərkəzi, Ağdam Konqres Mərkəzi) hotel və konqres mərkəzləri bərpa və yenidən inşa olunaraq istifadəyə verilib.
 
Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilib, Laçın rayonunda hava limanının tikintisi davam etdirilir.
 
Yeddi yolun tikintisi başa çatdırılaraq istismara verilib. 27 yol layihəsi üzrə işlər davam edir. Uzunluğu 47,1 km olan Bərdə-Ağdam və uzunluğu 110,4 km olan Horadiz-Ağbənd dəmiryol xətləri tikilir. İndiyədək 330 kV-luq bir, 110 kV-luq 11 yarımstansiya və 30 su elektrik stansiyası istismara, uzunluğu 1 000 km-dək 20-dən çox elektrik ötürücü xətti istifadəyə verilib. Xankəndidə 110 kV-luq yarımstansiyanın, 2 su elektrik stansiyasının tikintisi və ya yenidən qurulması davam edir.
 
 
Ümumi uzunluğu 314.45 km olan "Azadqaraqoyunlu-Ağdam", "Böyükbəhmənli-Şuşa" və "Horadiz-Laçın" magistral qaz xətlərinin tikintisi yekunlaşıb.
 
Suqovuşan, Xaçınçay su anbarları və Köndələnçay su anbarları kompleksi təmir-bərpadan sonra istifadəyə verilib, Zabuxçay su anbarının tikintisi isə yekunlaşmaqdadır.
 
Sadalanalar Azərbaycan hakimiyyətinin dörd ildə gördüyü böyük quruculuq işlərinin bir qismidir.
 
İndiyədək işğaldan azad edilmiş ərazilərdə 152 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
 
Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.
 
Xarici İşlər Nazirliyindən bildirilib ki, 44 günlük müharibə bitəndən sonra ölkədə mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub.
 
Böyük quruculuq və qayıdış bir daha isbatlayır ki, Qarabağ və ətraf rayonlar Azərbaycanındır. Bu işləri yalnız torpağın əsl sahiblər görərlər. Qarabağın dirçəlməsi, canlanması da 20 illik ardıcıl siyasətin nəticəsidir. Bu yöndə böyük quruculuq işləri və qayıdış davam edir. /Report.az/
 
 
 
 
 
 
 
 
 
 
 
Oxşar xəbərlər
03 Oct 2024 | 23:57
"Uqledarın işğalı Ukrayna üçün problem yaradır, rusiyalıların logistikasını yaxşılaşdırır" - "The New York Times"
03 Oct 2024 | 23:18
"Ayətüllah Xamenei daha heç kimə etibar etmir": Tehranda hazırda nələr baş verir?
03 Oct 2024 | 23:13
Son zamanlar çoxalan "online" "qumar" oyunlarının qarşısı necə alınmalıdır? - VİDEO
03 Oct 2024 | 23:05
"Putin getdikcə əbədi həyata mübtəla olur" - "The Atlantic"' nəşri
03 Oct 2024 | 23:00
Avropa Liqası: "Qarabağ" məğlub oldu - VİDEO - FOTOLAR
03 Oct 2024 | 22:50
Məşhur futbolçu həbs edildi: Görün mağazadan nə oğurlayıb
03 Oct 2024 | 22:43
ABŞ-da "Helen" qasırğası: ölənlərin sayı 200-ə çatdı
03 Oct 2024 | 22:35
Safurə qızına ad günü etdi
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 22:24
Kim Çen Inın bacısı: "Mənasız təlxəklikdir"
03 Oct 2024 | 22:16
Yaxın Şərq münaqişəsi qlobal bazarlara təsir edir
03 Oct 2024 | 22:08
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
03 Oct 2024 | 22:00
Vatsapdan mesajlaşma ilə bağlı yenilik
03 Oct 2024 | 21:53
Bayden Putinlə görüşü haqqında danışdı
03 Oct 2024 | 21:45
Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıldı
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 21:30
İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan
03 Oct 2024 | 21:25
Böhrandan Qələbəyə: Dahi Liderin xarici siyasət strategiyası
03 Oct 2024 | 21:18
"Qarabağ" - "Malmö" matçında ikinci qol... - Canlı
03 Oct 2024 | 21:10
İsrail bir də bunu etsə, sarsıdıcı cavab alacaq - İran
03 Oct 2024 | 21:04
Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib
03 Oct 2024 | 20:54
Sarıkökün çox istifadəsi nələrə zərərlidir?
03 Oct 2024 | 20:46
Paşinyandan Makrona: Sülh sazişi imzalamağa hazırıq!
03 Oct 2024 | 20:38
Fransanın neokolonializm siyasətinə dair Bakıda konfrans keçirildi
03 Oct 2024 | 20:30
Qazlı su içdi - ölümdən döndü - VİDEO
03 Oct 2024 | 20:22
40 yaşdan sonra bu qidalardan imtina etməlisiniz
03 Oct 2024 | 20:14
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
03 Oct 2024 | 20:05
Hansı “iPhone” daha məsləhətlidir? – 5 MODEL
03 Oct 2024 | 19:56
"Mənim üçün prioritet vəzifə Ukraynanın qələbəsini təmin etməkdir" - NATO-nun yeni baş katibi
03 Oct 2024 | 19:48
Amazonda yerli əhali qırıla bilər: Yanğınlar insanları boğur
03 Oct 2024 | 19:40
Keçmiş məcburi köçkün şagirdlər üçün yeni imkan
03 Oct 2024 | 19:35
Bakı metrosunda FACİƏ - Daha bir sərnişin qatar yoluna düşdü
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
03 Oct 2024 | 19:20
Fələstini dəstəkləməyə davam edəcəyik - Pezeşkian
03 Oct 2024 | 19:15
İsrail ordusu Beyruta hücum etdi
03 Oct 2024 | 19:10
Oktyabr BİR BÜRC üçün böyük dəyişikliklər ayı olacaq
03 Oct 2024 | 19:02
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
03 Oct 2024 | 18:58
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
03 Oct 2024 | 18:51
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
03 Oct 2024 | 18:40
Qarğanın hücumuna məruz qalan 87 yaşlı qadın barmaqlarından oldu
03 Oct 2024 | 18:35
Makron Avropa İttifaqına "ölüm" DİAQNOZU QOYDU 
03 Oct 2024 | 18:31
Yeni dövr müharibəsinin əsgərləri: “Robot itlər”...
03 Oct 2024 | 18:30
Hindistandan şad xəbər gəldi, düyü kəskin ucuzlaşdı
03 Oct 2024 | 18:25
Prezident və xanımı Cəbrayılda...
03 Oct 2024 | 18:18
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
03 Oct 2024 | 18:10
Şəkərin ən təhlükəli xüsusiyyəti
03 Oct 2024 | 18:04
Vətənpərvərlik, yoxsa militarizasiya: Kremldən 500 milyonluq “şüur əməliyyatı”
03 Oct 2024 | 18:00
Bakıda atadan azyaşlı qızına qarşı İYRƏNC CİNAYƏT
03 Oct 2024 | 17:55
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
03 Oct 2024 | 17:50
88 yaşlı qadını aldadaraq pullarını alan Qazaxıstan vətəndaşı saxlanıldı - VİDEO
03 Oct 2024 | 17:44
Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
03 Oct 2024 | 17:38
"Landsberqisin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir" - Ayxan Hacızadə
03 Oct 2024 | 17:32
Rövşən Binnətli vəzifəsindən azad olundu
03 Oct 2024 | 17:27
UNEC-də beynəlxalq konfrans öz işinə başlayıb - FOTOLAR
03 Oct 2024 | 17:22
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
03 Oct 2024 | 17:17
Gəncləşən, sayı artan İNTİHARLAR: İnsanları bu yoldan NECƏ ÇƏKİNDİRƏK?
03 Oct 2024 | 17:12
“Qarabağ” - “Malmö” matçına nə qədər bilet satılıb?
03 Oct 2024 | 17:07
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıya GƏLDİ
03 Oct 2024 | 17:02
Ermənistanla sülhə maneə: konstitusiya, türk düşmənlərinə qoyulan heykəllər - ANALİZ
03 Oct 2024 | 16:56
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
03 Oct 2024 | 16:51
Kiyev ukraynalı hərbi əsirlərin rusiyalı əsgərlər tərəfindən kütləvi qətlini araşdırır
03 Oct 2024 | 16:45
Kamran Əliyev onu təltif etdi - FOTO
03 Oct 2024 | 16:40
Məktəblərdə TƏHLÜKƏLİ VƏZİYYƏT: Şagirdlər ard-arda bıçaqlanır və... - ŞOK
03 Oct 2024 | 16:34
Bakının 1 addımlığında ucuz evlər: Alanlar ikiqat qazanacaq
03 Oct 2024 | 16:28
"Rusiya Çinin sayəsində Ukraynanı dronlara qərq edəcək" - "Forbes"
03 Oct 2024 | 16:22
Macarıstanlı hərbçilər Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində - VİDEO
03 Oct 2024 | 16:16
“Sarıqışlar” Su Elektrik Stansiyasının açılışı oldu
03 Oct 2024 | 16:06
Tərtərdə xəstəxanada ÖLÜM - Cinayət işi başlanıldı
03 Oct 2024 | 16:00
"Azərbaycanlı həkimlər Almaniyanın səhiyyə sisteminə dəstəkdə mühüm rol oynayacaq" - Nuran Abdullayev
03 Oct 2024 | 15:54
Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
03 Oct 2024 | 15:49
BDU ilə Misirin Ayn Şəms Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
03 Oct 2024 | 15:44
Milli müstəqillik mübarizəmizdə dönüş nöqtəsi – Cavanşir Feyziyev yazır…
03 Oct 2024 | 15:38
Bu marşrutların hərəkət istiqaməti dəyişdiriləcək
03 Oct 2024 | 15:33
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu
03 Oct 2024 | 15:28
Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşdü - FOTO
03 Oct 2024 | 15:22
Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış oldu
03 Oct 2024 | 15:16
İlham Əliyev Zəngilanda beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoydu
03 Oct 2024 | 15:11
"Ukraynaya tərəfdaşları tərəfindən dəstək zəifləməyəcək" - Olaf Şolts
03 Oct 2024 | 15:05
İlham Əliyev Zəngilana getdi
03 Oct 2024 | 15:00
“Bu qoyunun dilini evdə qalan qızlar yeyir... veteranam lobya satıram... gecə saat 3-də işə başlayıram” – Reportaj + FOTO
03 Oct 2024 | 14:55
Metro gücləndirilmiş iş rejimində çalışacaq
03 Oct 2024 | 14:50
Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - FOTO
03 Oct 2024 | 14:44
DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirdi - FOTO
03 Oct 2024 | 14:38
Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan ETİRAZ
03 Oct 2024 | 14:32
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO
03 Oct 2024 | 14:26
“Anam evdə konflikt yaradan qaynananı oynayırdı, o da elə görüb, onu da elə etmişdilər” - FOTO
03 Oct 2024 | 14:20
Cəbrayılda “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu
03 Oct 2024 | 14:14
Cəbrayılda zavodun təməli qoyuldu
03 Oct 2024 | 14:07
Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... –TƏFƏRRÜAT
03 Oct 2024 | 14:00
Cəbrayılda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyuldu
03 Oct 2024 | 13:56
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
03 Oct 2024 | 13:51
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
03 Oct 2024 | 13:46
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
03 Oct 2024 | 13:39
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
03 Oct 2024 | 13:33
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
03 Oct 2024 | 13:27
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
03 Oct 2024 | 13:21
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
03 Oct 2024 | 13:15
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
03 Oct 2024 | 13:10
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
03 Oct 2024 | 13:05
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
GÜNLÜK
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
03 Oct 2024 | 12:15
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
03 Oct 2024 | 07:19
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
03 Oct 2024 | 08:09
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
03 Oct 2024 | 07:36
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
03 Oct 2024 | 10:57
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
03 Oct 2024 | 07:45
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
03 Oct 2024 | 09:29
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
03 Oct 2024 | 09:39
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
AYLIQ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
03 Oct 2024 | 12:15
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
03 Oct 2024 | 07:19
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
03 Oct 2024 | 08:09
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
03 Oct 2024 | 07:36
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
03 Oct 2024 | 10:57
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
03 Oct 2024 | 07:45
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
03 Oct 2024 | 09:29
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
03 Oct 2024 | 09:39
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı