Erməni barmağını tətikdə saxlayan Qərb... - sülh olmasa, nə olacaq?
Siyasət
Oxunub: 1441
10 Aug 2024 | 11:53
Erməni barmağını tətikdə saxlayan Qərb... - sülh olmasa, nə olacaq?
Analitiklərin proqnozuna görə, ABŞ və Fransa Ermənistana silah tədarükünü daha da artıracaq və yeni hərbi əməliyyatların baş verməsi mümkündür - detallar
 
Ermənistan Azərbaycanla sülh müqaviləsindən yayındıqca və sürətlə silahlandıqca tərəflər arasında etimad mühiti zəifləyir, paralel surətdə bölgədə yeni hərbi toqquşma ehtimalı artır. Çünki istənilən yarımçıq sülhün alternativi də müharibədir. Bu mənada Bakı və İrəvan əslində de-fakto müharibə vəziyyətindəki kimidir. Təəssüf ki, bölgədəki son gəlişmələr, Ermənistanın ABŞ başda olmaqla, Qərb havadarları tərəfindən yenə də maşa qismində istifadə olunması bu qənaəti gücləndirir. Yeri gəlmişkən, necə gündür ABŞ-ın Ermənistana silah daşıması məsələsi gündəmdədir. Söhbət ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan üçün yeni nəsil silahların - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnikanın gətirilməsindən gedir. Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır.
 
Əlbəttə ki, Amerikanın İrəvana bu cür “canı yananlığı” əsla sülh qoxusu vermir. Daimi sülhün əsas şərti isə çoxdan məlum. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bir neçə gün əvvəl Vaşinqtonda baş tutan danışıqlardan sonra bununla bağlı rəsmi Bakının mövqeyini bir daha açıqlayıb. Əmirbəyov bildirib ki, Ermənistan konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün deyil. “Bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları var. Hazırda bu, sülh prosesinin qarşısında duran yeganə maneədir. Əmin olmaq istəyirik ki, Ermənistanla sülh sazişi gələcəkdə onun revanşizmə qayıdışını və ya Azərbaycana qarşı ərazi iddialarını mümkünsüz edəcək. Ermənistanın sülh danışıqlarını, müqavilənin imzalanmasını öz hərbi potensialını gücləndirmə, tarixi yeni başlanğıc fürsətinə qarşı pozuculuq taktikası yürütmə fürsəti kimi baxması bizim üçün qəbuledilməzdir”, - xüsusi nümayəndə xəbərdarlıq edib. 
 
“İnanmıram ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansın”.
 
Bunu isə “Moskva-Bakı”ya müsahibəsində rusiyalı ekspert Yevgeni Mixaylov deyib. “Cənubi Qafqazda vəziyyət gözlənilməz və çox təhlükəli olacaq. Bu hər şeyə təsir edəcək. Qərb regionda aqressiv antirusiya vektoru aşılayacaq. O, Rusiya ilə Azərbaycanı bir-birinə qarşı qoymaqda davam edəcək”, - politoloq vurğulayıb. Mixaylova görə, Qərb sülh müqaviləsi məsələsində manipulyasiya etməyə və bir növ Ermənistanın maraqlarını qorumağa çalışır: “Sülh müqaviləsi olmasa, Qərb Ermənistana silah tədarükünü artıracaq. Və yeni hərbi əməliyyatların baş verməsi mümkündür. Yaxın Şərqdə, İsraillə Fələstin arasında, İsraillə İran arasında uzun müddət - keçən ilin payızından bəri hadisələrin necə cərəyan etdiyini və son günlərdə vəziyyətin yenidən son dərəcə təhlükəli tendensiyalar aldığını nəzərə alsaq, istənilən vaxt Cənubi Qafqaz və Xəzər regionunun qovşağı alovlana bilər”.
 
Ekspertin Güney Qafqazla bağlı bu gözləntisi əsaslıdırmı? Başqa yandan, Rusiyanın özü Azərbaycan və Ermənistan arasında sülh sənədinin imzalanmasında maraqlıdırmı, yaxud Qərb qədər maraqlıdırmı? Regionda müharibəni tətikləmək istəyən kimdir? 
 
Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir
 
Siyasi icmalçı Aqşin Kərimova görə, Azərbaycan Ermənistanın sülh gündəliyindən yayınması üçün vasitələr və kanallar tapmasına cavab olaraq hərbi güc tətbiqi ssenarilərini işləyib hazırlayır: “Bu, Azərbaycanın özünə qarşı yarana biləcək təhdidləri önləmək qabiliyyətinə əsaslanır. Ermənistan dövlətinin süqutu üçün zəmin hazırlanır, çünki o, ABŞ, Rusiya, Fransa Hindistan və Çin arasındakı rəqabətin və ya sövdələşmələrin dişləri arasında sıxılır, üstəlik, Azərbaycan, İran və Türkiyə ilə daha böyük problemli mərhələyə yaxınlaşdığını göstərir. Rusiyanın Ermənistanın addımlarını cavabsız qoyacağı düşünülmür, amma indiki geosiyasi şərait Kremlin əleyhinə işlədiyindən, o, İrəvanla bağlı planlarını təxirə salmaq məcburiyyətindədir. Azərbaycan və Türkiyənin tezliklə regional və beynəlxalq münaqişələrə müştərək baxışla bağlı müzakirələr aparacağı istisna olunmur. Bu, əsasən taleyi qaranlıqlaşan Ermənistan üzərindən qurulan ssenarilərə cavab kimi məsələləri əhatə edəcək”.
 
Təhlilçinin fikrincə, Ermənistan diplomatiyası və strategiyası ağıllı gediş etdiyini düşünsə də, ölkənin təhlükəsizlik problemləri yöndəmsiz şəkildə təhlükələrə sürüklənir: “Ermənistan barədə qərarlar İrəvanın iradəsindən kənarda verilir ki, bu da regional problemlərin həllində mürəkkəb tənliklər yaradır. Ermənistan artıq güc qarşıdurmasını özünü oyunçuların birgə patrul nəzarəti altına salmaqla regional təhlükəsizliyi risk altına atır. Ermənistan həqiqətən də ABŞ hərbçilərinin öz ölkəsinə ayaq basmasına icazə veribsə, bu, onun Azərbaycanla yanaşı, İran və Türkiyə ilə münasibətlərində kəskin qarşıdurma xətləri yaradacaq”.
 
Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ –
 
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə düşünür ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün maksimum vasitəçilik edir: “Yaxın perspektivdə sülh müqaviləsinin bağlanması mümkün ola bilər. Həmçinin Azərbaycan Ermənistanla  demarkasiya prosesi çərçivəsində 900 hektar ərazi qarşı tərəfə verilib. Bu ərazidən sərhəd qoşunları geri çəkilib. Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda maksimum sülhün əldə edilməsi istiqamətində mühüm addımlar atır. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına da razılıq verib. Onun texniki məsələləri müzakirə predmeti olaraq qalıb”.
 
Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az
 
Siyasi ekspert Ramiyə Məmmədova Ermənistanın silahlanmasını eskalasiya riski yaratmaqla yanaşı, Rusiya əleyhinə yürüdülən siyasət adlandırır. Onun fikrincə, Qərb bu ölkəni Rusiyadan uzaqlaşdırmaq üçün hərbi dəstəyini artırır: “Məqsəd Gümrü bazasını ləğv etmək və Ermənistanın KTMT-dən çıxışına nail olmaqdır. Eyni zamanda bu silahlanma İrəvanda ruh yüksəkliyi yaratdığına görə sülh danışıqlarında sapmalar mümkündür. Qərb hiss olunur ki, sülh müqaviləsinin imzalanmasından daha çox Ermənistanın güclənməsini prioritet hesab edir. Amma Azərbaycan bəyan edib ki, sülh müqaviləsi olmadan da yaşamaq mümkündür. Sadəcə, Ermənistan özü ölçüb-biçməlidir ki, bu şərait onun üçün nə dərəcədə əlverişlidir. Əgər dünyaya açılmaq istəyi varsa, sülh sənədi olmadan Ermənistan irəli gedə bilməyəcək. Hər halda, bu il sülh müqaviləsi gözlənilmir. Gələn il isə sülh mətni tam razılaşdırılsa, imzalana bilər. Ancaq həllini gözləyən o qədər mübahisəli məqamlar var ki...”
 
/Yeni Müsavat/
Oxşar xəbərlər
01:44, Bu gün
Türkiyənin müdafiə naziri Gürcüstanda səfərdədir
09 Sep 2024 | 23:22
Yeni "iPhone 16" təqdim edildi - FOTO
09 Sep 2024 | 23:15
Üzüm yığarkən dünyalarını dəyişən ər-arvadla bağlı DETALLI məlumatlar: “1 ay əvvəl nəvələri də ölüb”-FOTO+ÖZƏL
09 Sep 2024 | 23:10
Ölkədə aktiv ƏDV ödəyicilərinin sayında kəskin artım
09 Sep 2024 | 23:05
Ermənistan təlaşda: 25 il sonra ölkədə erməni qalmayacaq
09 Sep 2024 | 23:00
Bakıda uzun tıxac YARANDI
09 Sep 2024 | 22:53
Emin Bakıdakı layihəyə 1 milyard dollar xərclənəcəyini açıqladı
09 Sep 2024 | 22:48
Millimiz Türkiyəyə böyük hesabla uduzdu
09 Sep 2024 | 22:43
İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırdı
09 Sep 2024 | 22:38
“Qarabağ” ilk dəfə “EAFC 25″də
09 Sep 2024 | 22:34
Bu tip insanlara enerjinizi və zamanınzı sərf etməyin...
09 Sep 2024 | 22:30
Süd Yolu və Andromeda qalaktikaları toqquşdu
09 Sep 2024 | 22:24
31 illik həsrətə son qoyuldumu?..
09 Sep 2024 | 22:23
Ukrayna İranın cəzalandırması üçün Qərbə çağırış edib
09 Sep 2024 | 22:21
Professor enerji içkiləri barədə xəbərdarlıq edib
09 Sep 2024 | 22:13
“iPhone 16” təqdim edildi - FOTOLAR
09 Sep 2024 | 22:05
Düyü böhranı: Bu ölkədə limitlə satılacaq
09 Sep 2024 | 21:58
“ASAN müraciət”lə bağlı dəyişiklik olundu
09 Sep 2024 | 21:50
Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başladı
09 Sep 2024 | 21:43
Ozan Akbabaya Bakıda “Fəlakət”li sürpriz - VİDEO
09 Sep 2024 | 21:35
Azərbaycanlı iş adamı yenə deputat oldu - FOTO
09 Sep 2024 | 21:29
Smartfonlar beyin xərçənginə səbəb olurmu?-DÜNYA ALİMLƏRİ AÇIQLADI 
09 Sep 2024 | 21:25
Almaniya quru sərhədlərinə müvəqqəti nəzarət tətbiq edəcək - SƏBƏB
09 Sep 2024 | 21:20
Ana 7 yaşlı qızını döyüb xəstəxanalıq etdi - Azərbaycanda dəhşət
09 Sep 2024 | 21:14
İrəvandan hiyləgər gediş: Ermənistan Rusiyaya olan nifrətini pula çevirir
09 Sep 2024 | 21:06
Keyt Middltondan ŞAD XƏBƏR
09 Sep 2024 | 20:58
Xəstəni "Youtube"a baxıb əməliyyat etdi - görün nə baş verdi
09 Sep 2024 | 20:50
Rusiyanın döyüş dronları NATO ölkələrinin səmasında: "Elə indi hərəkətə keçin!.."
09 Sep 2024 | 20:45
Ukraynadan İrana xəbərdarlıq: Fakt təsdiqini taparsa...
09 Sep 2024 | 20:40
Universitetlərdə illik təhsil xərcləri niyə artırılıb?
09 Sep 2024 | 20:32
Əgər Rusiya bu şəhəri ələ keçirsə... - BBC
09 Sep 2024 | 20:27
Asim Mollazadənin qalib gəldiyi dairənin nəticələri ləğv edilir?
09 Sep 2024 | 20:22
Nə zaman limonlu çay içmək olmaz?
09 Sep 2024 | 20:16
Yeni "Samsung" planşetləri kəskin bahalaşacaq
09 Sep 2024 | 20:08
Bakıda məşhur zavodun çörəyindən naməlum QIRINTILAR ÇIXDI - VİDEO
09 Sep 2024 | 20:00
Paralimpiyaçılarla bağlı zarafat edən aparıcı CƏZALANDIRILDI
09 Sep 2024 | 19:52
Azərbaycanda DƏHŞƏT: Toy yasa döndü
09 Sep 2024 | 19:45
Azərbaycanda ən bahalı ixtisaslar: 9000, 10000 manat...
09 Sep 2024 | 19:37
Mirzoyanın “sülh sazişi” ilə bağlı fikirlərinə reaksiya
09 Sep 2024 | 19:30
“Sədərək”də patronlar və sandıqça aşkarlandı
09 Sep 2024 | 19:25
İllik təhsil xərclərinin miqdarı niyə artırıldı? - AÇIQLAMA
09 Sep 2024 | 19:18
Yatmazdan əvvəl manqo yeməyin faydaları
09 Sep 2024 | 19:11
Ukraynada erməni şərabları ilə bağlı tələb
09 Sep 2024 | 19:03
Saçımızı tökən saxta şampunlar - Ekspert: "Onlar Sumqayıtda istehsal olunur"
09 Sep 2024 | 18:58
"Barselona" diz bağları qopan Bernalla bağlı qərarını verdi
09 Sep 2024 | 18:50
"Ailəmiz adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm"- Nəbi Xəzrinin oğlu 
09 Sep 2024 | 18:46
Mənzil bazarında durğunluq: ucuzlaşma olacaq?
09 Sep 2024 | 18:42
Bu 3 əlamət varsa, əriniz sizi sevmir
09 Sep 2024 | 18:36
Bu adam qəribə məqsədlə gündə cəmi 30 dəqiqə yatır
09 Sep 2024 | 18:34
Qətlə yetirilən Narinin yerini deyən azərbaycanlı GÖRÜN KİMDİR - ŞOK
09 Sep 2024 | 18:30
36 işçinin maaşı mənimsənilib - 1,1 milyonluq yeyinti
09 Sep 2024 | 18:28
ADU-nun rektoru Yay məktəbini bitirən xarici tələbələrlə görüşüb - FOTOLAR
09 Sep 2024 | 18:25
"iPhone 16 Pro"nun qiyməti açıqlandı
09 Sep 2024 | 18:23
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
09 Sep 2024 | 18:20
"Hadisəyə aşiqəm, onu çox sevirəm"
09 Sep 2024 | 18:17
Zakir Həsənov Gürcüstana səfər edib
09 Sep 2024 | 18:10
B6 vitamini ilə zəngin qidalar
09 Sep 2024 | 18:06
TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək - FOTO
09 Sep 2024 | 18:00
“Nəzrin məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb...”
09 Sep 2024 | 17:56
Bu dairələrin nəticələri ləğv edilir? - MSK sədri
09 Sep 2024 | 17:52
Məşhur Xalq artistimizin türk bəylə EŞQ YAŞADIĞI GÖRÜNTÜLƏR ortaya çıxdı - VİDEO
09 Sep 2024 | 17:47
Sürpriz transferin üstü açıldı: "Bazel"ə getməli idi, prezident istəmədi, "Qarabağ"a gəldi
09 Sep 2024 | 17:45
“Doğrudur, İran Azərbaycan dövlətinin varlığını da həzm edə bilmir... Fəqət...”
09 Sep 2024 | 17:40
"Yeni Klinika"da həkimlər xəstəni qəbul etmir? - Qalmaqallı video ilə bağlı RƏSMİ AÇIQLAMA
09 Sep 2024 | 17:36
Bu şəxslərin maaşına 35 faiz ƏLAVƏ VERİLƏCƏK - RƏSMİ
09 Sep 2024 | 17:32
“Ərim kefdədir, hər gün telefonuna lüt qadın şəkilləri gəlir” - VİDEO
09 Sep 2024 | 17:28
Dünyada BİR İLK: Uşaq istehsal edən fabrik açılır, 200 min avroya körpə alacaqsınız... - VİDEO
09 Sep 2024 | 17:24
"Harris populyarlığını itirir, Trampın nikbinliyi üçün daha çox əsasları var" - yeni sorğunun nəticələri
09 Sep 2024 | 17:21
“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı
09 Sep 2024 | 17:17
Kamran Əliyev nazir müavini təyin edilən prokuroru belə yola saldı - FOTO
09 Sep 2024 | 17:12
Polis əməkdaşları hərəkətin intensiv olduğu yollarda xidmətlərini davam etdirirlər - VİDEO
09 Sep 2024 | 17:08
Sumqayıtda 21 yaşlı gənc hündürlükdən yıxılaraq öldü
09 Sep 2024 | 17:04
Fuad Hüseynov: "Qarabağa 8000-dək insan köçürülüb" - FOTO
09 Sep 2024 | 16:58
Estetik əməliyyatda pasiyenti ölən həkimin MƏHKƏMƏSİ BAŞLAYIR
09 Sep 2024 | 16:54
Əmək pensiyaları hansı əsasla indeksləşdirililir? - CAVAB
09 Sep 2024 | 16:48
Sevdanı izləyən manyakla bağlı QƏRAR
09 Sep 2024 | 16:42
Turist zəhərli ilanların olduğu qapalı adaya düşdü – VİDEO
09 Sep 2024 | 16:36
Yay aylarında ən çox yağıntı bu il qeydə alınıb
09 Sep 2024 | 16:30
Tokayev İlham Əliyevə zəng etdi
09 Sep 2024 | 16:23
“İstədikləri vaxtda yolu bağlayıb-açırlar” - Nəqliyyat Eksperti DANIŞDI
09 Sep 2024 | 16:16
"Dairə qapanır": USQ Kursk vilayətində daha bir körpünü məhv etdi - VİDEO
09 Sep 2024 | 16:09
"Qarabağ" Keyta ilə yollarını ayırdı - RƏSMİ
09 Sep 2024 | 16:02
"Razi ilə ilk dəfə pul qarşılığında görüşmüşük" - Ziya DANIŞDI
09 Sep 2024 | 15:55
Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir? – Anası onu... – AÇIQLAMA
09 Sep 2024 | 15:50
Toya gedənlərə XƏBƏRDARLIQ - Bu yeməklər zəhərləyir!
09 Sep 2024 | 15:44
Qəzaya düşən Mirmahmud Mirəlioğlu danışdı - "Həm hərbi maşına, həm də..."
09 Sep 2024 | 15:38
Yaxın günlərdə... - Sülh sazişi ilə bağlı real şans
09 Sep 2024 | 15:32
Gəncədə "ÖLÜ KART" ƏMƏLİYYATI: 1 milyonluq yeyinti
09 Sep 2024 | 15:26
Şöbə rəisi və həkimə cinayət işi açıldı - 126 minlik dələduzluq
09 Sep 2024 | 15:20
Kamandan oxatanlarımız Vətənə medalla döndü - FOTOLAR
09 Sep 2024 | 15:15
Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
09 Sep 2024 | 15:09
Xoşbəxtliyə dair 20 aforizm
09 Sep 2024 | 15:02
"Ukrayna müharibədə qələbə planını Bayden, Tramp və Harrisə təqdim edəcək" - Zelenski
09 Sep 2024 | 14:56
Rəsmi Bakı Tacikistanı təbrik etdi
09 Sep 2024 | 14:51
Sabahdan Azərbaycanda vaksinasiyaya başlanılır - RƏSMİ
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
09 Sep 2024 | 14:45
Qiymətlər belə artırılırmış: Hər faizə görə ailələrə 2-3 milyard ziyan...
09 Sep 2024 | 14:39
Bakıda evdən 89 min manatlıq oğurluq - 3 nəfər saxlanıldı
09 Sep 2024 | 14:33
Əhalinin DİQQƏTİNƏ: Bu gündən güclü partlayış səsləri eşidiləcək
09 Sep 2024 | 14:27
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
GÜNLÜK
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
09 Sep 2024 | 10:26
Bu BDU rektorunun tələm-tələsik güllələnməsi təəccüb doğurur... -FOTOLAR
09 Sep 2024 | 14:27
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
09 Sep 2024 | 08:35
Əhaliyə XƏBƏRDARLIQ - 10 sentyabr saat 10:00-dan etibarən...
09 Sep 2024 | 11:55
70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı
09 Sep 2024 | 07:45
"Rusiyanın Qərbdəki agentura şəbəkəsi çökür..."- EKSPERT
09 Sep 2024 | 09:22
Ölkədə yaxın müddətdə güclü zəlzələ baş verə bilər? - Baş seysmoloqdan AÇIQLAMA
09 Sep 2024 | 07:41
Rusiya Ukraynanı “silahsız məğlub etmək” variantı üzərində işləyir...
09 Sep 2024 | 08:32
İldırımlar daha çox çirklənmiş səmaları vurur... -TƏHQİQAT - “SCiİENCE ALETT”
09 Sep 2024 | 07:09
Yəhudi rejissor film festivalında İsrailin Qəzzada davam edən soyqırımını pislədi...-VİDEO
HƏFTƏLİK
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
09 Sep 2024 | 10:26
Bu BDU rektorunun tələm-tələsik güllələnməsi təəccüb doğurur... -FOTOLAR
09 Sep 2024 | 14:27
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
09 Sep 2024 | 08:35
Əhaliyə XƏBƏRDARLIQ - 10 sentyabr saat 10:00-dan etibarən...
09 Sep 2024 | 11:55
70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı
09 Sep 2024 | 07:45
"Rusiyanın Qərbdəki agentura şəbəkəsi çökür..."- EKSPERT
09 Sep 2024 | 09:22
Ölkədə yaxın müddətdə güclü zəlzələ baş verə bilər? - Baş seysmoloqdan AÇIQLAMA
09 Sep 2024 | 07:41
Rusiya Ukraynanı “silahsız məğlub etmək” variantı üzərində işləyir...
09 Sep 2024 | 08:32
İldırımlar daha çox çirklənmiş səmaları vurur... -TƏHQİQAT - “SCiİENCE ALETT”
09 Sep 2024 | 07:09
Yəhudi rejissor film festivalında İsrailin Qəzzada davam edən soyqırımını pislədi...-VİDEO