Bu icra başçıları da İŞDƏN ÇIXARILACAQ - Sırada ONLARDIR!
Siyasət
Oxunub: 1808
09 Aug 2024 | 21:30
Bu icra başçıları da İŞDƏN ÇIXARILACAQ - Sırada ONLARDIR!
Gözlənilir ki, gələn il referendum keçirilərək  icra başçısı institutu ləğv ediləcək.
 
Son bir ayda ölkədə bir neçə rayonun icra başçıları dəyişdirilib. Belə ki, Suraxanı (Əziz Əzizov Beyləqana göndərilib-red), Oğuz, Qusar və Daşkəsənə yeni icra başçıları təyin olunub. Avqustun 7-də Ağdaşın icra başçısı da vəzifəsini itirib. O, 2012-ci ildən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu.  
 
Yada salaq ki, bundan əvvəl də yaşı ötmüş bir neçə icra başçısı vəzifəsindən kənarlaşdırılmış, onları əsasən gənc kadrlar əvəz etmişdi. 
"Yeni Sabah”ın iddiasına görə, bu ayın sonuna kimi, ən azı 6 icra başçısı da işini itirəcək. Mənbə deyib ki, bu şəxslərlə bağlı qərar artıq verilib. Onların işdən azad edilməsi ilə bağlı sərəncam qısa ara ilə sentyabr ayının sonuna kimi elan olunacaq. 
 
O da faktdır ki, bəzi icra başçıları on il və daha artıq müddətdir eyni bölgədə icra hakimiyyətinin başçısı postunu tutur. 
2014-cü ildən Müstəqim Məmmədov Tərtərin, 2013-cü ildən Vasif İmanov Bakının Pirallahı rayonunun icra başçısıdır.
 
2012-ci ildən Arif Ağayev Astaraya, Xəzər Aslanov Xızıya, Taleh Qaraşov Lənkərana, Adil Vəliyev Bakının Sabunçu rayonuna, 2011-ci ildən İslam Rzayev Balakənə, Vidadi İsayev Bərdəyə, Alı Alıyev Füzuliyə, Adil Məmmədov Qobustana, Elxan Usubov Şəkiyə, Ramiz Həsənov Zəngilana, 2010-cu ildən Süleyman Mikayılov Bakının Qaradağ rayonuna, Musa Şəkiliyev Qaxa, Səbuhi Abdullayev Qəbələyə rəhbərlik edir.
 
2009-cu ildən Mübariz Əhmədzadə Zaqatalanın, 2001-ci ildən Malik İsaqov Qubadlının, 2000-ci ildən Şahmar Usubov Xocalının icra başçısı vəzifəsindədir. Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə təyinat alıb.
 
Qeyd edək ki, hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. İddialara görə, icra hakimiyyətlərinin parlament seçkilərindən sonra keçiriləcək referendumla ləğv ediləcəyi gözlənilir. Bəs bu kadr dəyişikliklərini ekspertlər necə şərh edir?
 
AMİP liderinin köməkçisi, siyasi ekspert Əli Orucov "Yeni Müsavat”a açıqlamasında icra hakimiyyətləri institutunun saxlanılmasının doğru olmadığını söylədi: "Yerli icra hakimiyyəti orqanları sabiq prezident Ayaz Mütəllibovun hakimiyyəti dönəmində 1991-ci ilin əvvəllərində keçmiş rayon partiya komitələrinin bazası əsasında yaradılıb. Həmin vaxt rayon partiya komitəsinin birinci katibi postu ləğv edilərək icra hakimiyyəti başçısı vəzifəsi təsis edildi. Belə demək mümkünsə, indiki rayon icra hakimiyyəti başçıları SSRİ-dən qalma birinci katiblərin sələfləridir. İcra hakimiyyəti başçılarına çox geniş səlahiyyətlər verildiyindən bəzən özlərini rayonun ağası kimi aparırlar. SSRİ dağılıb tarixin arxivinə getsə də, bəzi idarəçilik ənənələri, o cümlədən rayon icra hakimiyyəti başçıları postu hələ də mövcudluğunu saxlayır. Həddindən artıq köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən yerli icra hakimiyyətini kadr dəyişiklikləri və yaxud əvəzlənmələri ilə saxlamaq doğru seçim deyil. Sistem elə qurulub ki, həmin vəzifəyə kim təyin olunursa-olunsun, müsbət irəliləyişlərə nail olmaq və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində dönüş yaratmaq mümkün deyil. Faktiki olaraq bu qurumlar korrupsiyalaşmış, inkişafı ləngidən bir quruma çevrilib. Həbs olunan, vəzifəsindən uzaqlaşdırılan bir sıra icra başçılarının timsalında yerli icra hakimiyyəti orqanlarının nə rayonların idarə edilməsində, nə əhalinin sosial-rifah halının yüksəldilməsində, nə də vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsində heç bir pozitiv rol oynamadığını, əksinə, dövlətin verdiyi qeyri-məhdud səlahiyyətlərdən və büdcədən ayırdığı vəsaitlərin böyük həcmini mənimsəməklə, hətta reketliklə məşğul olmaqla öz şəxsi mənafelərini təmin edib. Bu gün də təəssüf ki, eyni tendensiyalar davam etməkdədir. Ona görə də hesab edirəm ki, icra hakimiyyətləri ləğv edilməli, Prezidentin yerlərdə nümayəndəliyi kimi çox da geniş olmayan səlahiyyətlər verməklə əvəzlənməlidir. Ştatlar da azaldılmalıdır ki, həm dövlət büdcəsinə artıq yük olmasın, həm də süni surətdə şişməsin. Yerli idarəetmə isə bələdiyyələrə verilməlidir. Cəmiyyətdə də icra hakimiyyətlərinə münasibət əksərən mənfidir. Elə bir icra başçısı nümunə üçün göstərmək mümkün olmur ki, o həqiqətən də rayon sakinlərinin qayğısına qalsın, öz vəzifəsinə vicdanla və peşəkarcasına yanaşsın. Azərbaycanda aparılan islahatlar ilk növbədə idarəçilikdə, xüsusən də yerli icra hakimiyyəti orqanlarından başlamalıdır”.
 
Siyasi ekspert qonşu ölkələrdən nümunələr gətirdi: "Hesab edirəm ki, 80 rayonda icra hakimiyyətinə ehtiyac yoxdur. Bunu 14 iqtisadi rayonlar üzrə formalaşdırmaq daha məqsədəmüvafiq olardı. Məsələn, qonşu Gürcüstanın inzibatı bölgüsü 12 əyalətdən, Ermənistanınkı isə 10 əyalətdən  ibarətdir. Lakin hər iki Cənubi Qafqaz ölkəsində bələdiyyələrin sayı çoxdur və geniş səlahiyyətlərə malikdir. Yerli özünüidaretmə bütünlükdə seçkili qurumların ixtiyarındadır və xalqa, seçicilərə hesabatlıdır. Azərbaycandakı inzibatı-ərazi bölgüsü hesab olunan icra hakimiyyətləri başçıları Prezident tərəfindən təyin olunur və onun qarşısında hesabatlıdır. Ona görə də xalq qarşısında heç bir hesabatlılığı və məsuliyyəti olmadığı qənaəti yaradır. İşğaldan azad olunan ərazilərdə Prezidentin səlahiyyətli nümayəndəliyi vəzifələri keçici olsa da, ona da geniş səlahiyyətlərin verilməsi gələcəkdə neqativ hallara yol açma riski yaradır. Ümid edirəm ki, parlament seçkilərindən sonra rayon icra hakimiyyətləri ləğv olunaraq daha təkmil və çevik, mobil bir institut yaradılacaq. Bələdiyyələrə geniş imkanlar veriləcək. Ən azından müstəqil fəaliyyət göstərməsinə yaradılan əngəllər aradan qaldırılacaq. Seçkili institutlar öz yerini tutmasa, rayon icra başçılarını dəyişmək heç nəyi dəyişməyəcək. Kosmetik dəyişikliklərlə deyil, fundamental reformalarla tərəqqiyə nail olmaq mümkündür”.
 
Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavinin, politoloq Niyaməddin Orduxanlı gələn il icra hakimiyyətləri institutunun ləğv ediləcəyini düşünür: "Azərbaycanda icra başçıları institutu sovet rejimindən qalmış bir idarəçilik formasıdır. Əhalinin böyük əksəriyyəti icra başçılarından narazıdır. Faktiki bu gün Azərbaycanda icra başçıları idarəçiliyi özünü doğrultmur. Azərbaycanda 3 formada idarəçilik tətbiq edilir. İcra hakimiyyətləri, yerli bələdiyyələr və Prezidentin xüsusi nümayəndəliyi. Məncə, dünyanın heç bir ölkəsində bu formada idarəçilik yoxdur. Həm də icra başçıları özlərini rayonun xanı, ağası, kiçik padşahı kimi aparır. Onlarla adlar çəkdiniz ki, bu adamlar icra başçıları vəzifələrini tuturlar. Araşdırma aparılsa, görmək olar ki, əhalinin ən çox narazı qaldığı strukturlardan biri də icra hakimiyyətləridir. İcra hakimiyyətləri ləğv edilməlidir. Mütləqdir ki, referendum islahatları aparılsın. Bu məsələ ölkənin gündəmində idi. Görünür, bu il nəzərdə tutulan seçkilər və beynəlxalq tədbirlər referendum keçirilməsinə imkan vermədi. Yəqin ki, gələn il Azərbaycanda referendum keçirilərək və icra başçıları ləğv ediləcək. Referenduma çıxarılsa, əhalinin böyük əksəriyyəti bu qurumun ləğv edilməsinin lehinə səs verəcək. Mən belə düşünürəm”.
Oxşar xəbərlər
07 Oct 2024 | 23:56
Ukraynanı tərk edən deputatlar cəzalandırıla bilər
07 Oct 2024 | 23:26
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
07 Oct 2024 | 22:55
İnyesta karyerasını başa vurdu
07 Oct 2024 | 22:50
"Mənə geri qayıdacaq..." - Ülviyyə
07 Oct 2024 | 22:45
Cənubi Avropada səhra təhlükəsi... - BMT xəbərdarlıq etdi
07 Oct 2024 | 22:40
Arıqlamağa kömək edəcək çərəz hansıdır?
07 Oct 2024 | 22:37
Gəncliyin və sağlamlığın başlıca sirləri nədədir? - 71 yaşlı həkimdən məsləhət
07 Oct 2024 | 22:33
Korotçenko Fransanın Ermənistan vasitəsilə Rusiyaya daxil olan saxta mallarından danışıb
07 Oct 2024 | 22:23
Ermənistan prezidenti: "İrəvan Bakı ilə sülh sazişinin COP-29-a qədər imzalanacağına ümid edir"
07 Oct 2024 | 22:19
Üç uşaq anasının baldızı tərəfindən döyülməsi ilə bağlı iddia araşdırılır
07 Oct 2024 | 22:08
İsrailin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirildi - FOTO
07 Oct 2024 | 22:00
Xaçaturyan İrəvanın Bakı ilə sülh sazişini nə vaxt imzalayacağını AÇIQLADI
07 Oct 2024 | 21:53
Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon ayıracaq
07 Oct 2024 | 21:48
Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı
07 Oct 2024 | 21:40
Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko
07 Oct 2024 | 21:39
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
07 Oct 2024 | 21:35
İsrail terrorçuluqda şübhəli bilinən 45 nəfəri saxladı
07 Oct 2024 | 21:30
Putin Soçiyə gəlməkdən niyə qorxur? – “Proyekt”
07 Oct 2024 | 21:23
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
07 Oct 2024 | 21:15
"Maşın" şouda qazandığı avtomobillə Şuşaya getdi - FOTO
07 Oct 2024 | 21:08
"Aygün stil ikonası, möcüzədir"
07 Oct 2024 | 21:00
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİLƏNİB - FOTO
07 Oct 2024 | 20:52
Sabahın tibbi-meteoroloji PROQNOZU
07 Oct 2024 | 20:51
İran ABŞ və İsrailə qarşı "Müqavimət Paktı" yaratmaq istəyir
07 Oct 2024 | 20:44
"Apple" hər il yeni məhsullar təqdim etməyi dayandırır
07 Oct 2024 | 20:36
İran 340 İsrail əsgərini öldürüb - "Haber Türk"
07 Oct 2024 | 20:28
Lətifə virusa yoluxdu
07 Oct 2024 | 20:21
"Dünya Hitlerin qarşısını aldı, indi növbə onundur" - Ərdoğan
07 Oct 2024 | 20:20
Bu həftə cekpot vuracaq BÜRCLƏR
07 Oct 2024 | 20:13
Tanınmış rəssamın qızının faciəvi ölümü - Toyu olacaqdı...
07 Oct 2024 | 20:05
"Qarabağ"ın oyununda azarkeş rekordu qeydə alındı
07 Oct 2024 | 19:55
“Qarabağ” ciddi itki ilə üzləşdi
07 Oct 2024 | 19:48
Öskürəkdən qısa müddətdə necə qurtulmaq olar?
07 Oct 2024 | 19:40
Bu müharibədə arxa cəbhə ön cəbhədən daha təhlükəlidir
07 Oct 2024 | 19:30
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
07 Oct 2024 | 19:18
Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq
07 Oct 2024 | 19:10
Azərbaycanda 3 ulduzlu hotellər də bahalaşdı
07 Oct 2024 | 19:05
Məşhur türk serialı FİNAL EDİR
07 Oct 2024 | 19:00
Azərbaycanlı müğənni 2-ci dəfə ƏRƏ GEDİR
07 Oct 2024 | 18:55
Astiqmatizm nədir?
07 Oct 2024 | 18:50
Mask və "Tesla" üçün vacib həftə
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
07 Oct 2024 | 18:32
Prezident generalı nazir müavini TƏYİN ETDİ - DOSYE
07 Oct 2024 | 18:27
Ermənistan Arazı çirkləndirir: Ciddi təhlükə - Rəfiyi
07 Oct 2024 | 18:23
Soçidən Bakıya birbaşa aviareyslər açılır
07 Oct 2024 | 18:21
Dünya Akademik Sammiti çərçivəsində BDU-ya həsr olunmuş sessiya - FOTO
07 Oct 2024 | 18:15
Özünü binanın damından atan qadınla bağlı yeni xəbər - FOTO
07 Oct 2024 | 18:13
Avrozona əmanətləri rekord vurdu: Avropalılar pul yığır, amerikalılar xərcləyir
07 Oct 2024 | 18:08
Bu məhsullar boş yerə sağlam hesab olunur - təəccüblənəcəksiniz
07 Oct 2024 | 18:05
Putin Ərdoğanla müzakirə APARDI
07 Oct 2024 | 18:00
Dövlət qulluğuna qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
07 Oct 2024 | 17:54
Şuşada İslam Dünyası İrs Komitəsinin iclası keçiriləcək
07 Oct 2024 | 17:48
Amerika müsəlmanları Kamala Harrislə görüşdə nələri xahiş edib? - CNN
07 Oct 2024 | 17:40
"Bağırov və Beriya birlikdə Müsavat hakimiyyətinin əks-kəşfiyyatında çalışıblar..."
07 Oct 2024 | 17:36
Sammitdə soyuq qarşılanan Paşinyan: Ermənistanın Frankofoniya fiaskosu - ŞƏRH + FOTO
07 Oct 2024 | 17:30
Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
07 Oct 2024 | 17:24
Cüdoçumuz dünya çempionatında əldə etdiyi nəticə ilə adını tarixə yazdırdı
07 Oct 2024 | 17:18
HƏMAS-İsrail müharibəsinin bir ili: Kim nə qazanıb? - ŞƏRH + FOTO
07 Oct 2024 | 17:13
“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı - SƏBƏB
07 Oct 2024 | 17:07
Azərbaycanlı aktyor səhnədə evlilik təklifi etdi - VİDEO
07 Oct 2024 | 17:02
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərdədir - FOTO
07 Oct 2024 | 16:57
15 yaşlı Sevincin qətlində şübhəli bilinən şəxsin meyiti tapıldı - FOTO
07 Oct 2024 | 16:52
Əhaliyə XƏBƏRDARLIQ! - Növbəti iki gündə...
07 Oct 2024 | 16:50
Qəzzada müharibənin bir ili ərzində 41 mindən çox dinc insan qətlə yetirilib
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
07 Oct 2024 | 16:42
“Elnarənin mənə qarşı xislətinin olduğunu anladım” - VİDEO
07 Oct 2024 | 16:37
Tahir Kərimli: “Greencard”a qadağa qoyulmamalıdır
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
07 Oct 2024 | 16:32
BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”
07 Oct 2024 | 16:27
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirildi
07 Oct 2024 | 16:22
Prezidentin adından saxta məlumat yayıldı
07 Oct 2024 | 16:17
BDU-da Tələbələrarası Zəfər Kubokunun seçim mərhələsi keçirilib
07 Oct 2024 | 16:12
Əsgərinin önündə döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanı 
07 Oct 2024 | 16:07
Bakıda qazanxanada partlayış: 9 nəfər yaralandı - YENİLƏNİB
07 Oct 2024 | 16:03
Röya bu səhnə geyiminə 96 min manat xərclədi - FOTO
07 Oct 2024 | 15:59
Çavuş arvadını öldürüb intihar etdi
07 Oct 2024 | 15:55
Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür
07 Oct 2024 | 15:50
Azad olunmuş ərazilərdə 232 mina zərərsizləşdirilib
07 Oct 2024 | 15:38
Payızda sevgilisini itirəcək bürclər – Diqqətli olun
07 Oct 2024 | 15:33
Azərbaycanlı gənc NASA direktoru ilə görüşdü
07 Oct 2024 | 15:27
Tələbə arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
07 Oct 2024 | 15:22
"Nə qədər ki, mən baş nazirəm, Ukrayna NATO-ya daxil olmayacaq" - Robert Fitso
07 Oct 2024 | 15:17
Sürücülərin bu səhvi maşınlara ciddi ziyan vurur - VACİB AÇIQLAMA
07 Oct 2024 | 15:12
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub - FOTO
07 Oct 2024 | 15:07
Son bir həftədə 250-dən çox şəxs üçün təsərrüfatlar yaradılıb - FOTO
07 Oct 2024 | 15:02
İki qızı vəhşicəsinə öldürən qatilin qonşularından ŞOK AÇIQLAMA
07 Oct 2024 | 14:57
COP29 tədbirlərində 6 dildə tərcümə olacaq
07 Oct 2024 | 14:52
“Başqalarının mənzilində məskunlaşmış 137 ailə geri qayıdıb”
07 Oct 2024 | 14:48
“Onlar hər yerdə özlərindən geriyə ancaq qan gölü buraxırlar”
07 Oct 2024 | 14:46
Tibb üzrə Nobel qalibləri açıqlandı
07 Oct 2024 | 14:41
Emin Ağalarov atası ilə işbirliyinə niyə son qoydu? - AÇIQLAMA
07 Oct 2024 | 14:30
"Putin Trampı Ukraynaya qarşı ovqata kökləyib və öz tərəfinə çəkib" - "The New York Times"
07 Oct 2024 | 14:24
"1 şirvan qonorar aldı, öpüb alnına qoydu..." - VİDEO
07 Oct 2024 | 14:18
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdi - YENİLƏNİB
07 Oct 2024 | 14:12
Evlərində kirayə qalan oğlanı sevdi: "Məni məcbur etdilər ki..." – ŞOK TƏFƏRRÜAT
07 Oct 2024 | 14:06
“Kupçalı” ev axtaran hər kəs bu qəsəbəyə üz tutur – Paytaxta yaxın və ucuz evlər
07 Oct 2024 | 14:00
Arzu Nağıyevdən ABŞ-yə şillə kimi arqumentlər
07 Oct 2024 | 13:54
Belaruslu milli qəhrəmanımızın anasına hədiyyə və yardım çatdırılıb - FOTO
07 Oct 2024 | 13:48
Bakı İqlim Fəaliyyəti Həftəsi ambisiyalı öhdəliklər və strateji təşəbbüslərlə yekunlaşdı - FOTO
07 Oct 2024 | 13:42
Ayan ilk dəfə sevdiyi şəxsdən DANIŞDI
GÜNLÜK
07 Oct 2024 | 08:50
Çayı belə içmək ilan zəhəri qədər təhlükəlidir
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
07 Oct 2024 | 08:41
Xəbərdarlıq: Evdə saxlanılan bu çiçəklər əslində zəhər yayırmış
07 Oct 2024 | 07:18
İlin hansı fəslində qadınlar kişiləri daha çox cəlb edir? – Araşdırma
07 Oct 2024 | 08:18
Ən yüksək maaş alan dövlət rəhbərləri - SİYAHI
07 Oct 2024 | 09:31
Ukrayna hərbçiləri Rusiya tərəfdə vuruşan Misir vətəndaşını əsir götürdü...
07 Oct 2024 | 09:49
Kişilər bu BÜRCLƏRİN qadınlarını unuda bilmirlər
07 Oct 2024 | 09:01
Narinin harada öldürüldüyü məlum oldu - ŞOK DETAL
07 Oct 2024 | 08:03
Harris Netanyahunu ABŞ-ın müttəfiqi adlandırmaqdan imtina etdi...- "CBS"
07 Oct 2024 | 07:07
Ən çox maaş alan dünya lideri açıqlandı - 1,69 milyon dollar
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
AYLIQ
07 Oct 2024 | 08:50
Çayı belə içmək ilan zəhəri qədər təhlükəlidir
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
07 Oct 2024 | 08:41
Xəbərdarlıq: Evdə saxlanılan bu çiçəklər əslində zəhər yayırmış
07 Oct 2024 | 07:18
İlin hansı fəslində qadınlar kişiləri daha çox cəlb edir? – Araşdırma
07 Oct 2024 | 08:18
Ən yüksək maaş alan dövlət rəhbərləri - SİYAHI
07 Oct 2024 | 09:31
Ukrayna hərbçiləri Rusiya tərəfdə vuruşan Misir vətəndaşını əsir götürdü...
07 Oct 2024 | 09:49
Kişilər bu BÜRCLƏRİN qadınlarını unuda bilmirlər
07 Oct 2024 | 09:01
Narinin harada öldürüldüyü məlum oldu - ŞOK DETAL
07 Oct 2024 | 08:03
Harris Netanyahunu ABŞ-ın müttəfiqi adlandırmaqdan imtina etdi...- "CBS"
07 Oct 2024 | 07:07
Ən çox maaş alan dünya lideri açıqlandı - 1,69 milyon dollar