Bizi sosial şəbəkələrdən izləyin:
İran kommunikasiyaların açılmasının tərəfdarıdır, lakin bu, Ermənistanın suverenliyi çərçivəsində olmalıdır.
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
Onun sözlərinə görə, kommunikasiyalar qarşılıqlı açılmalıdır:
"Əgər blokun açılması baş verərsə, o zaman aydındır ki, bu, prosesi daha da gücləndirəcək və genişləndirəcək. Amma hər şey qarşılıqlı əsasda olmalıdır. Əgər razılıq olarsa, deməli, biz sülhə daha da yaxınlaşırıq. Bu, yalnız dövlətin xeyrinədir. Biz sabit sülhə töhfə verən hər şeyi dəstəkləyirik”.