Ermənistana 4 ay VAXT VERİLDİ - Ya sülh olacaq, ya da...
Siyasət
Oxunub: 1715
08 Aug 2024 | 16:16
Ermənistana 4 ay VAXT VERİLDİ - Ya sülh olacaq, ya da...
Regionda vəziyyəti qarışdırmaq cəhdləri artır; Paşinyan 2024-ün sonunadək barış sazişi üçün şərtləri yerinə yetirmək məcburiyyətindədir; 2025-ci ilin ilk günlərində isə...
 
2024-cü ilin bitməsinə 5 aydan da az vaxt qalır. Bu il Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacağına dair proqnozlar, gözləntilər olsa da, İrəvan xarici təsir dairələrinin boyunduruğundan çıxa bilmədiyi üçün bunun reallaşması mümkün olmur. Hətta belə rəylər də var ki, COP29-dək hansısa bir çərçivə sazişi imzalana və nəticədə noyabrda Paşinyan Bakıda keçiriləcək qlobal tədbirə dəvət oluna bilər. Ancaq görünən budur ki, ilin sonunadək hansısa müqavilənin imzalanması inandırıcı deyil.
 
Düzdür, hazırda ölkələr arasında yazışmalar davam edir, təkliflər göndərilir və s. Ancaq Ermənistan sülh üçün gərəkən şərtlərə əməl etmir, ona görə də proses yubanır.
 
Bəs qarşıdakı 4 ayda nə baş verə bilər? Mümkündürmü sülh gündəliyi üzrə proses sürətlənsin və hansısa nəticələr əldə olunsun? Əgər Ermənistan sülhdən davamlı qaçarsa, nəticə nə ola bilər və Azərbaycanın səbri haradək olmalıdır?
 
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva gələn ilin əvvəllərini region üçün çalxantılı görür: "Hazırkı prosesləri diqqətlə nəzərdən keçirdikdə görürük ki, bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında böyük sülh sazişinin imzalanması inandırıcı deyil. Danışıqların kulisində müzakirələrin hansı müstəvidə olmasından xəbərsizik. Ara-sıra tərəflər bir-birinə təkliflər göndərirlər. Daha sonra həmin təkliflərə siyasi mərkəzlərin cavabları hazırlanır. Amma görünən odur ki, sülh prosesindən yayınan Ermənistan tərəfidir. İrəvan hazırda sürətlə silahlanma yolunu tutaraq Azərbaycandan revanş almaq istəyir. İran, Yunanıstan kimi ölkələrin siyasi dəstəyini alaraq Azərbaycana qarşı sərt ritorikalar səsləndirir. Üstəlik, Ermənistanın Hindistan və Fransadan müəyyən silahlar alması ilə bağlı məlumatlar dolaşmaqdadır. Bunların bəzilərini silah satan ölkələrin özləri də təsdiqləyirlər. Bütün bunlar İrəvanın sülhdən yayınmasının əsas göstəricisidir. Bakının sülh sazişi ilə bağlı mövqeyi qətidir. Ermənistan ilk növbədə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Bundan başqa işğal altında saxladığı 4 kəndi də Azərbaycanın nəzarətinə qaytarmalıdır. Geridə qalan 8 ay ərzində bunlar baş verməyib. Qarşıdakı 4 ay ərzində Ermənistanın öz konstitusiyasına dəyişiklik etməsi, rəsmi şəkildə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi inandırıcı görünmür. Silahlanmaqla Ermənistan yeni eskalasiya və təxribatlara hazırlıq içərisində olduğunu sərgiləməkdədir. Əgər hadisələrin axarı bu istiqamətdə gedərsə, ilin son günlərində bölgədə vəziyyət qarışa bilər. Hazırkı məqamda qarşıdurmalar inandırıcı görünmür. Birincisi, Azərbaycan COP29 kimi önəmli bir tədbirə ev sahibliyi etməyə hazırlaşır. Dünyanın gözü və özü bu müddətdə Azərbaycanda olacaq. Ermənistanın belə bir məqamda Azərbaycana qarşı təxribat planları hazırlaması İrəvanın intiharına səbəb ola bilər. İkincisi, bu il Azərbaycanda seçkilər ilidir. Sentyabrda Milli Məclisə, dekabrda isə bələdiyyələrə seçkilər keçiriləcək. Ermənistanın daxilində də vəziyyət ürəkaçan deyil. Nikol Paşinyan payız-qış dönəmində ölkədəki siyasi nəzarətini daha da möhkəmləndirmək istəyəcək. 2025-ci ilin ilk günləri isə Nikol Vovayeviç üçün əsl sınaq imtahanı olacaq. Paşinyan bu imtahandan kəsilməmək üçün Azərbaycanın diqtə etdiyi məsələlərə qeyd-şərtsiz "hə" deməlidir. Zəngəzur dəhlizinin açılmasını tezləşdirməlidir. Əgər bu baş verməsə və Qərb Ermənistana görə böyük iqtisadi imkanlardan məhrum olsa, o zaman onu hakimiyyətə gətirən Qərbdəki havadarları devirəcəklər. Güman edirəm ki, 2025-ci ilin ilk rübü Cənubi Qafqaz üçün bu mənada bir qədər çalxantılı ola bilər".
 
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycan tərəfin konkret məsələ qaldırmasının vacibliyini vurğuladı: "Sülhdən uzaqlaşma prosesi gedir. Bunun da tək günahkarı Ermənistan tərəfidir. Şərti sərhəddə erməni tərəfinin provokasiyaları artıb. Son dəfə Azərbaycan Müdafiə Nazirliyi düşmən tərəfə çox sərt xəbərdarlıq etdi. Ermənistan Fransa, Hindistan tərəfindən silahlanır. Gürcüstan və İranın isə ərazisindən silahlanmaq üçün istifadə edir. Azərbaycan artıq konkret məsələ qaldırmalıdır. Özü də təkcə Ermənistan tərəfinə deyil, həm də tərəfdaşlıq və diplomatik münasibətdə olan digər qonşuları Gürcüstan və İrana. Yuxarıda qeyd etdiyim son iki qonşumuzdan konkret izahat almalıyıq ki, onların ərazisindən daha Azərbaycana qarşı heç kəs silahlanmayacaq. Ermənistana isə son xəbərdarlığımız olmalıdır ki, silahlanma və revanşist ideyalardan əl çəkməlidirlər. Konstitusiyalarında dəyişikliklərlə bağlı Azərbaycanın tələbini dərhal yerinə yetirməlidirlər. Əks halda, son 10 ildə olduğu kimi Azərbaycanın təklifləri yerinə yetirilməsə, bunu güc yolu ilə həll etməyə qadirdir. Əgər ermənilər çox yaxın keçmişlərindən nəticə çıxartmaq istəmirlərsə, bu artıq onların problemidir. İlin sonunda hərbi eskolasiya gözləyirəm. Ermənistanla şərti sərhəd istiqamətində Azərbaycan tərəfinin növbəti vacib amilə çevrilir. Heç nədən nəticə çıxartmaq istəməyən, heç nəyi başa düşmək istəməyən düşməni sülhə təhrik etmənin tək yolu hərbi güc tətbiq etmədən keçir. Necə ki, bunu Azərbaycan bir neçə dəfə reallıqda dünyaya göstərib və yenə də göstərməlidir”.
 
Ədalət, Hüquq və Demokratiya partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, Qafqazda sülhün baş tutması üçün Türkiyə və Rusiya amili mütləq nəzərə alınmalıdır: "Əvvəlcə ondan başlamalıyıq ki, indiki vəziyyətdə Azərbaycan Ermənistanla sülh sazişini imzalamalıdırmı? Bu gün dövlət maraqlarımız onu tələb edir ki, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmayana qədər nə sülh sazişi imzalamalıyıq, nə də Ermənistanla kommunikasiya xətləri açılmalıdır! Hamımız açıq şəkildə görürük ki, Ermənistan öz "bacısı" Fransa və İranın təzyiqi ilə Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyə hazırlaşmır. Sülhə nail olmaq üçün Türkiyə, Azərbaycan və Rusiya Ermənistana reveranslar etməməli, əksinə, təzyiqləri artırmalıdır. Qardaş Türkiyə rəsmiləri də bilir ki, Naxçıvanla quru sərhədləri açılmasa və Ermənistanla Azərbaycan sülh sazişi imzalamayana qədər Türkiyə ilə Ermənistan arasında sərhədləri açmaq olmaz. Bu baş versə, Azərbaycana böyük ziyan vurmuş olar. Ermənistan öz öhdəliyini yerinə yetirməsə, Azərbaycan güc tətbiqi ilə onu buna məcbur etmək barədə düşünməlidir. Sülh sazişi Türkiyə və Rusiyanın vasitəçiliyi və iştirakı ilə imzalanmalıdır. Cənab prezident İlham Əliyev öz tərəf müqabillərinə münasibətdə səmimi və etibarlı olması ilə diqqət çəkib və bunu həmişə vurğulayıb. Prezident sözünə imzası qədər sadiqdir. Bu davranış Azərbaycana uğur gətirib, Qarabağı azad etmişik. O, özünə və Azərbaycana münasibətdə də tərəfdaşlarından bunu tələb edib, fərqli münasibəti qəbul etməyib. İndi Türkiyə və Rusiyaya deyə bilmərik ki, zamanında Azərbaycana sülhməramlı əsgər göndərmisiniz, qələbəmizin əldə olunmasına dəstək vermisiniz, yaxud mane olmamısınız, Rusiya, sənin iştirakınla üçtərəfli atəşkəs haqqında saziş imzalamışıq, amma indi dayanın kənarda, biz Qərbin vasitəçiliyi ilə Ermənistanla sülh sazişi imzalayırıq. Onu da deyim ki, bu gün Qərb nə qədər səmimidir Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunmasına? Hər dövlətin öz marağı var və biz bunu nəzərə almalı, Türkiyə və Rusiya da sülh sazişinin imzalanmasında iştirak etməli, bundan faydalanmalıdır. O zaman sülh daha təminatlı olar. Ermənistan nə qədər tez bunu başa düşsə, Fransa və İranın yox, öz dövlət maraqlarını önə çəksə, regional əməkdaşlığa üstünlük versə, sülhə bir o qədər tez yaxınlaşarıq. Qərb qəti şəkildə narahat olmamalıdır sülh sazişinin əldə olunmasında Türkiyə ilə Rusiyanın iştirakından. Nədən narahatdırlar ki?! Qafqazda sülhün baş tutması üçün Türkiyə və Rusiya amili mütləq nəzərə alınmalıdır. Qərb bu gün Ermənistanı silahlandırmamalıdır. Bu, çıxış yolu deyil. Ermənistanı Rusiya 30 il silahla təmin etdi, nəticə nə oldu?! Minlərlə gənc həyatını itirdi. Ermənistan öz gələcəyini düşünməli və həqiqi sülh sazişini qısa müddətdə imzalamalıdır. Bunun başqa yolu Ermənistanda daha böyük faciələrə yol aça bilər".(musavat)
 
Oxşar xəbərlər
18:15, Bu gün
Özünü binanın damından atan qadınla bağlı yeni xəbər - FOTO
18:13, Bu gün
Avrozona əmanətləri rekord vurdu: Avropalılar pul yığır, amerikalılar xərcləyir
18:08, Bu gün
Bu məhsullar boş yerə sağlam hesab olunur - təəccüblənəcəksiniz
18:00, Bu gün
Dövlət qulluğuna qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
17:54, Bu gün
Şuşada İslam Dünyası İrs Komitəsinin iclası keçiriləcək
17:48, Bu gün
Amerika müsəlmanları Kamala Harrislə görüşdə nələri xahiş edib? - CNN
17:40, Bu gün
"Bağırov və Beriya birlikdə Müsavat hakimiyyətinin əks-kəşfiyyatında çalışıblar..."
17:36, Bu gün
Sammitdə soyuq qarşılanan Paşinyan: Ermənistanın Frankofoniya fiaskosu - ŞƏRH + FOTO
17:30, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
17:24, Bu gün
Cüdoçumuz dünya çempionatında əldə etdiyi nəticə ilə adını tarixə yazdırdı
17:18, Bu gün
HƏMAS-İsrail müharibəsinin bir ili: Kim nə qazanıb? - ŞƏRH + FOTO
17:13, Bu gün
“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı - SƏBƏB
17:07, Bu gün
Azərbaycanlı aktyor səhnədə evlilik təklifi etdi - VİDEO
17:02, Bu gün
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərdədir - FOTO
16:57, Bu gün
15 yaşlı Sevincin qətlində şübhəli bilinən şəxsin meyiti tapıldı - FOTO
16:52, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ! - Növbəti iki gündə...
16:50, Bu gün
Qəzzada müharibənin bir ili ərzində 41 mindən çox dinc insan qətlə yetirilib
16:47, Bu gün
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
16:42, Bu gün
“Elnarənin mənə qarşı xislətinin olduğunu anladım” - VİDEO
16:37, Bu gün
Tahir Kərimli: “Greencard”a qadağa qoyulmamalıdır
16:32, Bu gün
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
16:32, Bu gün
BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”
16:27, Bu gün
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirildi
16:22, Bu gün
Prezidentin adından saxta məlumat yayıldı
16:17, Bu gün
BDU-da Tələbələrarası Zəfər Kubokunun seçim mərhələsi keçirilib
16:12, Bu gün
Əsgərinin önündə döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanı 
16:07, Bu gün
Bakıda qazanxanada partlayış: 9 nəfər yaralandı - YENİLƏNİB
16:03, Bu gün
Röya bu səhnə geyiminə 96 min manat xərclədi - FOTO
15:59, Bu gün
Çavuş arvadını öldürüb intihar etdi
15:55, Bu gün
Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür
15:50, Bu gün
Azad olunmuş ərazilərdə 232 mina zərərsizləşdirilib
15:38, Bu gün
Payızda sevgilisini itirəcək bürclər – Diqqətli olun
15:33, Bu gün
Azərbaycanlı gənc NASA direktoru ilə görüşdü
15:27, Bu gün
Tələbə arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
15:22, Bu gün
"Nə qədər ki, mən baş nazirəm, Ukrayna NATO-ya daxil olmayacaq" - Robert Fitso
15:17, Bu gün
Sürücülərin bu səhvi maşınlara ciddi ziyan vurur - VACİB AÇIQLAMA
15:12, Bu gün
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub - FOTO
15:07, Bu gün
Son bir həftədə 250-dən çox şəxs üçün təsərrüfatlar yaradılıb - FOTO
15:02, Bu gün
İki qızı vəhşicəsinə öldürən qatilin qonşularından ŞOK AÇIQLAMA
14:57, Bu gün
COP29 tədbirlərində 6 dildə tərcümə olacaq
14:52, Bu gün
“Başqalarının mənzilində məskunlaşmış 137 ailə geri qayıdıb”
14:48, Bu gün
“Onlar hər yerdə özlərindən geriyə ancaq qan gölü buraxırlar”
14:46, Bu gün
Tibb üzrə Nobel qalibləri açıqlandı
14:41, Bu gün
Emin Ağalarov atası ilə işbirliyinə niyə son qoydu? - AÇIQLAMA
14:30, Bu gün
"Putin Trampı Ukraynaya qarşı ovqata kökləyib və öz tərəfinə çəkib" - "The New York Times"
14:24, Bu gün
"1 şirvan qonorar aldı, öpüb alnına qoydu..." - VİDEO
14:18, Bu gün
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdi - YENİLƏNİB
14:12, Bu gün
Evlərində kirayə qalan oğlanı sevdi: "Məni məcbur etdilər ki..." – ŞOK TƏFƏRRÜAT
14:06, Bu gün
“Kupçalı” ev axtaran hər kəs bu qəsəbəyə üz tutur – Paytaxta yaxın və ucuz evlər
14:00, Bu gün
Arzu Nağıyevdən ABŞ-yə şillə kimi arqumentlər
13:54, Bu gün
Belaruslu milli qəhrəmanımızın anasına hədiyyə və yardım çatdırılıb - FOTO
13:48, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi ambisiyalı öhdəliklər və strateji təşəbbüslərlə yekunlaşdı - FOTO
13:42, Bu gün
Ayan ilk dəfə sevdiyi şəxsdən DANIŞDI
13:36, Bu gün
STM dövlət qurumlarının stasionar və qaynar xətlərinin fəaliyyətini qiymətləndirib
13:30, Bu gün
Siyəzən sakinində narkotik vasitə aşkarlandı - VİDEO
13:25, Bu gün
Azərbaycanda vəzifəli şəxsin 160 minlik əmlakına həbs qoyuldu - RƏSMİ
13:20, Bu gün
Oktyabrın 8-nə olan hava PROQNOZU
13:15, Bu gün
Ceyhun Bayramovla Ararat Mirzoyanın Moskvada görüşü olacaq?
13:10, Bu gün
Toyda Röyanın əlindən tutub oynadan "OLİQARX" KİMDİR? - VİDEO
13:05, Bu gün
Suriya və İraqdan 8 nəfər Azərbaycana repatriasiya edildi
13:00, Bu gün
BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub - FOTO
12:57, Bu gün
Müəllim Günündə müəllim intiharı xəbəri...- Onun yerinə bir yarıçılpaq müğənni olsaydı...
12:56, Bu gün
Bu avtobusların hərəkət intervalı azaldıldı
12:51, Bu gün
“Azerconnect Group” “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda keçirilən tədbirdə iştirak edib
12:46, Bu gün
“Çin çıxan yuxular” sənədli filminin təqdimatı keçirilib - FOTOLAR
12:41, Bu gün
Bu il UNEC-ə 12 nəfər Prezident təqaüdçüsü qəbul olub
12:36, Bu gün
"Rusiyaya təzyiqimizi artıracağıq, yalnız güclə sülhü yaxınlaşdırmaq olar" - Zelenski
12:30, Bu gün
Azərbaycana qarşı 2010-cu il “ssenarisi”: “Qərbi Ermənistan ideya”sının pərdəarxası...
12:25, Bu gün
Putinin doğum günüdür - Rusiya lideri haqqında SENSASİON FAKTLAR
12:21, Bu gün
Xalq artistinin kabinetdə mini ətəkli qızla VİDEOSU YAYILDI - Belə əyləndilər...
12:17, Bu gün
Vətən Müharibəsi iştirakçısı faciəvi şəkildə ÖLDÜ
12:12, Bu gün
Azərbaycan atıcısı dünya çempionu oldu
12:08, Bu gün
Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı - VİDEO
12:04, Bu gün
"Neftçi" Qriqorçukla yollarını ayırdı
11:58, Bu gün
Pulu sağa-sola səpən israfçı bürclər - Hər şey həzz almaq üçün...
11:55, Bu gün
“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi - FOTO
11:51, Bu gün
Nərimanovda hərbi sursat aşkarlandı - VİDEO
11:47, Bu gün
Musa Qurbanlı milliyə dəvət olundu
11:44, Bu gün
Elektromobillərlə bağlı yenilik: Vergidən azad edilir
11:39, Bu gün
“Ermənistan Azərbaycandan rəsmi üzr istəsin...” - Qüdrət Həsənquliyev
11:36, Bu gün
DSX hərbçisi faciəli şəkildə öldü
11:35, Bu gün
BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib
11:33, Bu gün
Bakıda restoranda saxta spirtli içkilər aşkarlanıb
11:29, Bu gün
Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır
11:15, Bu gün
16 sanatoriya ləğv olundu - SİYAHI
11:08, Bu gün
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!
11:03, Bu gün
Ukraynada həyəcan siqnalı verilib, Kiyevdə partlayışlar eşidilir
10:56, Bu gün
Yer kürəsində maqnit qasırğası başladı
10:46, Bu gün
Paraşüt qəzasında ölən şəxs həkim imiş
10:39, Bu gün
Göygöldə əqrəb sancan müəllim ölüb
10:31, Bu gün
NİİM: Toy karvanlarında iştirak edən sürücülər süni sıxlıq yaradırlar
10:25, Bu gün
Rusiyanın Krımdakı ən böyük neft bazası vuruldu
10:18, Bu gün
Paşinyan seçim qarşısında: sülh, yoxsa Makron?
10:09, Bu gün
Yunan nazirdən Türkiyə ilə bağlı kritik açıqlama: Addım-addım...
10:04, Bu gün
İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
09:55, Bu gün
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək
09:49, Bu gün
Kişilər bu BÜRCLƏRİN qadınlarını unuda bilmirlər
09:36, Bu gün
Kredit kartları ilə bağlı YENİLİK: Verilmə qaydaları sərtləşdirilə bilər
09:31, Bu gün
Ukrayna hərbçiləri Rusiya tərəfdə vuruşan Misir vətəndaşını əsir götürdü...
09:27, Bu gün
Avro və rub ucuzlaşdı, dollar isə.. - Görün nə qədər oldu
GÜNLÜK
00:16, Bu gün
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
06 Oct 2024 | 19:05
“Çox yaşamaq üçün gec evlənin” - Azərbaycanın 104 yaşlı kişi pensiyaçısının sirri
06 Oct 2024 | 23:07
Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı
06 Oct 2024 | 18:42
Ən çox maaşı onlar alır -SİYAHI
06 Oct 2024 | 23:00
Zurabişvili baş nazirliyə namizədini müəyyən etdi
06 Oct 2024 | 22:24
“Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?”- Mehriban Xanlarova “SAHİLSİZ GECƏ”-dən danışdı
06 Oct 2024 | 23:11
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
06 Oct 2024 | 22:44
Rumıniya Ali Məhkəməsi onun prezidentlik yolunu BAĞLADI
06 Oct 2024 | 22:52
Gürcüstan həbsxanalarında yeni ANTİREKORD
00:24, Bu gün
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
AYLIQ
00:16, Bu gün
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
06 Oct 2024 | 19:05
“Çox yaşamaq üçün gec evlənin” - Azərbaycanın 104 yaşlı kişi pensiyaçısının sirri
06 Oct 2024 | 23:07
Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı
06 Oct 2024 | 18:42
Ən çox maaşı onlar alır -SİYAHI
06 Oct 2024 | 23:00
Zurabişvili baş nazirliyə namizədini müəyyən etdi
06 Oct 2024 | 22:24
“Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?”- Mehriban Xanlarova “SAHİLSİZ GECƏ”-dən danışdı
06 Oct 2024 | 23:11
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
06 Oct 2024 | 22:44
Rumıniya Ali Məhkəməsi onun prezidentlik yolunu BAĞLADI
06 Oct 2024 | 22:52
Gürcüstan həbsxanalarında yeni ANTİREKORD
00:24, Bu gün
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"