"SEPAH Sinvara müraciət edərək vəd edib: bu, bizim borcumuzdur..."
"SEPAH yüksək partlayış təhlükəli, döyüş başlıqları ilə təchiz edilmiş aşkar edilməyən yeni qanadlı raketlər əldə edib..."
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri İsmayıl Kaani HƏMAS-ın yeni lideri Yəhya Sinvara məktubunda bəyan edib ki, Tehran onun sələfinin qətlinə görə qisas alacaq.
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri yazıb.
"Biz onun qanına görə, İran İslam Respublikasında ağrılı və ağır insidentə görə qisas almağa hazırlaşırıq. Bu, bizim borcumuzdur", - Kaani Sinvara Haniyənin qətli ilə bağlı yazıb.
O, Haniyənin aradan götürülməsinə görə Tehrandan necə qisas alacağını dəqiqləşdirməyib.
Kaani deyib ki, qisas aprelin ortalarında Suriya paytaxtında İranın səfirliyinə aviasiya zərbəsinə görə qisas məqsədilə İsrailə raket və dronlar hücumundan daha sərt olacaq.
Kaani Sinvara Tehranın "İlahi vədimizə nail olmayanadək müqavimət yolunda birgə olacağını" vəd edib.
Bundan öncə məlumat verilib ki, Britaniyanın "The Telegraph" qəzetinin yazdığına görə, İranın yeni prezidenti Məsud Pezeşkian Tehranın İsrailə İsmayıl Haniyənin qətlinə görə cavabının miqyasının azalmasına çalışır.
Məqalədə deyilir ki, SEPAH Təl-Əviv və digər şəhərlərdə hərbi obyektkərə hədəflənən raket zərbəsinin endirilməsinə təkid edir.
Lakin Pezeşkian İsrail ilə total müharibədən ehtiyat edərək İranın bunun əvəzinə "Mossad"ın bütün regiondakı gizli casus bazalarına zərbə endirməyə təkid edir.
Bu arada isə İranın dövlət KİV-ləri məlumat verib ki, SEPAH "yüksək partlayış təhlükəli yeni silah" əldə edib.
Məlumatda deyilir ki, "SEPAH-ın hərbi-dəniz qüvvələri 2640 ədəd yeni silahlar, o cümlədən pilotsuz uçuş aparatları, dəniz radarları və "yüksək partlayış təhlükəli" döyüş başlıqları ilə təchiz edilmiş və aşkar edilməsi mümkün olmayan yeni orta və uzaqmənzilli qanadlı raketlər əldə edib.
Bu hadisə ilə bağlı təntənəli mərasimdə çıxış edən SEPAH komandanı, general-mayor Hüseyn Salami "düşməni sıfır distansiyadan və böyük dərinlikdə məhv edilməsinin vacibliyini" vurğulayıb.
O, dəniz müharibəsinin mürəkkəb olduğunu və dəniz əməliyyatlarında "insan resursları, texnologiyalar və strateji həssaslığın ahəngdar uzlaşmasını" tələb edən süni intellektin getdikcə artan rolunu qeyd edib.
"Sistem nə qədər ağıllı olarsa, marşrut və hədəf seçimi bir o qədər dəqiq olar", - Salami bəyan edib.
SEPAH-ın hansı tip "aşkar edilməyən" raketlər aldığı dəqiqləşdirilmir, lakin "Reuters" agentliyinin ABŞ Milli Kəşfiyyatı İdarəsinin direktoruna istinadən yazdığı kimi, İran regionda ən çox sayda ballistik raketlərə malikdir.
Lakin ağıllı "gözəgörünməz raketlər" İrana gərək olmaya bilər, çünki İranın İsrailə hücumu hələ də gündəlikdədir. İran hakimiyyəti birbaşa zərbədən imtina da edə bilər və yalnız İsmayıl Haniyənin qətlinə görə məsul olan konkret şəxslərə hücum edə bilər.
Burada ABŞ-ın İranın İsrailə qarşı mümkün təcavüzünün İran üçün ciddi nəticələr törədə biləcəyi ilə bağlı ABŞ-ın xəbərdarlığını da görməzdən gəlmək olmaz.